Bundan sonra heç nə yazmasa belə... bəsidir - "Rəng mühəndisi" haqqında

Bundan sonra heç nə yazmasa belə... bəsidir - "Rəng mühəndisi" haqqında
11 iyun 2025
# 16:06

Kulis.az Mehriban Vəzirin Şərif Ağayarın "Rəng mühəndisi" romanı haqqında yazısını təqdim edir.

Şərif Ağayarın `Rəng Mühəndisi` əsərini oxudum.

Maraqlı və unikal əsərdir. Fərqli və yeni hekayədir.

Tarixə söykənmiş fantastikadır. İztirab dolu sarkazmdır...

Şərif Ağayar yaxşı yazır... və ya ən yaxşı yazanlarımızdandır...

Roman, dövlət yaradan, bu yolda ömrünü, gününü itirən, qanı bahasına yaratdığı dövlətdən, sadəcə, ədalət istəyən qara kütlədən bəhs edir...

...sonunda öz əli ilə... dövləti repressiya maşınına çevirmiş bir ovuc qəddara peşkeş edən başıpozuq kütlələrin çarəsizliklərindən bəhs edir.

Tozlanmış şüurlardan, bozarmış beyinlərdən... bu tozu və bozu idarə etməyin qaranlıq ustalığından bəhs edir roman...

Çox mətləbdən bəhs edir...

Son nəticə həyatda olduğu qədər acı və qanunauyğundur... Zığ Adasını işğalçı pepellərdən qurtarıb dövlətə çevirənlərin, bayraq qaldıranların, azadlıq istəyənlərin, ədalət möhtaclarının... ölkədən qovulması...

Bu, əldə, ovucda qalan son nəticədir...

Əsərdə... bildiyimiz, şahidi və iştirakçısı olduğumuz Milli Azadlıq Hərəkatının bir çox detallarını (istəsəniz) görə bilərsiniz...

Azərbaycan yazıçısı 1988-dən başlayan Milli Azadlıq Hərəkatı haqda çox yazıb. Hər birini deyə bilmərəm, bəzilərini mən də oxumuşam. Anısı çox əziz olan Sabir Əhmədov, Afaq Məsud və başqaları...

İndiyə kimi bu hərəkatın uca ruhunu, qutsallığını dərk edən və bu qutsallığın içində min cür hiylə, maraq, kqb oyunlarının da müdaxiləsini tamlığı ilə görən, müxtəlif təmayüllü xətləri çözüb ayıra bilən bir yazıçımıza hələ rast gəlməmişəm.

Yəqin daha çox zamana ehtiyac var...

Şərif Ağayarın baxışı da milli azadlıq hərəkatının qutsallığını, bu qutsal auranın içində yer almış qara hoqqaları tam qapsamır. Bəlkə, hədəfi o olmayıb, bilmirəm.

Bəlkə, kiminsə gözü hiylələri, qara hoqqaları, yanlışlıqları, təcrübəsizlikləri, axmaqlıqları daha tez seçə bilir?

Bəlkə, kiminsə gözü qutsallığı görə bilir, qutsallığı qapsamış boz dünyanı, toz dünyanı görə bilmir?

Bu da insan beyninin ayrı bir müəmmasıdır...

Lakin... əsər özlüyündə yeni, fərqli, maraqlı və ürəkyaxandır...

Yazıçının yanıb-töküldüyü gözlə görünür...

Və adam özünün və hər birimizin ömründə açılmış ölümcül yaralara baxıb gülür... ağladığını gizləyib gülür...

Oxuduqca müəllifi bəzən qərəzli, bəzən haqlı sayırsan.

Yəni bu yazıçı oxucusunu - ustalıqla - haldan hala sala bilir.

"Rəng mühəndisi" avanqard bir əsərdir. Müasir Azərbaycan nəsrinin incilərindəndir, deyə düşünürəm.

Böyük uğurdur!

Təbrik edirəm!

S.A. Bundan sonra heç nə yazmasa belə... bəsidir.

# 4421 dəfə oxunub

Oxşar xəbərlər

Təbiətin ramedilməz  enerjisinin kətanda təsviri - Moris de Vlamnikin məşhur əsəri

Təbiətin ramedilməz enerjisinin kətanda təsviri - Moris de Vlamnikin məşhur əsəri

13:30 11 oktyabr 2026
"Dünənki adamın yarısı belə deyiləm..." - Məşhur "Yesterday" necə yarandı?

"Dünənki adamın yarısı belə deyiləm..." - Məşhur "Yesterday" necə yarandı?

11:30 11 oktyabr 2026
"Hindli həyatını məhz Qərb formasında nəql etmək..." -  "Gecəyarısı uşaqları"nı niyə oxumalıyıq?

"Hindli həyatını məhz Qərb formasında nəql etmək..." - "Gecəyarısı uşaqları"nı niyə oxumalıyıq?

12:00 9 oktyabr 2026
"Bir adətin ənənəviliyi onun yaxşılığına dəlalət etmir..." - Harriet Teylor Mill kim idi?

"Bir adətin ənənəviliyi onun yaxşılığına dəlalət etmir..." - Harriet Teylor Mill kim idi?

16:00 8 oktyabr 2026
İtalyan rəssamın sevgilisindən ilhamlanıb çəkdiyi tablo - "Məryəm iki mələk ilə"

İtalyan rəssamın sevgilisindən ilhamlanıb çəkdiyi tablo - "Məryəm iki mələk ilə"

14:00 8 oktyabr 2026
Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

18:40 6 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər