“Nyu-York Tayms”a 160 ildən sonra ilk qadın baş redaktoru
Nyu-York Tayms qəzetinin səkkiz illik baş redaktoru Bill Keller bu ilin sentyabr ayında təqaüdə çıxacaq.
Kulis.az AFP-yə istinadən xəbər verir ki, qəzetə sentyabrdan sonra Cil Abramson başçılıq edəcək. Abramson 160 illik aradan sonra Nyu-York Taymsın ilk qadın baş redaktoru olacaq.
Abramson, qəzetə 1997-ci ildə “The Wall Street” jurnalından gəlib. 2000-ci ildə qəzetin Vaşinqton bölməsinin şef-redaktoru olub.
Keçən ildən isə Nyu-York Taymsın internet versiyasının baş redaktoru vəzifəsini alıb.
Eks baş redaktor Keller isə qəzetdə adi reportyor vəzifəsində əməkdaşlığa davam edəcək.
Hazırda qəzetin saytına 33 milyonu ABŞ-dan daxil olmaqla, 46 milyon oxucuya çatır. 1 milyondan yuxarı tirajla buraxılan qəzet ABŞ-da üçüncü ən böyük informasiya mənbəyidir.
Qeyd edək ki, bundan əvvəl Assosiated Press və Chicago Tribune qəzetlərində qadın baş redaktor təyin olunub.
Günel ƏSGƏRZADƏ

Oxşar xəbərlər
Qırmızı damlar, rus qadının portreti – Məşhur rəssamın 5 əsəri
19:00
27 iyul 2026
14 illik gizli eşq onu məhv etdi – Dahi şairin sirlərlə dolu həyatı
18:30
27 iyul 2026
Nobeli yatağında qazanan şair – O, niyə şeytana şeir həsr etmişdi?
18:00
27 iyul 2026
3 "Oskar" qazanan vətənsiz bəstəkar – O, özünü niyə “sürgündə” hesab edirdi?
13:30
27 iyul 2026
Əsir düşdü, əsərləri yandırıldı – Müharibə əleyhdarı rəssam
15:40
25 iyul 2026
Vladimir Vısotski kimdir? - SSRİ-nin əfsanəvi sənətçisinin faciəli həyatı
13:37
25 iyul 2026