Heydər Əliyevin astaralı agenti – “Alagöz” kim idi?

Heydər Əliyevin astaralı agenti – “Alagöz” kim idi?
25 mart 2025
# 10:45

Bu gün Xalq artisti, mərhum bəstəkar Cahangir Cahangirovun anım günüdür.
Kulis.az bu münasibətlə Ömər Xəyyamın "“Alagöz”ün ikinci doğuluşu" adlı yazısını təqdim edir.

Əsərləri, həyatı haqda xeyli məlumat var deyə, təkrar bu haqda yox, məndən ötrü özəl xatirəsi olan, sizin kimi əzbər bildiyim, vaxtaşırı mızıldandığım “Alagöz” mahnısının ikinci doğuluşu barədə yazmaq istəyirəm.

Bəstəkar altmışıncı illərin əvvəlində şair Zeynal Cabbarzədədən bir musiqi mətni yazmağı xahiş edir. Ola bilər, Cahangir bəy şair dostuna illər öncə bəstəkar Səid Rüstəmovun eyniadlı mahnısına musiqi mətni yazdığına görə, ola bilər, əvvəlki uğurlu işbirliklərini nəzərə alaraq müraciət etmişdi, fəqət bu “Alagöz” həm məzmunca, həm də üslubca o “Alagöz”dən fərqlidir.

Xülasə, bir nəğmə bir şeirlə çulğalandı, nəhayət, “Alagöz” doğuldu və ta bu günəcən haman ucalıqdadır.


“Mahnının ikinci doğuluşu”

Bir bahar ertəsi təsadüfən “Alagöz” mahnısını Heydər Əliyevin ifasında dinlədim. Heydər Əliyev bir neçə mahnı ifa edib, düzdür, gəl ki, “Alagöz”ü bir ayrı cür ifa edir. Üstəlik, videomaterialda üzü görünməyən, onunla birlikdə oxumağa çalışan qadına düzəliş də verir. Bu arxayınlıq, əminlik həm musiqiçi kimi, həm də dinləyici kimi diqqətimi çəkdi. İllər sonra əziz dostum mənə Heydər Əliyevin uğurlu “Alagöz” əməliyyatı haqda danışanda barmağımı dişlədim…


“Alagöz” əməliyyatı

Deməli, 1955-ci ildə Azərbaycan çekistləri bir casusu ifşa edirlər. Onun xarici kəşfiyyata işləməsi haqda səmimi etirafını, sovet dövləti qarşısında günahını yumaq istəyini nəzərə alan kapitan Heydər Əliyev qərara gəlir ki, “Sabir”i öz tərəflərinə çəksin.

Beləliklə, “Alagöz” əməliyyatının ideyası yaranır, onun fikrincə, “Sabir” xaricdə faydalı ola bilərdi.

Belə ki, Amerikanın Kəşfiyyat İdarəsi SSRI-nin hərbi, iqtisadi siyasətinə dair məxfi məlumatlara yiyələnmək üçün İranın və Türkiyənin köməyilə Sovet vətəndaşı olan xüsusi agentlərdən istifadə edirdi.

Həmin agentlərdən biri də kod adı ”Alagöz” olan astaralı agent “Sabir” idi.

“Alagöz” müharibə vaxtı İrana, oradan da Türkiyəyə keçir. Türkiyənin təhlükəsizlik orqanları tərəfindən deşifrə edilən “Sabir” xüsusi kəşfiyyat proqramı vasitəsilə təlim keçdikdən sonra, təzədən Azərbaycana göndərilir.

Azərbaycanda da Heydər Əliyevin rəhbərlik etdiyi xüsusi əməliyyat qrupu onu həbs edib, - ikitərəfli agent kimi Türkiyəyə qaytarırlar.
Və bu əməliyyat sayəsində Türkiyə agentlərinin adı, ölkəyə keçid marşrutları, fəaliyyət planı ifşa olunur.

“Alagöz” iki il sonra İrəvana ezam edilir. O, İrəvandakı parklardan birində xarici agentlə görüşür və tapşırığı qüsursuz yerinə yetirir. Nəhayət, “Alagöz” əməliyyatı uğurla başa çatdırılır.

Heydər Əliyev 1957-ci ildə “Alagöz” əməliyyatına görə təltif olunub.

Deməli, “Alagöz” həm də kapitan Əliyevin qələbə nəğməsi idi… Ki, onu belənçi şövqlə, ürəklə oxuyurdu…

# 5156 dəfə oxunub

Oxşar xəbərlər

Güllələnən oğul, donaraq ölən qız, itkin düşən nəvə - Rəsulzadə ailəsinin ölkədən çıxışına kim mane olmuşdu?

Güllələnən oğul, donaraq ölən qız, itkin düşən nəvə - Rəsulzadə ailəsinin ölkədən çıxışına kim mane olmuşdu?

12:00 20 iyul 2026
“Məşədi İbad”ın aktyoru Həsən bəy Ağayevi necə pusquya salmışdı? - İstiqlal Bəyannaməsinə ilk imza atan şəxs necə öldürüldü?

“Məşədi İbad”ın aktyoru Həsən bəy Ağayevi necə pusquya salmışdı? - İstiqlal Bəyannaməsinə ilk imza atan şəxs necə öldürüldü?

10:00 19 iyul 2026
Şah İsmayıl imam Hüseyinlə birlikdə şəhid olmuş Hürrün qəbrini niyə açmışdı? - Son illərini hücrələrdə keçirən Xətai haqqında

Şah İsmayıl imam Hüseyinlə birlikdə şəhid olmuş Hürrün qəbrini niyə açmışdı? - Son illərini hücrələrdə keçirən Xətai haqqında

12:00 17 iyul 2026
Rəsulzadənin əmisi oğlu ilə eyni kamerada ölümü gözləyən general - "Ağ atlı oğlan"ı hansı hadisədən sonra güllələdilər?

Rəsulzadənin əmisi oğlu ilə eyni kamerada ölümü gözləyən general - "Ağ atlı oğlan"ı hansı hadisədən sonra güllələdilər?

12:30 16 iyul 2026
Müəllim cildinə girmiş homoseksuallar! - Balaxanı məktəbində nələr baş verirdi?

Müəllim cildinə girmiş homoseksuallar! - Balaxanı məktəbində nələr baş verirdi?

10:00 15 iyul 2026
Aclıq aksiyası niyə dünyanın ən təhlükəli etiraz forması sayılır? - Tarixin ən qorxulu müqaviməti

Aclıq aksiyası niyə dünyanın ən təhlükəli etiraz forması sayılır? - Tarixin ən qorxulu müqaviməti

14:40 9 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər