Yorulmuşam bu bədəndən... - Sonuncu Orxandan yeni şeirlər

Yorulmuşam bu bədəndən... - <span style="color:red;">Sonuncu Orxandan yeni şeirlər
2 iyun 2017
# 21:00

Kulis.Az gənc şair Sonuncu Orxanın yeni şeirləri təqdim edir.

Dua

Tanrım, məni qorxutma, qorxutma, qorxutma
Azarlama, incitmə...
mən sənin müdrik oğlun deyiləm
Səbrinin gözəlliyini bədənimdə hiss edəm.

məni qorxutma, Tanrım, cəhənnəm kölgəsiylə
Şeytan nəfsiylə, şəhvət həvəsiylə.
Ki bu vücudda hər şeyin adı sən.

Mən bir sərgərdan bəndə
Bəndeyi-fəqir
Hər gün dualar edər
Dualar həp yarımçıq...

Məni qorxutma, Tanrım, işığından ver mənə
Ki mən sənin ruh oğlun.
Bəndeyi-fəqir oğlun

Mağmın şair

Sən at ayaqlarının tappıltısını

Ürəyinin döyüntüsüylə çarpazlayanda

Bir az da yoxa çıxırdın əslində

Bu qədər əzinik olmamalı idin, şair.

Gözlərini uzaqlarda rahatladıb

Özünü ovudanda

əslində həyata uduzurdun...

Həyatla ölüm arasında

Sevinclə kədər arasında

Özünə bir tale yazammadın, şair.

Yorulmuşam səndən də

Sənin qəmindən, ayrılığından

Sevməyindən, sevməməyindən

Özündən uzaqda xoşbəxt olmağından

Ya olmaq istəməyindən

Yorulmuşam, şair

Yorulmuşam bu bədəndən...

***

“Bəlkə dost olaq?” cümləsiylə başladı

həyatımın ən böyük köçü

getdilər, gəlmədilər.

sığındım kinimə allahı da söydüm

mağmın taleyimə xoşbəxt taleyi dedim

kişi kimi ağlamadım

heç qadın kimi də

uşaq kimi büküldüm dizlərimin arasında.

***

Darıxmaq

Hərdən götürüb darağın da

tozunu almaq istəyirəm...

İlahi, nə gözəl darıxıram...

***

Sevgilin olanda bezirsən

olmayanda darıxırsan.

həyata hansı yöndən baxsan

yenə təksən.

ikilik bir deyilsə

sevmək də əzabsa

əsəbsə, xəstəliksə

sevməmək nədir?

boş ver, şairim

həyat ləzzətli dondurma kimidir...

# 3058 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #