Baş qərargah rəisi Xocalıdan yazan jurnalisti niyə güllələmək istədi? – Faciənin gizlinləri

Baş qərargah rəisi Xocalıdan yazan jurnalisti niyə güllələmək istədi? – Faciənin gizlinləri
26 fevral 2021
# 12:10

Bu gün Xocalı faciəsinin baş verməsindən 29 il ötür. Faciə törədildiyi ilk günlər ərzində ölkədə fəaliyyət göstərən mətbu orqanlar həqiqəti yaymaq istəsə də, hakimiyyətdə olan bəzi şəxslərin qırğının soyqırımı kimi görünməməsi üçün fəaliyyət göstərdiyi məlumdur.

Xocalının işğalından və faciənin törədilməsindən əvvəl nəşr olunmağa başlayan “Xocalının səsi” qəzeti həmin ərəfədə gözlənilən təhlükə və ermənilərin Xocalıdakı planları ilə bağlı məlumatlar yayıb. O zamanlar Bərdə nəşriyyatında çap edilən qəzetin redaksiyası Tərtərdə yerləşirdi.

Vəli İlyasov - İki sahil

Xocalı soyqırımı zamanı sözügedən qəzetin məsul katibi olmuş Vəli İlyasov bildirir ki, faciə ərəfəsində “Xocalının səsi” qəzetinin baş redaktoru Sərdar Mehdiyev Ağdamda olub:

“Sərdar müəllim gəlib dedi ki, Xocalını qırıblar. Xocalıda yüzlərlə adamı ermənilər qətlə yetiriblər. Cari nömrədə təcili bu barədə yazmalıyıq. Bu, rəhmətliyin sözləri idi. Biz də ertəsi günü həqiqəti yazdıq. Ölkəyə yazılı şəkildə ilk xəbər verənlərdən biri biz olmuşuq”.

Beləliklə, qəzet çıxandan sonra baş redaktor bir nüsxəni Ağdama apararaq o zaman Azərbaycanın Müdafiə Nazirinin birinci müavini (nazir vəzifəsini müvəqqəti icra edən), Baş Qərargah rəisi Şahin Musayevə təqdim edir. Baş Qərargah rəisi qapıda gözləyən baş redaktoru çağıraraq onun üstünə qışqırır. Qəzetin ozamankı məsul katibi Vəli İlyasov deyir ki, Şahin Musayev qəzeti oxuduqdan sonra baş redaktoru güllələmək istəyirmiş:

No description available.

“Sərdar Mehdiyevi qəzetdə həqiqəti yazdığı üçün sıxışdırmağa başlayıb. Qışqıra-qışqıra “niyə yüzlərlə adam qırılıb yazmısan, orada cəmi 2 nəfər adam ölüb”, - deyib. Silahına əl atıb, kişini güllələmək istəyib. Yanındakılar mane olublar ki, jurnalist adamdır, yəqin, belə deyiblər, belə də yazıb. Tapşırır ki, gedib səhvini düzəldərsən. Yaz ki, səhv yazmışıq, Xocalıda cəmi 2 nəfər adam ölüb. Sonrakı günlərdə məlum oldu ki, bizim yazdıqlarımız düzdür. O, rəqəmləri gizlətmək istəyirmiş”.

Sabiq dövlət başçısı Ayaz Mütəllibov da müsahibələrinin birində qeyd edib ki, ona Xocalıda cəmi 1 nəfərin həlak olması haqda məlumatı o vaxt müdafiə nazirinin birinci müavini olan, amma faktiki ölkədəki hərbi proseslərə daha çox təsir göstərən general Şahin Musayev çatdırıb. Eks-prezidentinin sözlərinə görə, fevralın 26-da Şahin Musayev öz təşəbbüsü ilə onun qəbuluna gəlib və Xocalıda ermənilər tərəfindən cəmi 1 nəfərin qətlə yetirildiyini bildirib:

Ayaz Mütəllibov: "Allah mənim vəziyyətimə heç kəsi salmasın" (VİDEO)

Mən o dövrdə hesab edirdim ki, o, Azərbaycanı sevən bir hərbçidir. Təəssüf ki, o günlər Şahin Musayev haqqında dəqiq informasiyamız olmayıb… Lakin sonradan bəlli oldu ki, o, bilavasitə Moskvaya işləyirmiş. O, çox pis adam imiş… Və cəmi bir neçə il öncə Şahin Musayev söhbətlərinin birində etiraf edib ki, guya o, “prezidentin kefi pozulmasın deyə” Xocalı haqqında belə yanlış məlumat verib…” - Ayaz Mütəllibov deyib.

Qarabağdakı itkilərdə xüsusi rolu olduğu bildirilən general Şahin Musayev 1992-ci ilin mayında Şuşanın işğalından sonra ölkədən qaçıb.

May be an image of Qalib Bəyməmmədoğlu

“Xocalının səsi” qəzetinin indiki baş redkatoru Qalib Bəyməmmədli də deyilən faktları Kulis.aza təsdiqlədi. Eyni zamanda əlavə etdi ki, onun özü bu barədə rəhbəri olduğu qəzetdə ətraflı materiallar verib.

Xatırladaq ki. “Xocalının səsi” qəzeti Birinci Qarabağ savaşında Tərtər şəhərində yerləşdiyi binaya mərmi düşdüyü üçün Gəncəyə köçüb. Hal-hazırda isə qəzetin redaksiyası Goranboy rayonunun Ağcakənd kəndində Xocalı qaçqınları üçün salınan qəsəbəsində yerləşir. Qəzet Bakı mətbəələrində ayda bir dəfə nəşr olunur.

# 2954 dəfə oxunub

Oxşar xəbərlər

Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
"Gördüm ki, gözlərində yaş parıldayır..." - Şairin yubileyinin keçirilməsinə kim mane olur?

"Gördüm ki, gözlərində yaş parıldayır..." - Şairin yubileyinin keçirilməsinə kim mane olur?

12:00 2 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
# # #