Kitab sərgisi

Yeni teatrın ilk tamaşası nə olacaq? – Vidadi Həsənov yazır

Yeni teatrın ilk tamaşası nə olacaq? – <span style="color:red;">Vidadi Həsənov yazır
28 mart 2016
# 09:47

Keçmişi oxumaq gələcəyi öyrənmək üçündür.

Azərbaycan atalar sözü

Həzarat! Heç bilirsinizmi ki, o kişi, yani və yəni, Üzeyir bəy Hacıbəyli o zaman necə yazardı? Nələr danışardı? Bəs biz?!. Bəs biz indi necə yazırıq? Nələrdən və necə danışırıq? İndi deyim.

O kişi yazanda da, danışanda da heç vaxt bir şeyi yaddan çıxartmayıb. Onu hər şeydən əfzəl bilib, hər şeydən öndə tutub. O şey nədir? O şey – millətdir. Necə yəni millət? Nə millət? İndi deyim.

Bu millət cəfakeşinin bir kitabı var: “Ordan – burdan”. Bu kitab ümumən müsəlmanlardan, yani və yəni, milləti-islamdan, qısa kəsim, təmamən bizlərdən, bizim içimizdən və çölümüzdən bəhs edir. Halon ki, bizlər haqqındadır, gərəkdir ki, biz də onu oxuyaq. Biz də günlərin bir gözəl günü onu oxuduq və qərar qoyduq ki, o kitabdakı bəzi mətləblərdən bir tamaşa düzək - qoşaq. Və başladıq. Axırı noldu? Axırı belə oldu. İndi deyim.

Həzarat! Bəlli bir şey ki, bu zaman deyilən şeyin üzü olmur, bilmərrə. Onun üzü, əlbəttə ki, “bu gün” dediyimiz haman bu gerçəklikdir. Sizi bilmirəm, amma məncə, bu “gerçəklik” deyilən şey nədirsə, heç onun da üzü yoxdur. O, yani və yəni, bu gerçəklik əslində bir niqabdır. Bu “zaman” filan – filanın niqabıdır. Bütün məğzi - mətləblər də, bütün əsli – həqiqətlər də bax bu niqabın arxasındadır – gizlindədir. Bir çin atalar sözü var: “İndi kim olduğunu bilmək istəyirsənsə, keçmişdə nə etdiyini öyrən, gələcəkdə nə edəcəyini bilmək istəyirsənsə, onda indi kim olduğunu öyrən”.

İndi isə gəlim mətləb üstünə. Bir ay bundan əqdəm MEDİA COMPANY – nin nəznində M.TEATR PRODUCTİON adlı teatrın əsasını qoyduq. Gənc və istedadlı sənətçiləri ətrafımıza topladıq. Səhər-axşam bilmədən, istirahət və bayram günləri belə dincəlmədən çalışdıq. Nəhayət, Ü. Hacıbəylinin “Ordan-burdan” kitabı əsasında bir bölümlü mükalimə - tamaşa ərsəyə gətirdik. Bu tamaşada iştirak edən beş sənətçi, sanki beş zaman səyyahı kimi bizi keçən əsrin əvvəllərinə, o illərin gizlinlərinə səyahətə aparırlar. Amma, bu səyahət “bu gündən” keçmişə deyil, əslində “keçmişdən” bu günə səyahətdir. Bəs görəsən, ordan – keçmiş adlı uzaq bir “məmləkətdən” baxanda yaşadığımız bu gerçəklik necə görünür? Bəs qarasınca güdükçü düşdüyümüz o “gələcək” adlı xəyali “diyara” nə ilə və nə üzlə gedirik? Bilmirsiz? Doğrudan, bilmirsiz? Düzünü deyim ki, heç mən də bilmirəm. Amma, mən bir şeyi dəqiq bilirəm. O şey nədi? İndi deyim.

Həzarat! Əgər 29 MART 19:00-da R.Behbudov adına Mahnı Teatrında baş tutacaq M.TEATR PRODUCTİON – nun təqdimatına və ilk tamaşasına gəlsəniz, onda yəqin bilin ki, sizi düşündürən və narahat edən bir çox sualların cavabını tapa bilərsiniz. Tamaşaya biletləri nağd və ya hesaba köçürmə yolu ilə və ya, (+994 51)-797-43-76 nömrəsinə zəng vuraraq əldə edə bilərsiniz.

Həzarat! Bu yazı - pozunu məhşur alman dramaturqu və rejissoru B.Brextin sözləri ilə tamamə yetirirəm: “İncəsənətin bütün növləri sənətlərin ən böyüyünə - insanların həyatda yaşaya bilmək sənətinə xidmət edir”.

M.TEATR PRODUCTİON-nın bədii rəhbəri: əməkdar artist VİDADİ HƏSƏNOV

# 1404 dəfə oxunub

Oxşar xəbərlər

"Mən indi bilirəm, İlahi..." - Sevinc Mürvətqızının essesi

"Mən indi bilirəm, İlahi..." - Sevinc Mürvətqızının essesi

17:00 1 oktyabr 2025
"Ağalar Qut ciddi fəlsəfi problemlərlə məşğul olsun" - Əsəd Cahangirdən SƏRT CAVAB

"Ağalar Qut ciddi fəlsəfi problemlərlə məşğul olsun" - Əsəd Cahangirdən SƏRT CAVAB

12:00 1 oktyabr 2025
Rembrandtla dostluq edən holland rəssam - Ona niyə  "kiçik xərçəng" deyirdilər?

Rembrandtla dostluq edən holland rəssam - Ona niyə "kiçik xərçəng" deyirdilər?

10:40 1 oktyabr 2025
“Bibliya" necə dəyişdirilib? – Tərcümənin gizli tarixi

“Bibliya" necə dəyişdirilib? – Tərcümənin gizli tarixi

17:00 30 sentyabr 2025
Bu sözü dilimizə Səməd Vurğun gətirməyib - İllər sonra üzə çıxan həqiqətin pərdəarxası

Bu sözü dilimizə Səməd Vurğun gətirməyib - İllər sonra üzə çıxan həqiqətin pərdəarxası

12:06 30 sentyabr 2025
İlya Repin  impressionizmdən niyə  imtina etmişdi?

İlya Repin impressionizmdən niyə imtina etmişdi?

14:15 29 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər