Kuklaçıların bayram sovqatı - "Şaxta Baba haradadır?"

Kuklaçıların bayram sovqatı - "Şaxta Baba haradadır?"
30 dekabr 2024
# 16:00

Azərbaycan Dövlət Kukla Teatrında sənət ocağının həssas qruplardan olan uşaqlara bayram sovqatı - "Şaxta Baba haradadır?" tamaşasının premyerası baş tutub.

Kulis.az xəbər verir ki, premyeranın ilk qonaqları Vətən müharibəsi şəhid və qazilərinin övladları, eləcə də əllliyi olan uşaqlar olub.

Birhissəli uşaq tamaşasının (azərbaycan dilində) səhnələşdirəni və quruluşçu rejissoru Saida Haqverdiyeva, quruluşçu rəssamı İqbal Əliyevdir.

Tamaşada personajları (kukla və canlı plan olmaqla) teatrın aktyorları Aygül Ağayeva, Səriyyə Mansurova, Cavid Telman, Elnur Xəlilov, Araz Həsənli, Elxan İsmayılov, Könül Nəsibova, Vüqar İsmayılov, Səbinə Məmmədova və digərləri canlandırırlar.

Musiqi tərtibatlı tamaşanın əsas ideyası uşaqları nağıllar aləminə aparmaqla onların bu sehr dolu dünya ilə təmasına nail olmaqdır.

Bir saatlıq səhnə işində milli və dünya klassik nağıl qəhrəmanları, az qala, hamımıza tanış personajlar bir səhnədə toplaşaraq şənliyə gedərkən yolunu itirib, sıx meşənin dərinliklərində azan Şaxta Babanı axtaracaqlar.

Qeyd edək ki, macəra dolu tamaşa 5 yanvar 2025-ci il tarixinədək hər gün dörd seans (12, 14, 16, 18.00) nümayiş olunur.

# 3073 dəfə oxunub

Oxşar xəbərlər

“Aşkın yapay provası”  Azərbaycan səhnəsində nümayiş olunacaq

“Aşkın yapay provası” Azərbaycan səhnəsində nümayiş olunacaq

16:31 11 mart 2026
Milli Teatr Günü münasibətilə  tədbir keçirildi

Milli Teatr Günü münasibətilə tədbir keçirildi

10:13 11 mart 2026
“YUĞ” səhnəsində “Master klass” - Səriyyə Salamova

“YUĞ” səhnəsində “Master klass” - Səriyyə Salamova

11:17 10 mart 2026
“Yalnız mədəniyyət”  adlı musiqili tamaşa nümayiş olundu

“Yalnız mədəniyyət” adlı musiqili tamaşa nümayiş olundu

18:20 6 mart 2026
Valeh Kərimov uzun fasilədən sonra səhnədə

Valeh Kərimov uzun fasilədən sonra səhnədə

17:40 6 mart 2026
Azərbaycanlı rejissorun tamaşası Moskva səhnəsində

Azərbaycanlı rejissorun tamaşası Moskva səhnəsində

16:30 6 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər