Yeni sərgi: “... 1960-1980-ci illər Azərbaycan ustadlarının gözləri ilə”

Yeni sərgi: “... 1960-1980-ci illər Azərbaycan ustadlarının gözləri ilə”
27 may 2018
# 19:19

“YARAT” Müasir İncəsənət Mərkəzində “Əmək, istirahət və xəyallar: 1960-1980-ci illər Azərbaycan ustadlarının gözləri ilə” adlı sərgi açılıb.

Kulis.az Azərtaca istinadən xəbər verir ki, açılış mərasimində çıxış edən sərginin kuratoru Suad Qarayeva-Maleki ekspozisiyada Azərbaycanın görkəmli rəssamlarının ötən əsrin 60 və 80-ci illərinə aid 65 əsərinin yer aldığını söyləyib. Diqqətə çatdırıb ki, sərginin adı o dövrün insanlarının həyatının mahiyyətini əks etdirir. Onlar işləyiblər, istirahət ediblər, xəyala dalıblar.

“Sərgidə əsərləri nümayiş edilən rəssamlar sosialist realizminin doqmatik göstərişlərindən kənara çıxmaqla, öz fərdi, büsbütün tanınan və müəyyən edilən üslublarını işləyib hazırlayıblar. Bu üslub açıq tonların tətbiqi baxımından unikal olmaqla yanaşı, obyektlərin əks etdirilməsinə görə cəsarətliliyi, yaxmaların qətiyyəti, impasto gücü və folklor elementlərinin istifadəsi ilə fərqlənir”, - deyə Suad Qarayeva-Maleki bildirib.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov qeyd edib ki, 1960-1980-ci illər Azərbaycan rəngkarlıq sənətinin çiçəklənmə dövrü sayılır.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Sərgidə Azərbaycanın görkəmli fırça ustaları - Səttar Bəhlulzadə, Maral Rəhmanzadə, Tağı Tağıyev, Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Oqtay Sadıqzadə, Cavad Mircavadov, Əşrəf Murad, Mahmud Tağıyev, Nadir Əbdürrəhmanov, Xalidə Səfərova, Rasim Babayev, Nadir Qasımov, Toğrul Nərimanbəyov, Gennadi Brijatyuk, Kamal Əhməd, Ucal Haqverdiyev, İqor Juk, Eldar Qurban, Tahir Salahov, Fərhad Xəlilov, Altay Sadıqzadə və Qəyyur Yunusun əsərləri nümayiş olunur.

Sərgi 2019-cu il yanvarın 6-dək davam edəcək.

# 2403 dəfə oxunub

Oxşar xəbərlər

"Bir adətin ənənəviliyi onun yaxşılığına dəlalət etmir..." - Harriet Teylor Mill kim idi?

"Bir adətin ənənəviliyi onun yaxşılığına dəlalət etmir..." - Harriet Teylor Mill kim idi?

16:00 8 oktyabr 2026
İtalyan rəssamın sevgilisindən ilhamlanıb çəkdiyi tablo - "Məryəm iki mələk ilə"

İtalyan rəssamın sevgilisindən ilhamlanıb çəkdiyi tablo - "Məryəm iki mələk ilə"

14:00 8 oktyabr 2026
Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

18:40 6 oktyabr 2026
"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

15:00 6 oktyabr 2026
Eybəcər - Samirə Əşrəfin hekayəsi

Eybəcər - Samirə Əşrəfin hekayəsi

15:00 5 oktyabr 2026
Alman romantizminin vizual manifesti - "Duman dənizi üzərində səyyah"

Alman romantizminin vizual manifesti - "Duman dənizi üzərində səyyah"

14:00 5 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər