Amerikan "KQB"-sinin dəstəyi ilə çəkilən film

Amerikan "KQB"-sinin dəstəyi ilə çəkilən film
4 mart 2013
# 12:07

Almaniyanın bir neçə məşhur mətbuat orqanının “Oskar” mükafatının nəticələri ilə bağlı yayımladığı məqalələrdən bəzi parçaları təqdim edirik.

“FAZ” qəzeti

“Amerikanın First Ledisinə və Akademiyaya inanmaq istəsək, o Akademiya ki 9 filmi “ən yaxşı film” nominasiyasına seçib, kino əla formadadır və biz bu təqdimat gecəsindən 2014-cü ilin “Oskar”ına nikbincəsinə getməyi bacardıq. Bu gecənin qalibləri doğrudanmı deyilənlərə layiqdir?

Üç Oskar nominasiyasını – yaxşı adaptə olunmuş ssenari, montaj və əsas mükafatı udan Ben Afflekin “Arqo”su yaxşı filmdir, amma baş rolun yanlış seçiminə görə də qismən nəsə şən, gülməli təəssürat oyadır. Real hadisəyə əsaslanan film bəlkə indi də amerikalıları ilhamlandırır. Qısaca bu filmin əsas mükafata layiq görülməsini belə formulə etmək olar: “Biz iranlılardan əlayıq, çünki bizim Hollivudumz var“.

Nə qədər qəribə olsa da, iranlıların şovinist, avtomatlarının tətiyində titrəyən barmaqlarıyla saqqalı boşboğaz kimi göstərildiyi “Arqo”nun ekranlara çıxmasından bəri heç kəs artıq Amerikada “political correctness” sözlərini xatırlamır”.

“Zeit” qəzeti

““Oskar” mükafatının siyasi olmasını hamı bilir. “Ən yaxşı film” nominasiyasında 9 filmdən dördü-“Bir nömrəli məqsəd”, “Arqo”, “Linkoln”, “Canqo”-supersiyasi idi.

Əslində hər şey öz-özlüyündə acıq-aşkar, şəffaf keçirilir. Amma kim uddu? “Arqo”, 1979-cu ildə Tehranda Amerika vətəndaşlarının girov götürülməsi zamanı əməkdar Mərkəzi Kəşfiyyat İdarəsinin fırıldağına itaətkarca rekonstruksiya vermiş film. Heç bir özünütənqid yox. Müzakirə, diskussiya üçün cəsarət yox. “Argo” mərasimin ən güclü hakimi idi. Afflek isə onun məsum, günahsız adamı.

Kimsə seçimi Akademiyanın etmədiyini demir. Rassizm, işgəncə və ya saxtakarlıq haqda hətta demokratik ölkələrdə də heç nə bilmək istəmirlər.

Akademiya bu mərasimdə MKİ-nın himnini qəsdən sevinclə bağırdı.

Belə xoşbəxt sonluqlu “urra”dan şovinizmə yol uzaq deyil.

Həqiqətdə isə bu film zəif işlərdən biridi. Əgər “Oskar” seçimlərini düzgün seçməyə icazə versələr, onda Amerika da, onun dünya polisi rolu da necə də yorğun, solğun görünər.

“Arqo”nun mesajı bir az da yalançı sülh kimi səslənir“.

“Spiegel” jurnalı yazır:

“Amerikada işgəncə səhnələrinə görə mübahisələrə səbəb olan “Bir nömrəli məqsəd” “Ən yaxşı film“ kateqoriyasında nominant olsa da, bu mükafatı almadı. Həmin kateqoriyanı başqa siyasi triller Ben Afflekin “Arqo”su qazandı. “Arqo”da Ketrin Bigleounun filmi kimi MKİ ilə əməkdaşlığından bəhs edir, amma motivlər 1979-cu il İranda amerikalıların girov götürülməsi ətrafındadır.

İnsayderlərə görə Afflekin komandası ən azından „Bir nömrəli məqsəd“in yaradıcıları kimi MKİ ilə sıx əməkdaşlıq edib. Yeri gəlmişkən, „Arqo“nun çəkiliş heyətinə MKİ-nın Virciniyada yerləşən hərbi qərargahında çəkilişlər üçün icazə verilib“.

# 5174 dəfə oxunub

Oxşar xəbərlər

İnsan həyatının absurdluğu - Kamyunun Mersosu ilə Sartrın Roqonteni nəyi anlamağa çalışırdı?

İnsan həyatının absurdluğu - Kamyunun Mersosu ilə Sartrın Roqonteni nəyi anlamağa çalışırdı?

09:00 21 avqust 2025
Azərbaycan təsviri incəsənətinin özünəməxsus üsluba malik neorealist rəssamı

Azərbaycan təsviri incəsənətinin özünəməxsus üsluba malik neorealist rəssamı

13:00 20 avqust 2025
Hər şey yaxşıdır - Alov İnannanın yeni hekayəsi

Hər şey yaxşıdır - Alov İnannanın yeni hekayəsi

09:00 20 avqust 2025
Tapıntı - Səidbəy Arsanovun hekayəsi

Tapıntı - Səidbəy Arsanovun hekayəsi

12:00 19 avqust 2025
Orxanın hekayəsini kim danışır? - Mətanət Vahid

Orxanın hekayəsini kim danışır? - Mətanət Vahid

14:38 5 avqust 2025
"Getdiyin yolun bitməyini istəyirsənsə..." - İnsan niyə Tanrıdan asılı deyil?

"Getdiyin yolun bitməyini istəyirsənsə..." - İnsan niyə Tanrıdan asılı deyil?

09:00 30 iyul 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər