Sevdiyi qızın qrup yoldaşını döydü, həbsxanada şəkər xəstəliyi tapdı, oğlunun ölümünə görə gəlinini təbrik etdi - Xəlil Rzadan 10 qeyri-adi fakt   

Sevdiyi qızın qrup yoldaşını döydü, həbsxanada şəkər xəstəliyi tapdı, oğlunun ölümünə görə gəlinini təbrik etdi - Xəlil Rzadan 10 qeyri-adi fakt   
22 iyun 2021
# 12:37

Bu gün Xəlil Rza Ulutürkün anım günüdür. Kulis.az bu münasibətlə şair haqqında on maraqlı faktı təqdim edir.

1. Gül əkməyi sevərmiş. Həyətlərindəki bütün gülləri o əkibmiş.

2. Gələcək həyat yoldaşı Firəngiz birinci kursda, Xəlil isə dördüncü kursda oxuyurmuş. Qızın bacısı şairlə bir yerdə oxuyub. Tez-tez bacısının yanına gələn bu xanım şairin xoşuna gəlir, onun arxasınca düşür. Bu, xanıma narahatlıq versə də, bir yandan da Xəlilin cəsarəti diqqətini çəkir. Xəlil məktublar yazır, o isə gecə hamamda gizlicə oxuyurmuş.

3. Xəlil Rzanın tez-tez Firəngizin oxuduğu auditoriyada görünməsi oğlanların xoşuna gəlmir. Mübahisələr, söz-söhbətlər yaranır. Bir dəfə Xəlil Firəngizin qrup yoldaşlarından birini döyür. Bu böyük problemlər yaradır, onun universitetdən qovulması məsələsini qoyurlar. Sonra rektor Əlövsət Quliyev hər iki tərəfi barışdırıb məsələni həll edir.

4. Xəlil Firəngizin ardınca düşməyə davam edir. Axırda qız məsələni anasına danışır. Xəlilgilin ailəsi onlara elçi gəlir. Qızın anası isə istəyir ki, o, öz qohumları olan həkimə getsin. Onlara eyni vaxtda həm Xəlilgil, həm də anasının qohumları elçi gəlir. Elçilərdən biri onların evində, digəri isə qonşuda əyləşir. Firəngiz isə “hə” cavabını Xəlilə verir.

5. Xəlil Rzanın oğlu Təbriz Xəlilbəyli Birinci Qarabağ müharibəsində şəhid olub. Şair şəhid olan oğlunun dəfnində çıxış edərək deyir:
- Mən şəhid olmuş oğlum Təbrizin yastıq yoldaşı Sevinc xanımı təbrik edirəm! Onun Təbrizi vətənin müqəddəs torpağı uğrunda can verdi. Onun ölümü pak və müqəddəs ölümdür. Eşq olsun belə ölümə!

6. Doğma dilimizdə təmiz danışa bilməyən adamlar üçün hər yabançı sözə görə 5 qəpik cərimə tələb edər, danışığından məmnun qaldığı adamlar üçün isə 1 manat verərdi.

7. Məşhur Lefortovo zindanında “Lefertovo gündəliyi”ni, 200-dən çox, şeir, poema və çoxsaylı məktublar qələmə alır. Eyni zamanda həbsxanasında şəkər xəstəliyi tutur və səhhəti pisləşir.

8. Sovet vaxtı Xəlil Rza iclaslarda çıxış edəndə o qədər cəsarətlə danışırmış ki, çoxu qorxusundan zalı tərk edirmiş.

9. Lefortovo zindanından çıxdığı gün dostunun evinə gedir. Dostunun balaca qızı onun uzanmış saqqalına, pərişan halına baxıb pis olur. Xəlil Rza onu sakitləşdirmək üçün deyir:
- Qızım, narahat olma, məni Füzuli roluna çəkirlər, ona görə belə saqqal uzatmışam.

10. Xəlil Rza Fəxri Xiyabanda dəfn olunanda bir nəfər qaranəfəs özünü çatdırıb qışqırır:
- Əl saxlayın! Onu burda dəfn eləməyin! Xəlil Rza şəhid olub! Onun yeri Şəhidlər Xiyabanıdır.

# 6315 dəfə oxunub

Oxşar xəbərlər

Hamısı yalvarırdı ki, adları gizli saxlanılsın... - AYB-nin Mikayıl Müşfiq əleyhinə ifadə verən 26 üzvü kim idi?

Hamısı yalvarırdı ki, adları gizli saxlanılsın... - AYB-nin Mikayıl Müşfiq əleyhinə ifadə verən 26 üzvü kim idi?

15:00 17 yanvar 2025
Əbədiliyin sirri, qadınlar və Milena - Ölümün qoxusu necədir?

Əbədiliyin sirri, qadınlar və Milena - Ölümün qoxusu necədir?

12:00 17 yanvar 2025
İran həbsxanasında Araza poema yazan, Bakını Kəbəyə bənzədən şairlər - Araşdırma

İran həbsxanasında Araza poema yazan, Bakını Kəbəyə bənzədən şairlər - Araşdırma

09:00 15 yanvar 2025
Tamada nazir, Stalinin şeirləri və həbs edilən qadınlar - "Molotov kokteyli" necə yaranıb?

Tamada nazir, Stalinin şeirləri və həbs edilən qadınlar - "Molotov kokteyli" necə yaranıb?

15:00 11 yanvar 2025
Oxuyub rus olan qızın ölməsi daha yaxşıdır... - Ermənilər nazirimizi niyə güllələmişdi?

Oxuyub rus olan qızın ölməsi daha yaxşıdır... - Ermənilər nazirimizi niyə güllələmişdi?

11:17 11 yanvar 2025
Almanların Rusiyadakı yeraltı şəhəri - Konyak şüşəsi, yoxsa ölüm mələyi?

Almanların Rusiyadakı yeraltı şəhəri - Konyak şüşəsi, yoxsa ölüm mələyi?

12:00 8 yanvar 2025
# # #