“Əsrə bərabər gün” tamaşası nümayiş edilib

“Əsrə bərabər gün” tamaşası nümayiş edilib
20 may 2024
# 17:30

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Çingiz Aytmatovun romanı əsasında hazırlanan “Əsrə bərabər gün” tamaşasına baxış keçirilib.

Kulis.az xəbər verir ki, tamaşanın təqdimatında TÜRKSOY-un Baş katibi Sultan Raev, ADA Universitetinin rektoru, professor Hafiz Paşayev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova, TÜRKSOY-un Azərbaycan üzrə nümayəndəsi Elçin Qafarlı və ADA Universitetinin kollektivi iştirak edib.

Tamaşada Xalq artistləri Nurəddin Mehdixanlı, Əli Nur, Laləzar Mustafayeva, Cəfər Namiq Kamal, Bəsti Cəfərova, Rafiq Əzimov, Hacı İsmayılov, Sabir Məmmədov, Əməkdar artistlər Abbas Qəhrəmanov, Elşən Rüstəmov, Anar Heybətov, Vəfa Rzayeva, aktyorlar Şəhla Əliqızı, İlyas Əhmədov, Afət Məmmədova, Rüstəm Rüstəmov, Cavidan Novruzov və başqaları iştirak ediblər.

Səhnə əsərinin bəstəkarı Azər Hacıəsgərli, geyim üzrə rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur. Qrafika və montaj işi Binyamin Sailov, Tərlan Əsgərli və Ruslan Kərimova məxsusdur.

# 3027 dəfə oxunub

Oxşar xəbərlər

İrəvan Teatrında “Stalin – İzm” tamaşasının  məşqləri davam edir

İrəvan Teatrında “Stalin – İzm” tamaşasının məşqləri davam edir

15:18 10 aprel 2026
“Bir dəlinin qeydləri”  monotamaşası təqdim olunacaq

“Bir dəlinin qeydləri” monotamaşası təqdim olunacaq

11:55 10 aprel 2026
Ərəblinskidən ilhamlanıb səhnəyə gələn Sidqi Ruhulla - "Görəsən, mən də elə artist olarammı?"

Ərəblinskidən ilhamlanıb səhnəyə gələn Sidqi Ruhulla - "Görəsən, mən də elə artist olarammı?"

12:00 9 aprel 2026
"2-ci Uşaq Teatrı Festivalı"nın açılışı oldu

"2-ci Uşaq Teatrı Festivalı"nın açılışı oldu

13:10 7 aprel 2026
Gənc Tamaşaçılar Teatrının aprel repertuarı

Gənc Tamaşaçılar Teatrının aprel repertuarı

14:00 6 aprel 2026
“Mesenat”  tamaşasının premyerası olacaq

“Mesenat” tamaşasının premyerası olacaq

11:30 6 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər