Cütlüyün ayrılmasının ağlasığmaz səbəbi

Cütlüyün ayrılmasının ağlasığmaz səbəbi
26 mart 2013
# 09:30

Kulis.az maraqlı, inanılmaz, düşündürən hadisələri təqdim edir.

Uğursuz səyahət

Amerikanın şimalında yaşayan və yeni tanış olmuş iki gənc həftə sonunu bir yerdə keçirmək üçün xizəksürmə mərkəzinə gedirlərmiş. Çöldə dəhşətli soyuq varmış, qar yağırmış.

Yolda qızın işəməyi gəlir. Oğlan deyir ki, bir az səbirli ol. Bir az da gedirlər və qız dayana bilmir artıq. Qız deyir ki, maşını saxla, mən maşının arxasına keçib işimi görərəm. Oğlan maşını saxlayır, qız maşından düşür, şalvarını aşağı çəkir, maşına söykənib işini görməyə başlayır. Oğlan centlmenlik göstərərək bir dəfə də olsun başını arxaya çevirib qıza baxmadan onu gözləyir.

Qız işini bitirdikdən sonra ayağa durmağa çalışır, ancaq heç cür qalxa bilmir. Çünki oturarkən yanını maşının dəmirinə söykəyibmiş, şiddətli şaxta olduğuna görə yapışıb qalıbmış. Şalvarını aşağı saldığına görə də yeni tanış olduğu oğlanı köməyə çağırmağa utanırmış. Ha çalışırsa, dəmirdən ayrıla bilmir. Axırda məcbur qalıb oğlanı köməyə çağırır.

Bayaqdan nigaran qalan oğlan tez maşından düşüb qızın yanına gəlir. Qıza kömək etmək məqsədilə ha çalışırsa, bir nəticə əldə edə bilmir. Nə edirlərsə, xeyri olmur. Axırda isə oğlanın ağlına bir fikir gəlir, amma qızın başına gələn bu biabırçılığı daha da şiddətləndirəcəyinə görə qıza deməkdən çəkinir. Baxır ki, bir az da qalsalar, ikisi də donacaqlar. Fikrini qıza deyir. Qız eşidən kimi, yox olmaz, deyə reaksiya verir. Bir az da fikirləşdikdən sonra başqa çarəsinin qalmadığını başa düşür. Beləliklə, oğlan şalvarının qabağını açaraq qızın maşına yapışmış arxasına işəməyə başlayır. Nəticədə qız xilas olur. Bir-birindən utanan cütlük xizəksürmə məntəqəsinə qədər heç nə danışmadan gedirlər. Orda da ayrı-ayrı otaqlar tuturlar. Və yeni yaranmış bir münasibət belə bir axmaq hadisə nəticəsində bitir.

Dalğıc

Bu hadisənin baş verdiyi bir az şübhə doğurur. Bəzi mənbələr yazır ki, bu sadəcə bir şəhər əfsanəsidir. Yəni dildən-dilə dolaşan, şişirdilən bir hadisədir. Hər halda maraqlıdır.

Kaliforniyanın yanğınsöndürənləri bir meşə yanğınından sonra meşənin ortasından yanmış insan cəsədi tapırlar. Həmin cəsədin bir dalğıc olduğu müəyyən edilir. Çünki onun üzərində dalğıc ləvazimatları və geyimi varmış. Hamı təəccüblənir. Bir dalğıcın meşənin ortasında nə işi varmış görəsən? Adamın şəxsiyyəti müəyyən edildikdən sonra onun yanğın olan gün 20 km uzaqlıqda dənizə daldığı bəlli olur. Dalğıcın dənizin ortasına necə gəlib düşdüyü isə sonra çözülür.

Meşə yanğınını söndürmək üçün helikopterlər dənizdən su götürüb yanğın olan yerə tökürmüş. Həmin o bəxtsiz dalğıc da suyun götürüldüyü yerlərdə üzürmüş. Həmin vaxt dalğıc bir də gözünü açır ki, helikopterin su deposunun içindədir. Nə baş verdiyini bilməyən dalğıc yüksəklikdən alovun içinə düşür...

İnsanlıq ölmədi

2012-ci ildə İspaniyada böyük mükafat məbləği olan yarış keçirilirdi. Bu yarışın iştirakçıları arasında London Olimpiya oyunlarının qaçış üzrə bürünc mükafatçısı keniyalı Abel Mutai də iştirak edirdi. O, rəqiblərini tamamilə arxada qoymuşdu. Lakin finiş xəttinə 10 metrə yaxın qalmış o dayandı. Abel Mutai finiş xəttini keçdiyini zənn edib öz tamaşaçılarını salamlamağa başladı. Bu vaxt digər iştirakçı, ispaniyalı İvan Fernandes Anayya keniyalı rəqibinə yaxınlaşsa da onun səhvindən istifadə edib yarışı birinciliklə tamamlamadı. Əksinə rəqibini irəliyə itələyərək onu birinci etdi. Fernandes bu vicdanlı hərəkətini belə izah etmişdi : "Mənə mənliyimi saxlamaq qızıl medal udmaqdan daha vacibdir".

# 4872 dəfə oxunub

Oxşar xəbərlər

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

11:51 21 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
Əlvida, Rauf... - Əlibala Əhmədov

Əlvida, Rauf... - Əlibala Əhmədov

13:05 18 noyabr 2024
Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

17:31 13 noyabr 2024
"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

12:00 8 noyabr 2024
# # #