21 dekabr zarafatları

21 dekabr zarafatları
21 dekabr 2012
# 12:00

Kulis.az 21 dekabrla bağlı Facebook zarafatlarını təqdim edir.

“22 dekabr Şirincədən qayıdanlara görə özümüzü “ölmüşlüyə” vuraq, kefləri pozulmasın”

“21 Dekabr sayəsində Allahın kimə nə qədər ağıl verdiyini bildik, heç olmasa”.

“Bu gün varıq, sabah yoxuq”.

“İctimai asayişi pozmaq istəyən 2 komet, 4 asteroid, 7 meteorit və bir balaca planet tərəfimizdən aşkar edilib götürülmüşdür. İstintaq tədbirləri davam edir”.

“Məhəlləmizdəki marketin fədakar satıcısı deyir ki, qorxmayın, bu gecə səhərə qədər işləyəcəm, nə lazım olsa, gəlib alın”.

“Bir zarafatcıl qardaş gözləyirəm getsin Mingəçevirdən bütün elektriki kəssin”.

“Son dəqiqə xəbəri: Havanın pis olması səbəbi ilə qiyamət günü təxirə salınmışdır”.

“Təqvimin maya dəyəri qalxıb”.

“21 dekabr 2012-ci ildə hamınız möhtəşəm “Qiyamət-parti”-ə dəvətlisiniz. Qızlara giriş pulsuzdur, oğlanlar isə adambaşına 5 ədəd şam gətirməlidir. Gecənin unudulmaz qonaqları: Mars, Merkuri, Yupiter...Sürpriz qonaqlar: Ay və Günəş. Ünvan: Yer kürəsinin istənilən yeri”.

“Şirincəyə gedənlər, yanınızda hər heyvandan bir cüt götürməyi unutmayın, dünyanı yenidən quracaqsınız”.

“Tvitlərin 99 faizi 21 dekabra aiddir, amma hələ də sevgidən zaddan yazan 1 faizlik adam var”.

“21 dekabr zarafatları eləməkdən camaat həqiqətləri unudub, 21 dekabr ən uzun gecə, ən qısa gündüzdür”.

“Dalay Lama peysər çıxdı”.

“Ölmədik, bu günü də gördük!”

“Pəncərədən görünür bir asteroid

Hanı evdəki Polaroid

arvad, min dəfə demişəm

əşyalarıma əl vurma

yaradıcılığıma pəl vurma

indi bu vəziyyətdə

gəl vurma” (Zamin Hacı)

“düşsün mənim başıma bir komet
kim istəsə like eləsin,
kim istəsə yazsın komment” (Zamin Hacı)

Hazırladı: Rəna Nevzat

# 5176 dəfə oxunub

Oxşar xəbərlər

Qarabağda Ayvazovskinin heykəli niyə söküldü?

Qarabağda Ayvazovskinin heykəli niyə söküldü?

15:57 4 avqust 2025
Çərkəz soyqırımı: Rusiya üzərində daha bir ləkə -ARAŞDIRMA

Çərkəz soyqırımı: Rusiya üzərində daha bir ləkə -ARAŞDIRMA

18:04 25 iyul 2025
İslamdan imtina, ruslaşdırma və missionerlik - Mirzə Kazım bəy xristianlığı necə qəbul etmişdi?

İslamdan imtina, ruslaşdırma və missionerlik - Mirzə Kazım bəy xristianlığı necə qəbul etmişdi?

15:00 22 iyul 2025
"20 dəqiqəlik son görüş, 18 dollar və soyuqdan donan qızlar..." - Rəsulzadə son nəfəsində nə demişdi?

"20 dəqiqəlik son görüş, 18 dollar və soyuqdan donan qızlar..." - Rəsulzadə son nəfəsində nə demişdi?

12:00 20 iyul 2025
O olmasaydı, Cümhuriyyət də olmazdı - Ermənilərin qətlə yetirdiyi böyük azərbaycanlı

O olmasaydı, Cümhuriyyət də olmazdı - Ermənilərin qətlə yetirdiyi böyük azərbaycanlı

15:00 19 iyul 2025
Rus şovinizminin dəyişməyən üzü... - Biz   “şən matryoşkalar”  deyilik!

Rus şovinizminin dəyişməyən üzü... - Biz “şən matryoşkalar” deyilik!

13:50 30 iyun 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər