İnsani dəyərlərin tənəzzülü

İnsani dəyərlərin tənəzzülü
6 iyul 2018
# 12:30

Hollivudda baş verən seksual təcavüz qalmaqalı İsveç Akademiyasının münsiflər heyətinə də sıçradı və nəticədə bir neçə münsif komissiyadan kənarlaşdırıldı.

Ömürlük seçilən bu adamların yerini doldurmaq uzun vaxt alacaq deyə, Nobel Komitəsi 2018-ci ildə mükafatın verilməyəcəyini rəsmi şəkildə bəyan etdi.

Bu yaxınlarda isə Stokholmda yeni akademiya yaradıldı və əslən İsveçdən olan çoxsaylı yazıçını, aktyoru, jurnalisti və başqa mədəniyyət adamlarını öz şəmsiyyəsi altına alan bu akademiya İsveç Akademiyasının qərarına etiraz olaraq bu il Nobel mükafatını verəcəyini bəyan etdi.

Səbəblər qısa və ilgincdir:

“İnsani dəyərlərin tənəzzülə uğradığı bir zamanda ədəbiyyatın əhəmiyyəti daha da artır. Yeni Akademiya hesab edir ki, belə bir zamanda Nobel ədəbiyyat mükafatının verilməsi çox vacibdir”

İnsan dəyərlərin tənəzzülü... Ağır cümlədir. Və bu ağırlıqda, bu böyüklükdə problemdən çıxış yolu kimi ədəbiyyat göstərilir.

Təkcə bu fakt sübut edir ki, bizim kimi cəmiyyətlərdə ədəbiyyatın, kitabın dəyəri yetərincə anlaşılmır. Əlbəttə kitab və ədəbiyyat əleyhinə danışan yoxdur. Əksinə, hamı yazmağın-oxumağın faydasından söz açır, uzun-uzun moizələr oxuyur, lakin iş görmək məqamı gələndə görürsən ki, bu moizəçilər özləri öz danışdıqlarına inanmırlar.

Ola bilsin, bizdə insani dəyərlər qəti şəkildə tənəzzülə uğramır və bu səbəbdən ədəbiyyata-kitaba ciddi ehtiyac duyulmur.

Ona görə efirdə bütün günü çal-çağır, bayramdır.

Ona görə, həmvətənlərimiz toylarında, ad günlərində oxuyan müğənnilərə, əyləncəli qafiyələr açan meyxanaçılara pul xərcləyirlər.

Bizdə ədəbiyyat nə qədər ki, tərəqqi edib, elə o qədər bəsimizdir. Qoy insani dəyərləri tənəzzül edən qərblilər öz dərdlərini çəksinlər.

# 2339 dəfə oxunub

Müəllifin son yazıları

# # #