Nurəddin Mehdixanlı və Anar Heybətov məktəblilərlə görüşdə

Nurəddin Mehdixanlı və Anar Heybətov məktəblilərlə görüşdə
28 fevral 2017
# 10:49

Nizami rayonunun 328 saylı tam orta məktəbində Akademik Milli Dram Teatrının aktyorları xalq artisti Nurəddin Mehdixanlı və Anar Heybətovla görüş keçirilib. Kulis.azın məlumatına görə tanınmış aktyorlar məktəbin ədəbiyyat müəllimi, şairə Elnaz Eyvazın dəvəti ilə şagirdlərlə görüşüblər.

Tədbirdə məktəbin musiqi müəllimi Nailə Heydərovanın rəhbərliyi ilə hazırlanmış səhnəciklər, musiqi nömrələri nümayiş etdirilib. Şagirdlər Ü. Hacıbəylinin "Arşın mal alan" operettasından Vəli və Tellinin, Süleyman Ələsgərovun "Ulduz" kinofilmindən isə Məhəmməd və Züleyxa duetlərini, C.Məmmədquluzadənin "Ölülər" əsərinin son səhnəsi - İsgəndərin monoloqunu isə VII a sinfinin şagirdi Cümşüdov Səid nümayiş etdirdilər. Daha sonra VI sinif şagirdi Fateh Şıxəliyevin ifa etdiyi tar sədaları altında bədii qiraət müsabiqəsinin qalibi Büllurə Zamanova M. Müşfiqin "Oxu tar" şeirini söylədi.

Daha sonra məktəbin balaca qonağı olan, Tofiq Quliyev adına musiqi məktəbinin vokal və fortepiano siniflərində təhsil alan Eyvazlı Yeganə "O sole mio " mahnısını ifa etdi. Tədbir məktəblilərin aktyorlara ünvanladığı suallarla davam etdi.

Sonra tədbirin təşkilatçısı Elnaz Eyvaz dəvətlərini qəbul etdikləri üçün qonaqlara təşəkkürünü bildirib. O qeyd edib ki, bu görüşün şagirdlərin dünyagörüşündə, teatra, sənətə münasibətində önəmli yeri olacaq.

Sonda isə məktəbin direktoru Asif Nəbiyev çıxış edərək həm qonaqlara, həm də tədbiri hazırlayan müəllimlərə və şagirdlərə təşəkkürünü bildirdi.

# 2615 dəfə oxunub

Oxşar xəbərlər

Gözləri tutulandan sonra ən məşhur tablolarını yaratdı - Dahilərin müəllimi haqqında

Gözləri tutulandan sonra ən məşhur tablolarını yaratdı - Dahilərin müəllimi haqqında

11:30 10 iyul 2026
Dünyanın ən qanlı tablosunun arxasında gizlənən qadın faciəsi

Dünyanın ən qanlı tablosunun arxasında gizlənən qadın faciəsi

17:16 8 iyul 2026
"Görünür, ağcaqanadlar müəllifi çox narahat edib" - Hekayə müzakirəsi

"Görünür, ağcaqanadlar müəllifi çox narahat edib" - Hekayə müzakirəsi

12:15 8 iyul 2026
Azərbaycanı SSRİ-dən ayırmaq istəyən yazıçının dəhşətli taleyi - O, Səməd Vurğuna gizli məktubunda nə yazmışdı?

Azərbaycanı SSRİ-dən ayırmaq istəyən yazıçının dəhşətli taleyi - O, Səməd Vurğuna gizli məktubunda nə yazmışdı?

10:00 8 iyul 2026
Ayasofiya qazisinin qara eynəyinin arxasında nə gizlənir? - Səlim Babullaoğlunun ən sirli kitabı haqqında

Ayasofiya qazisinin qara eynəyinin arxasında nə gizlənir? - Səlim Babullaoğlunun ən sirli kitabı haqqında

15:00 7 iyul 2026
"Yüz ilin tənhalığı"ndan "Əsrin qolu"na - Cənubi Amerika futbolunun magik realizmi

"Yüz ilin tənhalığı"ndan "Əsrin qolu"na - Cənubi Amerika futbolunun magik realizmi

12:00 7 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər