Uğurlu insanın 25 əlaməti

Uğurlu insanın 25 əlaməti
15 oktyabr 2019
# 21:00

Praktik psixoloq Şennon Kayzer uğur qazanıb qazanmadığınızı müəyyən edən 25 faktın siyahısını tərtib edib. Kulis.az həmin faktları təqdim edir. Oxuyun və uğurlu insan olub-olmadığınızı müəyyən edin.

1. Artıq sizin ailənizə olan münasibətiniz əvvəlkinə nisbətən daha təmkinli mahiyyət kəsb edir.

2. Sizin arzu etdiyiniz qədər pulunuz yoxdur, amma gözütox yaşayırsınız.

3. Siz köməyə və ya dəstəyə görə müraciət etməyə qorxmursunuz.

4. Siz işdən evə böyük məmnuniyyətlə qayıdırsınız.

5. Siz öz sorğularınızı daim artırırsınız.

6. Yaşamağınıza mane olan hər şeydən yaxa qurtarmağı bacarırsınız.

7. Çox vaxt güzgüdə gördüyünüz adam sizin xoşunuza gəlir.

8. Siz uğurla öz daxili tənqidçinizə qarşı dayanmağı bacarırsınız və pozitiv fikirlər istehsal etməyinə nail olursunuz.

9. Sizin çevrəniz dəstək verməyi və istənilən zaman sizə kömək etməyi bacaran insanlar ibarətdir.

10. Siz anladınız ki, uğursuzluqlar və maneələr yaş prosesinin bir hissəsidir.

11. Siz müxtəlif insanların “səni sevirəm” sözlərini eşitməyə müvəffəq olursunuz.

12. Siz dəyişə bilməyəcəyiniz şeyləri qəbul edirsiniz və qəbul edə bilməyəcəyiniz şeyləri dəyişirsiniz.

13. Siz heç nəyə görə təəssüflənmirsiniz və əməli işlərə fokuslanırsınız.

14. Siz valideynlərinizi günahlandırmırsınız və onları olduğu kimi qəbul edirsiniz.

15. Başqalarının sizin haqqınızda nə düşündüyü artıq həqiqətən sizin vecinizə deyil.

16. Keçmişiniz yanınızdan ötüb keçəndə məyus yox, məmnun olursunuz.

17. Siz başqalarının nailiyyətlərini dəyərləndirməyi bacarırsınız.

18. Siz hiss etməyi bacarırsınız və hisslərinizi başqaları ilə bölüşə bilirsiniz.

19. Siz əylənməyə vaxt və güc sərf edirsiniz.

20. Siz komplimentləri düzgün qəbul edə bilirsiniz.

21. Sizin həyatınızda elə hadisələr var ki, siz onları böyük səbirsizliklə gözləyirsiniz.

22. Siz hədəf müəyyənləşdirib onlara çatmısınız.

23. Siz başqalarına can yandırmağı bacarırsınız.

24. Öz işinizlə əlaqənizi hiss edirsiniz.

25. Siz özünüzü sevirsiniz və başqalarından sevgi görməyə qadirsiniz.

# 7960 dəfə oxunub

Oxşar xəbərlər

"Sovet rejimi yəhudi beyni, çin süngüsü və rus axmaqlığı ilə qorunur" - Nağı bəy Şeyxzamanlı

"Sovet rejimi yəhudi beyni, çin süngüsü və rus axmaqlığı ilə qorunur" - Nağı bəy Şeyxzamanlı

12:33 7 iyul 2026
Nəriman Nərimanovun evində böyüyən, Bağırovun repressiyadan xilas etdiyi əfsanə - İlk qadın təyyarəçimizin ən böyük sirri

Nəriman Nərimanovun evində böyüyən, Bağırovun repressiyadan xilas etdiyi əfsanə - İlk qadın təyyarəçimizin ən böyük sirri

14:00 4 iyul 2026
Repressiya qurbanı,  yoxsa repressiya iştirakçısı? – Ayna Sultanovanın müəmmalı taleyi

Repressiya qurbanı, yoxsa repressiya iştirakçısı? – Ayna Sultanovanın müəmmalı taleyi

12:00 3 iyul 2026
Xiyabaninin davamçısı, Təbrizin son ümidi - Pişəvəri necə milyonların qəhrəmanına çevrildi?

Xiyabaninin davamçısı, Təbrizin son ümidi - Pişəvəri necə milyonların qəhrəmanına çevrildi?

10:00 11 iyun 2026
Erməni  müstəntiqə sərt cavab verən cümhuriyyətçi - O, niyə azad edilməsinə razı olmamışdı?

Erməni müstəntiqə sərt cavab verən cümhuriyyətçi - O, niyə azad edilməsinə razı olmamışdı?

14:00 1 iyun 2026
"Artıq meydanda heç bir bəhanə qalmadı..."  - Nəsib Bəy Yusifbəyli gənclərə müraicətində nə yazırdı?

"Artıq meydanda heç bir bəhanə qalmadı..." - Nəsib Bəy Yusifbəyli gənclərə müraicətində nə yazırdı?

12:00 31 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər