Orda babamın ruhu dolaşırdı – Qaçaq Nəbinin kötücəsi Qubadlı səfərindən yazır...

Orda babamın ruhu dolaşırdı – Qaçaq Nəbinin kötücəsi Qubadlı səfərindən yazır...
25 may 2022
# 17:40

Yola çıxdığımız gün çox həyəcanlı idim. Qubadlıya gedən yollarda erməni vandalizminin buraxdığı izləri gördükcə, canlı döyüşlərin getdiyi yerləri bildikcə kədərlənirdim. Dilimdə şəhidlərimiz üçün oxunan dualar vardı.


Düşmən tərəfindən dağıdılan evləri gördüyüm zaman gözümün önündə həmin evdə çalınan vağzalı, həyətində oynayan uşaqlar, mal-qaranı haylayan insanlar canlanırdı...

Axı neçə neçə qızlar gəlin köçüb o ocaqlardan, nənələr, analar lay-lay deyib o evlərdə. Çətindir. Bütün yaralarına rəğmən ruhumun basqalı Qubadlımız öz sakinlərini tanıyırdı. Təbiəti bizi salamlayırdı. Həkərinin səsində illərin həsrəti, fəryadı, sevinci vardı. Quşların səsi, dağların əzəməti, günəş təkcə insanın özünü yox qəlbini də isidirdi. Qələbə sevincini bizə yaşadan Ali Baş Komandan cənab prezident başda olmaqla Vətən uğrunda savaşan igidlərimdən Allah razı olsun.

Aşağı Mollu kəndinə çatdıqda dərin nəfəs aldım. İnsan özünü Qubadlının zəvvarı kimi hiss edir. Ulu nənəm Həcərin məzarını təvaf etdim. Məzar bərpa olunmuşdu. Bunun üçün Qubadlı Rayon İcra Hakimiyyətinə və kəndin ziyalılarına öz təşəkkürümü bildirirəm. Ruhum dincəldi. Hüzur, rahatlıq vardı. Adını daşıdığım xalq qəhrəmanın orada uyuduğunu düşünəndə ruhu ilə danışmağa başlayır insan. Ürəklə: "Həcər xanım bizim igid oğullarımız Sənin adını da, məzarını da, ruhunu da, düşməndən xilas etdilər, mən gəldim" deyirsən. Allah bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa versin.

Babam birinci Qarabağ savaşında öz el obasını tərk etmədi. Son nəfəsinədək döyüşdü, silahı ilə erməniləri öldürüb, şəhid oldu. Ən dəhşətlisi babamgilə gedən yolda keçirdiyim hisslər idi. Axı mənə Həcər adını qoyan babamın ruhu dolaşırdı orada. Təkcə ev dağıdılmamışdı. Mənim baba nəvazişinə məhrum qaldığım illərim dağıdılmışdı. Hələ də özümə gələ bilmirəm.

Həkəri çayının ətrafı, babamgilin həyəti oraları dolaşdıqca "uşaqlıqda bəlkə buradan keçmişəm ,bəlkə bu daşın yanında oynayan zaman yumalanıb yıxılmışam" düşünürdüm. Qarışıq hisslər hələ də davam edir. Duyğularım Qubadlıda qalıb.

Qubadlıda yeni doğulan atın balasını gördüm. Sevinərək gəzməyi öyrənirdi. Elə məhz həmin dayça kimi ümidlərimiz var. İnanıram ki, Qubadlı sağalacaq. Artıq Qarabağ da yeni dünyaya gələn körpələrin doğum şəhadətnamələrində Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Şuşa sözləri yazılacaq. Bu ümdə arzularla...

Həcər Əkbərova

# 5497 dəfə oxunub

Oxşar xəbərlər

Hamısı yalvarırdı ki, adları gizli saxlanılsın... - AYB-nin Mikayıl Müşfiq əleyhinə ifadə verən 26 üzvü kim idi?

Hamısı yalvarırdı ki, adları gizli saxlanılsın... - AYB-nin Mikayıl Müşfiq əleyhinə ifadə verən 26 üzvü kim idi?

15:00 17 yanvar 2025
Əbədiliyin sirri, qadınlar və Milena - Ölümün qoxusu necədir?

Əbədiliyin sirri, qadınlar və Milena - Ölümün qoxusu necədir?

12:00 17 yanvar 2025
İran həbsxanasında Araza poema yazan, Bakını Kəbəyə bənzədən şairlər - Araşdırma

İran həbsxanasında Araza poema yazan, Bakını Kəbəyə bənzədən şairlər - Araşdırma

09:00 15 yanvar 2025
Tamada nazir, Stalinin şeirləri və həbs edilən qadınlar - "Molotov kokteyli" necə yaranıb?

Tamada nazir, Stalinin şeirləri və həbs edilən qadınlar - "Molotov kokteyli" necə yaranıb?

15:00 11 yanvar 2025
Oxuyub rus olan qızın ölməsi daha yaxşıdır... - Ermənilər nazirimizi niyə güllələmişdi?

Oxuyub rus olan qızın ölməsi daha yaxşıdır... - Ermənilər nazirimizi niyə güllələmişdi?

11:17 11 yanvar 2025
Almanların Rusiyadakı yeraltı şəhəri - Konyak şüşəsi, yoxsa ölüm mələyi?

Almanların Rusiyadakı yeraltı şəhəri - Konyak şüşəsi, yoxsa ölüm mələyi?

12:00 8 yanvar 2025
#
#
# # #