O qadın Nazim Hikmətə xəyanət etmişdimi?

O qadın Nazim Hikmətə xəyanət etmişdimi?
23 noyabr 2021
# 15:00

Kulis.az Nazim Hikmətin ikinci həyat yoldaşı, oğlunun anası Münəvvər Andaçla münasibətlərindən bəhs edən materialı təqdim edir.

Mehmet Hikmət Nazim Hikmətin tək oğlu olub. Məşhur şair onu çox az görüb, onunla birlikdə yaşaya bilməyib. Oğlu hələ üç aylığında olanda, Nazim Hikmət ailəsini tərk edib, xaricə qaçmaq məcburiyyətində qalır.

Tək qalan ana və oğul on il boyunca, İstanbulda, sivil polis nəzarətində yaşamağa məcbur olurlar.

Həmin on il ərzində ana-oğul nə yaşayıb, Mehmet Hikmətin uşaqlığı necə keçib – heç kim həmin dövr haqqında bir şey bilmir.

Mehmet on yaşında olanda, nəhayət ki Nazim və Münəvvər görüşə bilirlər. Görüş Varşavada baş tutur. Bu mərhələdə isə Nazim artıq əvvəlki həyat yoldaşı ilə yenidən birlikdə yaşaya bilməyəcəyi qərarını verərək, Moskvada özünə yeni həyat qurmuşdu. Qalina adlı həkim xanımla ayrılan Nazim Vera Tulyakova ilə evlənmişdi.

Varşavadakı görüşdə Nazim artıq evli idi. Bu kimi səbəblərə görə görüş olduqca soyuq və gərgin keçir. Nazim Hikmət və Münəvvər Andaç dörd saat mübahisə edirlər.

Cütlüyün arasındakı gərginlik, yalnızca Nazimin yeni evliliyi idimi?

Yoxsa bu gərginlik, on il əvvəl Nazim xaricə getmək məcburiyyətində qaldığı vaxtlardan qaynaqlanırdı?

Həmin dövrlərdə Münəvvər, məşhur türk yazıçısı Kamal Tahirlə birlikdə tərcümələr edirdi. Bu dostluğun məhəbbətə çevrilməyi haqqındakı şayiə və qeybətlər Moskvada yaşayan Nazim Hikmətin də qulağına çatır. Saimə Göysu və Eduard Timms “Romantik Kommunist” kitabında bu haqda belə yazırlar ki, Nazim, Münəvvərin Kamal Tahirlə olan münasibətini qınayıb.

Məhmət Fuad “Nazim Hikmət bioqrafiyasında” hadisəni bu cür nəql edir.

“Nazim çox gəzdiyi və bir yerdə qalmadığı üçün, adətən ona gələn məktublar Zəkəriyya Sertel adlı şəxsə göndərilirdi. Çünki Nazimin harada olduğunu yalnızca o bilirmiş. 1958-ci ilin avqustunda İstanbuldan gələn belə məktubların biri Nazim Hikməti çaş-baş qoyur. Şairi çaşqın hala salan məktub sənət cameəsində danışılan bir dedi-qodu idi.

Kamal Tahir dost məclisdə “gəlininizlə mazaqlaşmaqdan gəlirəm” kimi bir ifadə işlədəndən sonra Orxan Kamal ona hücum çəkir, dostları onları güclə ayırmışdılar”. (səh. 644 – 645)

Bu məktubdan sonra Nazim Hikmət aşağıdakı məşhur şeirini yazır:

“ o, yalnız ağaran dan yerini görür.
mən, gecəni də.
sən, yalnız gecəni görürsən,
mən ağaran dan yerini də”.

Bu hadisədən sarsılan şair, üstəlik, Münəvvər xanımdan bir məktub alır. Münəvvər Mehmetin məktəb yaşına çatdığını və artıq Nazimin onu himayəyə götürməyini tələb edir. Münəvvərin bu məktubuna əsəbiləşən şair ona belə cavab verir: “Uşağı Kamal Tahir himayəyə götürsün”.

Kamal Tahir haqqındakı söhbətlər cütlüyün arasında uzun müddət davam edir və sonda Münəvvər, Kamal Tahirlə aralarında heç nə olmadığına şairi inandıra bilir.

Amma həyat yoldaşına inandığını desə də, Nazim Hikmət üçün bu yara qaysaq bağlamır. Yaxın dostunun onu həyat yoldaşı ilə aldatması şayiəsi şairi dərindən sarsıdır.

İllərdir həsrətində olduğu atası ilə görüşə bilməmək, onunla birlikdə yaşaya bilməmək şübhəsiz Mehmet Hikmətin həyatına dərindən və birbaşa təsir edir.

Nazim Hikmət haqqında yazılan kitablarda Münəvvərlə Kamal Tahir münasibətindən danışılmamasına görə, şairin tövrünü və hərəkətlərini səhv başa düşürük.

Türkiyə ədəbi mühiti Münəvvər Andaç və Kamal Tahir münasibətinin həqiqətən yaşanıb-yaşanmadığının artıq tam bəlli olmağını istəyirlər. Bunu da aşkar etməyin yolu, şəffaf qaynaqları araşdırmaqdır. Həqiqətləri gizlədənlər, bunu tərəfləri qorumaq, şayiələrin qarşısını almaq məqsədilə edirlərsə, nə Münəvvərə, nə də Nazim Hikmətə yaxşılıq edirlər. Əksinə bu şayiələrin illərdir davam etməsinə səbəb olurlar.

Münəvvərin Nazim Hikmətə 750-dən çox məktub yazdığı, Moskvadakı RGALI Dövlət Ədəbiyyat və Sənət arxivində 400-dən çox, Əziz Nesin arxivində 100-dən çox məktubun əllə yazılmış nüsxələri saxlanıldığı deyilir. Nazim Hikmətin isə Münəvvərə ayda 4-8 məktub və açıqca yolladığı bilinir.


# 5763 dəfə oxunub

Oxşar xəbərlər

İnsan həyatının absurdluğu - Kamyunun Mersosu ilə Sartrın Roqonteni nəyi anlamağa çalışırdı?

İnsan həyatının absurdluğu - Kamyunun Mersosu ilə Sartrın Roqonteni nəyi anlamağa çalışırdı?

09:00 21 avqust 2025
Azərbaycan təsviri incəsənətinin özünəməxsus üsluba malik neorealist rəssamı

Azərbaycan təsviri incəsənətinin özünəməxsus üsluba malik neorealist rəssamı

13:00 20 avqust 2025
Hər şey yaxşıdır - Alov İnannanın yeni hekayəsi

Hər şey yaxşıdır - Alov İnannanın yeni hekayəsi

09:00 20 avqust 2025
Tapıntı - Səidbəy Arsanovun hekayəsi

Tapıntı - Səidbəy Arsanovun hekayəsi

12:00 19 avqust 2025
Orxanın hekayəsini kim danışır? - Mətanət Vahid

Orxanın hekayəsini kim danışır? - Mətanət Vahid

14:38 5 avqust 2025
"Getdiyin yolun bitməyini istəyirsənsə..." - İnsan niyə Tanrıdan asılı deyil?

"Getdiyin yolun bitməyini istəyirsənsə..." - İnsan niyə Tanrıdan asılı deyil?

09:00 30 iyul 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər