Bakı Bələdiyyə Teatrı mövsümü “Ana tarla” tamaşası ilə açdı

Bakı Bələdiyyə Teatrı mövsümü “Ana tarla”  tamaşası ilə açdı
11 sentyabr 2024
# 17:45

Bakı Bələdiyyə Teatrı 32-ci mövsümü görkəmli qırğız yazıçısı, ictimai-siyasi xadim Çingiz Aytmatovun “Ana tarla” tamaşası ilə açıb.

Kulis.az xəbər verir ki, tamaşanın nümayişindən əvvəl şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov çıxış edərək, iki ölkə arasındakı əməkdaşlıqdan söhbət açıb.

Sonra Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində “Ana tarla” tamaşası nümayiş olunub.

Səhnə əsərində rolları Əməkdar artistlər Hüsniyyə Mürvətova, Səmayə Sadıqova, aktyorlar Rəşad Kəsəmənli, Tural Əhməd, Namiq Cavadov, Elçin Muradov, Ülviyyə Rza, İsmayıl Atakişiyev və başqaları ifa ediblər.

Əsər doğma yurda və torpağa sadiq olan sadə insanlardan bəhs edir. Tamaşada İkinci Dünya müharibəsində insanların yarımçıq qalmış taleləri, məhv olmuş arzu və istəkləri, eyni zamanda insanlığa, gələcəyə ümidləri əks olunur.

# 2083 dəfə oxunub

Oxşar xəbərlər

“Gəlinlərin savaşı”  tamaşasının premyerası oldu

“Gəlinlərin savaşı” tamaşasının premyerası oldu

15:20 2 mart 2026
“Neft bumu hamıya gülümsəyir”  tamaşası nümayiş olundu

“Neft bumu hamıya gülümsəyir” tamaşası nümayiş olundu

12:30 2 mart 2026
Milli Dram Teatrı ilə Şəki Teatrı arasında əməkdaşlıq memorandumu imzalandı

Milli Dram Teatrı ilə Şəki Teatrı arasında əməkdaşlıq memorandumu imzalandı

11:00 2 mart 2026
İrəvan Dövlət Azərbaycan Dram Teatrında yeni tamaşanın məşqləri  davam edir

İrəvan Dövlət Azərbaycan Dram Teatrında yeni tamaşanın məşqləri davam edir

17:00 27 fevral 2026
Kim deyir ki, Simurq quşu var imiş? - Safiyya Abzarova

Kim deyir ki, Simurq quşu var imiş? - Safiyya Abzarova

16:14 27 fevral 2026
“Yarımçıq qalmış”  tamaşa layihəsi başa çatdı

“Yarımçıq qalmış” tamaşa layihəsi başa çatdı

13:00 27 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər