“10 mart - Milli Tеatr Günü” adlı kitab sərgisi

“10 mart - Milli Tеatr Günü” adlı kitab sərgisi
10 mart 2025
# 09:32

Milli Kitabxanada xalq oyun-tamaşalarından, meydan teatrından başlayaraq günümüzə qədər olan dövrü əhatə edən “10 mart - Milli Tеatr Günü” adlı geniş kitab sərgi istifadəçilərə təqdim olunub.

Kulis.az xəbər verir ki, sərgidə Azərbaycan teatrının tarixi, təşəkkülü, inkişaf tarixi, əsas yaradıcılıq mərhələləri, bədii-estetik səciyyələri, poetikasının əsasları, janr üslub müxtəlifliyi, elmi-nəzəri prinsipləri, sənət ocaqlarının fəaliyyəti, görkəmli, məşhur, unudulmaz, fədakar teatr xadimləri, səhnə fədailəri və s. haqqında, müəlliflərin apardıqları elmi-nəzəri teatrşünaslıq araşdırmaları Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Qeyd edək ki, XIX əsrin ikinci yarısında Şərqdə ilk peşəkar teatrın Azərbaycanda yaranması mədəniyyət tariximizin parlaq, eyni zamanda, şərəfli səhifəsidir. 1873-cü il martın 10-da görkəmli maarifçilər Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov və Əsgər ağa Goraninin (Adıgözəlov) təşəbbüsü ilə M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” əsəri Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən "Nəciblər klubu"nda oynanılıb və o gündən Azərbaycanda peşəkar teatrın əsası qoyulub.

Milli teatrın inkişafında məşhur xeyriyyəçi-mesenat Hacı Zeynalabdin Tağıyevin böyük xidməti olub. Hacı Zeynalabdin Tağıyev Bakı şəhərində ilk teatr binası inşa etdirib. Tezliklə Azərbaycan səhnəsinin Cahangir Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Mərziyə Davudova kimi yüzlərlə simaları yetişib.

Azərbaycan teatrı xalqımızın mədəni sərvətidir. Həmin sərvətin qorunması və inkişaf etdirilməsi Azərbaycan dövlətinin mədəniyyət siyasətinin əsas prioritetlərindən biridir.

# 2159 dəfə oxunub

Oxşar xəbərlər

Pul, güc və riyakarlıq... - Neft bumu Bakını necə dəyişdi?

Pul, güc və riyakarlıq... - Neft bumu Bakını necə dəyişdi?

12:00 17 aprel 2026
“Cəmilə” musiqili-tamaşası Akademik Milli Dram Teatrının səhnəsində

“Cəmilə” musiqili-tamaşası Akademik Milli Dram Teatrının səhnəsində

10:40 17 aprel 2026
“Gülüstan”  tamaşasının məşqlərinə başlanıldı

“Gülüstan” tamaşasının məşqlərinə başlanıldı

16:14 16 aprel 2026
ƏSA Teatrının hazırladığı “Paris Notr-Dam”  tamaşası nümayiş edildi

ƏSA Teatrının hazırladığı “Paris Notr-Dam” tamaşası nümayiş edildi

11:58 16 aprel 2026
Türkiyədə Mirzə Fətəli Axundzadənin komediyası səhnəyə qoyulacaq

Türkiyədə Mirzə Fətəli Axundzadənin komediyası səhnəyə qoyulacaq

17:00 14 aprel 2026
İrəvan Teatrında “Stalin – İzm” tamaşasının  məşqləri davam edir

İrəvan Teatrında “Stalin – İzm” tamaşasının məşqləri davam edir

15:18 10 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər