Varlanmaq üçün nə lazımdır? - Dahilərin fikirləri

Varlanmaq üçün nə lazımdır? - Dahilərin fikirləri
5 noyabr 2019
# 21:00

Pul haqqında müxtəlif fikirlər mövcuddur. Dahilərin pul haqda əsasən tənqidi xarakter daşıyan aforizmləri mövcud olsa da, fikirlər ziddiyyətlidir. Kulis.az pul haqda deyilmiş fikirləri təqdim edir.

Dünyanın ən yoxsul insanı puldan başqa heç nəyi olmayandır. (Artur Şopenhauer)

Əgər siz banka 100 dollar borclusunuzsa, o sizin şəxsi probleminizdir; əgər siz banka 100 milyon dollar borclusunuzsa, bu, artıq bankın problemidir. (JP Getty)

"Pul hər şeyi edər" deyən adam, pul üçün hər şeyi gözə alan adamdır. (Bencamin Franklin)

Pul və insan arasında münasibətlər qarşılıqlıdır: insan pulun saxtasın düzəldər, pul da insanın. (Bencamin Franklin)

Pul, qızıldan düzəldilmiş azadlıqdır. (Erix Mariya Remark)

Varlanmaq üçün iki şey lazımdır: işləmək və qənaət etmək. (Bencamin Franklin)

Pul yaxşı qulluqçudur, lakin pis ağadır. (Frensis Bekon)

Pullu insanlar üç cürdür: pulunun köləsi olanlar, pulunun dostu olanlar və pulunun ağası olanlar. (Deyl Karnegi)

Var-dövlət qayğılarımızı azaltmır, sadəcə birini digəri ilə əvəz edir. (Epikür)

İki cür insan - bir çox kasıb, bir də çox varlı - pulun qədrini bilməz. (Ernst Toller)

Pul heçliyi belə birinci yerə gətirən yeganə yoldur. (Fyodor Dostoyevski)

Pulların səpildiyi yerdə təmizliyə riayət etmək çox çətindir. (Eduard Servus)

Çox pul haramsız, çox söz yalansız olmaz. (Yunus Əmrə)

Pul heç də dünyada ən önəmli şey deyil. Ən önəmlisi sevgidir. Xoşbəxtlikdən mən pulları sevirəm. (Ceki Meyson)

Sizin dərinizin nə rəng olduğunun heç bir fərqi yoxdur. Məna daşıyan yeganə rəng yaşıldır. (Amerikan atalar sözü)

Əgər siz pulun dəyərini anlamaq istəyirsinizsə, kiməsə borc verin. (Bencamin Franklin)

Son çay quruyanda, son ağac yox olanda, son balıq öləndə ağ insanlar pulun yeyilməyən bir şey olduğunu anlayacaqlar. (Hindu atalar sözü)

Pul dəniz suyuna oxşayır; nə qədər çox içsən, o qədər çox susayırsan. (Artur Şopenhauer)

Pul hər qapını açar, heç vaxt kilitləməz. (Fredrix Engels)

Pulsuz sülh olmaz. (Uinston Çörçill)

# 5765 dəfə oxunub

Oxşar xəbərlər

"Arşın mal alan" Türkiyədə - Dilqəm Əhməd

"Arşın mal alan" Türkiyədə - Dilqəm Əhməd

15:00 22 fevral 2025
Stalinin “güllələnəcəksən”, “türmədə öldürəcəm” dediyi bakılı necə sağ qaldı?

Stalinin “güllələnəcəksən”, “türmədə öldürəcəm” dediyi bakılı necə sağ qaldı?

12:00 19 fevral 2025
Bicar -  Güney Azərbaycandan ayrı düşən şəhərimiz - Araşdırma

Bicar - Güney Azərbaycandan ayrı düşən şəhərimiz - Araşdırma

13:03 18 fevral 2025
97 nəfəri xilas edən pilot – Yusif Səmədoğlu nədən qorxurdu?

97 nəfəri xilas edən pilot – Yusif Səmədoğlu nədən qorxurdu?

09:00 18 fevral 2025
15 dəqiqəlik məhkəmə - Məxfi göstərişlərin qurbanı

15 dəqiqəlik məhkəmə - Məxfi göstərişlərin qurbanı

10:00 16 fevral 2025
Hər şeyin düzü var xatirələrdə... - Azər Turan

Hər şeyin düzü var xatirələrdə... - Azər Turan

10:00 9 fevral 2025
#
#
# # #