Arvadı əsir düşdü, ömrü boyu gülmədi – Şah İsmayıl necə Xətai oldu?

Arvadı əsir düşdü, ömrü boyu gülmədi – Şah İsmayıl necə Xətai oldu?
23 may 2021
# 12:58

23 may bir çox mənbələrdə Şah İsmayıl Xətainin anım günü kimi qəbul olunur. Kulis.az bu münasibətlə həm də böyük şair kimi tanınan Xətai haqqında maraqlı faktları təqdim edir.

- Bir çox tarixi şəxsiyyətlər kimi Şah Xətai haqqında da tarixi mənbələrlə yanaşı şifahi əhvalatlar dolanmaqdadır. Yüz illərlə yaddaşlarda yaşayan bu əhvalatların bir çoxu gerçək faktlara dayanır, bir çoxunun isə həqiqət olub-olmadığı dəqiq bilinmir. Nəzərə alsaq ki, Xətai həm də şair idi, ədəbiyyata, o cümlədən şifahi xalq yaradıcılığına bir köynək yaxın idi.

Image result for şah ismayıl

- Çoxu məşhur “Şah İsmayıl” dastanının ona aid olduğunu düşünür. Halbuki dastanın Şah İsmayıl Xətai ilə yaxından-uzaqdan əlaqəsi yoxdur.

Image result for Aşıq Qurbani

- Aşıq Qurbani ilə dost olduğu deyilir. Qurbani zamanında özündən xeyli cavan olan Şah Xətainin sarayında keçirilən şeir məclislərinə gedir, onu özünün mürşidi sayırmış. Bəzi mənbələrə görə, Qurbani məşhur “Ola” rədifli divanisini Şah İsmayıla yazıb. O, saraya şahın görüşə gəlir, lakin qəfil öldüyünün şahidi olur. Divanidə o anları əks edən belə misralar var:

Gəlmiş idim mürşidimə, dərdimə dəva qıla

Nə biləydim mən gəlinsə xak ilə yeksan ola...

- Çaldıran döyüşündə Şah İsmayılın xanımı Taclı Bəyimin Sultan Səlimin adamlarına əsir düşdüyü deyilir. Taclı Bəyim üstündəki zinət əşyalarını əsgərlərə verərək, qaçır, lakin onun aqibəti bilinmir. Şah İsmayıl bundan sonra xəta edən anlamına gələn Xətai təxəllüsünü götürür və ömrünün axırınacan gülmür. Bundan sonra yazdığı şeirlərin də məzmunu dəyişir, daha kədərli və bədbin olur.

Image result for şah ismayıl dastanı viki

- Yəqin bu məşhur misralar da o dövlərdə qələmə alınıb:

Xətai işin düşər

Gəlib-gedişin düşər

Dişləmə çiy loğmanı

Yerinə dişin düşər

- 15 yaşında Bakını, Təbrizi alıb özünü şah elan edən, sonralar da çoxlu qanlı döyüşlər aparan, geniş ərazilər tutan Xətai yazırdı:

Yol daşını yol quşuna

Atma, qardaş, kərəm eylə...

Əməl və söz arasındakı ziddiyyət belə bir fikrin yaranmasına əsas verir ki, şahın təsəvvüf məzmunlu şeirlərini onun müridlərindən hansısa yazıb. Ancaq bu fikir təsdiqini tapmayıb və ehtimal olaraq qalıb.

Image result for çaldıran savaşı

- Sultan Səlimin qoşununa gizlin hücum təklifinə “Mən karvan basan quldur deyiləm!” deyə cavab verən Şah Xətai Osmanlı ordusunun Avropadan aldığı toplardan istifadə edərək ona atəş açmasını namərdlik kimi qəbul etdi. O, feodal dövrün qaydalarına uyğun olaraq “kişi kimi döyüşmək” istəyirdi. Deyilənə görə, Osmanlı pəhləvanının təkbətək döyüş təklifini qəbul edir və onu qılıncla iki yerə bölür. Sonra topla atəş açırlar, atı ölür, özü yaralanır, yaralı-yaralı topun üstünə hücum çəkir, qılıncını tunc lüləyə necə çalırsa, yarıyacan topa yeriyir...

Image result for şah ismayıl dastanı viki

- Şah Xətainin qılıncı ilə bağlı başqa bir rəvayət də dolaşır. Sultan Səlim məktub yazıb o qılıncı istəyir, Şah İsmayıl göndərir. İkinci məktubda bildirilir ki, bu, həmin qılınc deyil, eyni topa vurduq, kəsmədi. Xətainin cavabı çox poetik alınır: “Qılınc həmin qılıncdı, qol həmin qol deyil”

Related image

- Başqa bir rəvayətə görə, Çaldıranda döyüşən Xətainin özü yox, oxşarı olub. Şərqdə də, qərbdə də bütün dövrlərdə hökmdarların oxşarı varmış. Ona görə Şah Xətainin də belə bir adam saxladığı ehtimal olunur.

- Lakin Şah İsmayılın igidliyini onu sevənlər də, sevməyənlər də etiraf edib. O, igidliyi ilə bağlı əhvalatların, demək olar hamısında, həm də hazırcavab, istedadlı insan kimi görünür.

Image result for Səfəvilər dövləti

- Şah İsmayıl Dərbənd şəhərindən İran körfəzinə qədər böyük bir imperiya qurmuşdu və o imperiyanın dili Azərbaycan dili idi.

# 39723 dəfə oxunub

Oxşar xəbərlər

Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
"Gördüm ki, gözlərində yaş parıldayır..." - Şairin yubileyinin keçirilməsinə kim mane olur?

"Gördüm ki, gözlərində yaş parıldayır..." - Şairin yubileyinin keçirilməsinə kim mane olur?

12:00 2 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
# # #