Klounlar haqqında daha əvvəl eşitmədikləriniz – Faktlar

Klounlar haqqında daha əvvəl eşitmədikləriniz – Faktlar
25 oktyabr 2022
# 17:00

Kulis.az klounlar haqqında maraqlı faktları təqdim edir.

Klounlar gülməli personajlar kimi yaradılıb. Zaman keçdikcə isə əyləncəli xarakterdən qorxulu film personajına çevriliblər. Kloun sözü ilk dəfə 1560-cı ildə işlədilib. Sözün mənşəyinin island dilindəki “klunni” sözündən gəldiyi deyilir. Klunni sözünün tərcüməsi “xeyirxah adam” deməkdir.

***

İlk tanınmış məşhur təlxək Cozef Qrimaldidir. O, 1802-ci ildə təlxək "Joey" kimi fəaliyyətə başlayıb. Klounların atası kimi tanınan Qrimaldi peşəkar şəkildə çıxış edən ilk klounlardan biri olub və klounlara verdiyi töhfələrə görə tanınıb. Klounlar hər il onun məzarını ziyarət edir və təlxək sənayesinin atası Qrimaldiyə ehtiramlarını bildirmək üçün əklillər qoyurlar. Sirk pərəstişkarı Sten Bult tərəfindən 1947-ci ildə “Clowns International” təlxəklər assosiasiyası yaradılıb. Təşkilat 1940-cı illərin əvvəllərində sirk sahibi Billy Smart tərəfindən başlayan ənənəni davam etdirmək üçün yaradılıb. Klounlar hər il bu sirklə müqavilələrini yeniləyirlər.

***

Klounlar mimikalarını şişirtmək üçün üzlərini rəngli boyalarla boyayırlar. Onların səhnə makiyajı kimi istifadə etdiyi üz boyasını ilk dəfə Grimaldi tətbiq edib . O əvvəlcə üzünü və boynunu örtmək üçün ağ boya ilə işə başlayıb. Daha sonra isə ifadələrini şişirtmək üçün yanaqlarına qırmızı üçbucaqlar, gülümsəyən qırmızı dodaqlar və qalın qaşlar əlavə edib. Qrimaldinin bioqrafı Andrew McConnell Stottun sözlərinə görə o dövrdə bu üz boyası çox vacib hesab edilib və 1800-cü illərin ən təsirli teatr dizaynlarından birinə çevrilib.

***

İlk uydurma qatil kloun 1892-ci ildə "Pagliacci" operasında səhnəyə çıxan Ruggero Leoncavallodur. İtalyanca "Pagliacci" təlxək deməkdir. Bu opera məhəbbət hekayəsindən bəhs edir. Məhəbbət və xəyanət təlxək qiyafəsində olan personajın sevgilisini bıçaqlamasına səbəb olur.

***

2016-cı il Amerika və bəzi Avropa ölkələrində "kloun hücumları" ili elan olunub. Bu ildə yüzlərlə insan kloun kimi geyinərək küçələrə axışıblar. Hadisə insanlarda qorxu yaradıb. “Təlxək terroru” adalandırılan olay Viskonsin ştatında başlayıb, daha sonra digər ştatlara da yayılıb. ABŞ və bir çox Avropa ölkələri vəziyyəti nəzərə alaraq müxtəlif tədbirlər görüblər. Belə ki, müəyyən ərazilərdə təlxək kostyumları və maskaların taxılması, satışı qadağan olunub.

***

Klounluq bir vaxtlar feminist hərəkat da hesab olunub. 1895-ci ildə “The New York Times” Yesta Matuesi dünyada “yeganə qadın təlxək” adlandırıb. Qəzet qadın klon olduğu üçün onun haqqında şişirdilmiş ifadələr işlədib. Bu digər qadınların etirazına səbəb olub. Qeyd edək ki, Amelia Batler və İren Jeyel Neyton ilk qadın klounlardır.

***

Heç də bütün zarafatçılar kloun deyillər. Hər ikisi xarakterlərini şişirtmək üçün rəngli paltarlar geyinirlər. Fərq ondadır ki, klounlar sirklə əlaqələndirilir. Zarafatçılar isə orta əsrlərdə kral ailəsi üçün xüsusi əyləncə təşkil ediblər.

***

Klounlar uzun illər qorxu filmlərində və kitablarda sirli, şər personajlar kimi təsvir edilir. Məlum olan ən qorxulu təlxək Stiven Kinqin qorxu romanından Pennywise-dir. Pennywise “Rəqs edən təlxək” romandakı uşaqları ovlamaq və manipulyasiya etmək qabiliyyətinə malik bir personajdır.

***

Koulrofobiya təlxəklərdən qorxmaq deməkdir. Chapman Universitetinin 2016-cı ildə apardığı araşdırmaya görə amerikalıların 7,8%-i klounlardan qorxur.

***

2 avqust 1971-ci ildə ABŞ prezidenti Riçard Nikson tərəfindən Beynəlxalq Kloun Həftəsinin keçirilməsi ilə basğlı qərar qəbul edib. Hər il avqustun ilk həftəsində insanları məlumatlandırmaq üçün Beynəlxalq Kloun Həftəsi keçirilir.

# 2873 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
#
#
# # #