Böyük rejissora siyasi mükafat – Rejissorlarımız Əsgər Fərhadidən danışır

 Böyük rejissora siyasi mükafat – <span style="color:red;">Rejissorlarımız Əsgər Fərhadidən danışır
28 fevral 2017
# 14:16

Əsgər Fərhadinin “Satıcı” filmi 89-cu “Oskar” mükafatının “Ən yaxşı əcnəbi film” nominasiyasında qalib olub. İranlı rejissorun ikinci dəfə bu mükafata layiq görülməsi birmənalı qarşılanmayıb.

Bəs bizim rejissorların Əsgər Fərhadinin “Satıcı” filminə münasibətləri necədir? Ümumiyyətlə, iranlı rejissor haqqında nə düşünürlər?

Kulis.Az rejissorlardan bu barədə münasibət öyrənib. Cavabları təqdim edirik.

Hüseyn Mehdiyev

- Əsgər Fərhadinin “Oskar” alması məni sevindirdi. Düzdü, mükafat alan sonuncu filminə baxmamışam. Ancaq digər filmlərini izləmişəm. Çox əladır. Onun filmləri məni valeh eləmişdi. Artıq ikinci dəfədir “Oskar” alır Əsgər Fərhadi. Bundan əvvəl “Ayrılıq” filminə görə almışdı. İkinci dəfə mükafatı alması da hesab edirəm ki, doğru qərardır. Mənə görə Əsgər Fərhadi layiqli sənətçidir. “Oskar” mükafatına layiqdir. Sənətə münasibətim həmişə müsbətdir. İstər iranlı olsun, istər fransız, istər amerikan. Əsgər Fərhadi də gözəl rejissordur. Mənim yaradıcılığıma da yaxındır. Həyatı, insan əzablarını incə və təsirli şəkildə ötürür. Öz fikirlərini, ideyasını təsirli dildə çatdıra bilir.

Elçin Musaoğlu

- Əsgər Fərhadiyə rejissor kimi böyük hörmətim var, gözəl işləri var. Sonuncu filmi “Satıcı”ya da baxdım. Hesab edirəm ki, əvvəlki filmlərindən bir az zəif idi. Amma hər halda Əsgər Fərhadi gözəl rejissordur. “Oskar” almasına gəlincə... Məncə, burda İran faktoru, siyasi məsələlər də rol oynayır. Bu həmişə belə olub. Siyasi motiv jüri tərəfindən qiymətləndirmədə mühüm amildir. Axırıncı “Oskar” mükafatında da bu var idi. Əsgər Fərhadinin Amerikaya gedə bilməməyi ajiotaj yaratmışdı. Amerikanlar da Akademiyanın builki mükafatını çox siyasiləşmiş mükafat adlandırdılar. Siyasi motiv, Trampa münasibət özünü göstərdi. Nəticədə Əsgər Fərhadi mükafatı qazandı. Məni səhv başa düşməyin, Əsgər Fərhadi zəif rejissordur demirəm. Hər halda Əsgər Fərhadiyə mükafatın verilməsi pis hadisə deyil. Ancaq “Oskar”ın “Ən yaxşı xarici” filmlər nominasiyasında yarışan, almanların çəkdiyi “Toni Erdman” filmi daha çox xoşuma gəlmişdi. Bu sadəcə mənim subyektiv fikrimdir.

İntiqam Hacılı

- Əsgər Fərhadinin “Keçmiş” və “Boşanma” filmlərinə baxmışam. “Oskar” almasına gəldikdə isə “Satıcı”nı hələ izləməmişəm. Amma Əsgər Fərhadi balaca rejissor da deyil. O filmlərində insanın həyat əzablarını dərinliyə qədər verə bilir. Biz barışmasaq da bunları yaşamalıyıq. O ki qaldı “Oskar” müsabiqəsinə, bu müsabiqənin elə ən maraqlı bölməsi də "Ən yaxşı xarici film" nominasiyasıdır. İndiyəcən burda qalib gələn filmlərin əksəriyyəti kino adına maraqlı əsərlər olub. Fərhadi də bu nominasiyada iki dəfə qalib gəlibsə, deməli nəsə var.

# 1405 dəfə oxunub

Oxşar xəbərlər

İnsan həyatının absurdluğu - Kamyunun Mersosu ilə Sartrın Roqonteni nəyi anlamağa çalışırdı?

İnsan həyatının absurdluğu - Kamyunun Mersosu ilə Sartrın Roqonteni nəyi anlamağa çalışırdı?

09:00 21 avqust 2025
Hər şey yaxşıdır - Alov İnannanın yeni hekayəsi

Hər şey yaxşıdır - Alov İnannanın yeni hekayəsi

09:00 20 avqust 2025
Orxanın hekayəsini kim danışır? - Mətanət Vahid

Orxanın hekayəsini kim danışır? - Mətanət Vahid

14:38 5 avqust 2025
"Getdiyin yolun bitməyini istəyirsənsə..." - İnsan niyə Tanrıdan asılı deyil?

"Getdiyin yolun bitməyini istəyirsənsə..." - İnsan niyə Tanrıdan asılı deyil?

09:00 30 iyul 2025
Bəxtiyar Vahabzadənin o şeirindən sonra... - Vaqif Səmədoğlunun kitabı niyə qadağan olundu?

Bəxtiyar Vahabzadənin o şeirindən sonra... - Vaqif Səmədoğlunun kitabı niyə qadağan olundu?

09:00 29 iyul 2025
Sevgili cin - Kamal Abdullanın hekayəsi

Sevgili cin - Kamal Abdullanın hekayəsi

14:05 28 iyul 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər