Ədəbi katibə vüsalına məzarda yetişdi - ARAŞDIRMA
30 may 2011
16:13
Layihə: İntihar etmiş yazıçılar
Mirmehdi AĞAOĞLU
Əlvida, Bakı! Mavi türk səması, əlvida!
Qüvvədən düşürəm mən, damarımda donur qan.
Mən bir səadət kimi aparram məzaracan
Balaxanı mayını, Xəzər dalğasını da.
Özünüzü yormayın. Bu misraların müəllifi Azərbaycan şairi deyil. Şeirin adı - “Əlvida, Bakı!”. Onu Sergey Yesenin 1925-ci ildə Bakıdan ayrılarkən yazmışdı.
1922-1923-cü illərdə həyat yoldaşı Aysedora Dunkanla Avropa və Amerika səyahətindən qayıtdıqdan bir müdət sonra Yesenin Bakıya gəlir. Elə bil Qərbin sənayeləşmiş, urbanizasiyalaşmış şəhərləri onun bütün ruhunu çəkib sovurmuşdu. Avropada müəyyən çərçivələrə əməl etməli, etiket qaydalarına uymalı, özünü nümunəvi sovet vətəndaşı kimi aparmalı idi. Yesenin isə qısacıq ömrü boyu həmişə qıvraq, cələqırmış, qalmaqalçı, oyun çıxardan olmağı öyrənmişdi.
Dunkan onu özü ilə Avropaya həm öz cavan əri ilə öyünmək, həm də Yesenini Avropada tanıtmaq üçün aparmışdı. Bütün bu sənayeləşmədən, sivilizasiydan, lüzumsuz etiketlərdən, yüksək cəmiyyət ziyafətlərindən yorulan Yesenin dincini almaq üçün Bakıya üz tutur. Burada, Mərdəkanda, Botanika bağında bir zamanlar Murtuza Muxtarovon mülkü olmuş evdə qalır. Qızmar cənub günəşi, rus gözəlinin gözlərini andıran mavi Xəzər, neft qoxulu Bakı havası Yesenini gümrahlaşdırır, onu həyata qaytarır.
O, Bakıdan ayrılmaq istəmirdi. Sanki bilirdi ki, Bakıdan ayrılması onun sonu olacaq.
Qayıdaq əvvələ
Sergey Aleksandroviç Yesenin 1895-ci ildə Ryazan quberniyasının Konstantinovo kəndində kəndli ailəsində anadan olmuşdu. Üç yaşından onu ana babası böyütməyə başlayır. O, subay dayıları ilə bütün günü çöldə-bayırda dolaşır, onlardan, çılğın, dəlisov olmağı öyrənirdi. Dayıları onu əsl igid kimi böyüdürdülər. Balaca Sergeyi gölün ortasında suya buraxır, yəhərsiz ata mindirir, bərkə-boşa salırdılar. Dayısı onu əzizləyərək “qırışmal” deyə çağırırdı.
“Uşaqlar arasında həmişə dəstəbaşı və davakar sayılardım, özü də üz-gözüm cırmaq-cırmaq olardı. Dəcəlliyimə görə məni bircə nənəm söyərdi, babam isə məni yumruq davasına çəkər, tez-tez nənəmə deyərdi: “Ay səfeh, ona dəymə, belə daha möhkəm olar!””. Bu cümlələr Yeseninin yazdığı tərcüməyi- halında əks olunub. Onun davakarlığı şəhərə oxumağa gələndə də, sonrakı şairlik həyatında da özünü göstərdi.
Bütün yaranmışlar ərzə gələndə
Öz nam-nişanıyla tanınır, sözsüz
Şair olmasaydım, yəqin ki, mən də
Ya oğru olardım, ya da dələduz.
Ailəsinin kənd müəllimi görmək istədikləri Yesenin əvvəlcə kilsə-müəllimlik məktəbində oxuyur, 1912-ci ildə isə Moskvaya gəlir. Bir il sonra Sergey Şanyavski Universitetinə qəbul olur. Oxumaqla bərabər Yesenin mətbəədə çalışır, burada həm dolanışığını çıxarır, həm də nəşr olunmaq üçün münasib şans gözləyirdi.
Yesenin 8-9 yaşlarından yazmağa başlamışdı. Yaradıcılığının ilk illərində əsərlərinin məzmununu əsasən dini mövzular, Bibliya səhnələri təşkil edirdi. Sonralar bu janr əsərlərindən imtina elədi. İnqilabdan sonra o da dinsizləşsə də, qəlbinin bir guşəsində bəsləyib saxladığı xristianlıq ruhu həmişə onunlaydı. “Anama məktub” şeirində yazırdı.
Məni duaya da öyrətmə daha,
Mən bir də keçmişə dönmərəm artıq.
Tək sənsən könlümə səadət, dayaq,
Tək sənsən mənimçün əsrarlı işıq.
1915-ci ildə Yesenin Peterburqa gəlir, Aleksandr Blokla tanış olur. Blok gənc şairi çox yüksək qiymətlənidirir, onun kənd havası qoxuyan, saf, təmiz şerlərinə valeh olur. Yesenin bu görüşü belə təsvir edirdi: “Bloka baxanda məni tərs basdı, çünki ilk dəfə idi canlı şair görürdüm. Qorodetski məni əvvəllər haqqında heç eşitmədiyim Klyuyev ilə tanış etdi”.
1916-cı ildə Yesenini hərbi xidmətə yollanır. Şair dostu Klyukovun hay-küyü və polkovnik Lomanın yardımı ilə Çarskoselskoe hərbi qospotalına sanitar xidmətinə götürülür.
Birinci Dünya müharibəsini n qızğın dövründə Yesenin üçün hərbi xidmət çox rahat keçirdi. O paytaxtda qospitalda xidmətlə yanaşı tez-tez şeir gecələrində Klyukovla birlikdə çıxış edir. Mütəmadi olaraq imperatriçə Aleksandra Fyodrovna və məiyyəti qarşısında şeir deyirdi. İmperatriçə və çarın gənc qızları bu sarışın yeniyetmənin şeirlərini çox sevirdilər. Yesenin şeirlərində ucsuz-bucaqsız, əzəmətli Rusiyanı vəsf edirdi.
Səslən, səslən, ey qızılı rus torpağı,
Siz də əsin, ay cilovsuz dəli yellər!
Xoşbəxt odur, bacarıbdır anlamağı
Sənin çoban kədərini mənim qədər
Səslən, səslən, ey qızılı rus torpağı.
Hərbi xidmətdən sonra Yesenin Morenqovla və başqa şairlərlə birlikdə imajinizmin manifestini dərc etdirir. Əvvəlcə yenikəndçi şairlərdən olan Yesenin imajinistlərlərin təşkilatında aktiv çıxış edir, yeni şeirlər yazır.
Bir müddət sonra o, imajinistlərin qrupundan çıxdığını rəsmi şəkildə bəyan edir. Yesenin deyirdi: “Şair hansısa bir məktəbin arxasınca gedə bilməz”.
Yeseninin qadınları.
Yesenin bir gün dostuna deyir:
- Mənim üç min qadınım olub.
Dostu:
- Bəsdi, gopa basma.
- Yaxşı üç yüz.
Dostunun yenə üz-gözünü turşutduğunu görən şair:
- Yaxşı otuz, – deyə cavab verir.
Bu Yesenin haqqında lətifə olsa da, gerçək tərəflərindən də xali deyildi. Yeseninin həyatında qadınlar önəmli bir yer tutub. Bu yaraşlı oğlanı sevməmək mümkün deyildi. O, rəsmi şəkildə üç dəfə evlənmişdi, amma bu evliliklər arasında çoxlu sevgililəri də olmuşdu.
Anna İzryadovna ilə 1914-cü ildə vətəndaş nikahında olmuşdu. Yeseninin Annadan bir oğlu olur, üç il sonra isə onlar ayrılırlar. Bu dəfə Yesenin sonralar rejissor Meyerxoldun həyat yoldaşı olmuş Zinaida Rayxla ailə həyatı qursa da, bu evlilik də boşanma ilə nəticələnir. Zinaidadan Tatyana və Konstantin adlı iki övladı dünyaya gəlmişdi.
Yeseninin ən məşhur evliliyi Aysedora Dunkan ilə olmuşdu. Onlar 1922-ci ildə evlənmişdilər. Aysedora Dunkan amerikalı rəqqasə idi. O, müasir rəqsin banisi sayılır. Onu rəqs məktəbi yaratmaq üçün sovet hökuməti dəvət etmişdi. Yesenindən 18 yaş böyük olan Dunkan üçün bu evlilik göydəndüşmə idi.
Ürək, nəvazişlə dolu anların
Eşqilə az vursun-deyərdim müdam.
Yelbeyin, yalançı, boş qadınların
Saxta gözündə bəs nə axtarıram?
Sergeyə bu evlilik də səadət gətirmir. O, tez-tez içir, şeir gecələrində dava salır. Onu sıxışdırır, yaradıcılığının sovet quruculuğuna xidmət etmədiyinə görə tənqid edirdilər. Odur ki, bütün bu tənqidlərdən, qalmaqaldan uzaq durmaq üçün Aysedora onu özü ilə Avropa və Amerikaya qastrollara aparır.
Aysedora ilə boşanandan sonra bir müddət dissident hərəkatın öncüllərindən olmuş məşhur riyazıiyyatçı Nadejda Volpinlə birlikdə olur. Nadejdadan bir oğlu dünyaya gəlir.
Şairin sonuncu həyat yoldaşı Lev Tolstoyun nəvəsi Sofiya Tolstaya idi. Bundan başqa şairin bir cəfakeş qadını da olmuşdu. Onun haqqında yazının sonunda qeyd edəcəyik.
Vərdişlə öpürəm səni öpəndə,
Çünki çoxlarını öpmüşəm belə,
Sanki kibriti də hərdən çəkəndə
Dinirəm məhəbbət kəlmələriylə.
İnqilabdan sonra siyasi və ictimai sferada baş verən dəyişikliklər Yesenin poeziyasında da öz əksini tapsa da, o, Mayakovski kimi, dövrün tələbinə cavab verən şeirlər yaza bilmirdi. O yalnızca Rusiyanın qənirsiz gözəlliyə malik təbiətinin vurğunu idi. Artıq hər şeydən yorulmuş şair kəndlərinə, doğma yurduna qayıtmaq isəyirdi.
Yenə əvvəlkitək mehribanam mən,
Yalnız bircə arzu hakimdir mənə:
Qurtarıb üsyankar qüssə əlindən
Açlaq komamıza qayıdam yenə.
Yesenin ölümünü qabaqcadan görürdü. 1925-ci ilin avqustunda yazdığı şeirdə bu misralar vardı.
Bilirəm, bilirəm... Tezliklə, ancaq
Özüm, ya özgəsi səbəb olacaq-
Matəm hasarının dalında, demək,
Mən də əbədilik uzanam gərək.
Ömrünün sonlarında Yesenini antisemitizmdə günahlandırıdılar. Artıq hər şeydən bezmişdi: yaşadığı bohema həyatından, dostlarından, ədəbi çevrədən. İndi daha çox içir və tez-tez depressiyaya düşürdü. Sovet hakimiyyəti də ondan narahat olmağa başlamışdı. 1925-ci ilin noyabr ayında Yesenin müalicə üçün psixi xəstəxanaya yerləşdirilir.
Gizlicə psxixi xəstəxananı tərk edən Yesenini 1925-ci il 28 dekabrda Leninqradda “Anqleter” mehmanxanasında isitilik borusundan asılmış vəziyyətdə tapırlar. Vida məktubu iki bəndlik şeir idi və Mayakovskiyə həsr edilmişdi. Yeseninin biləklərini kəsib öz qanı ilə yazmışdı bu misraları:
Boşla söz-söhbəti, dostum, əlvida,
Qəlbininin qəmini, qüssəsini sil.
Nə ölüm təzədir qoca dünyada,
Nə də ki yaşamaq təzə şey deyil!
P.S. 1926-cı ildə Yeseninin vəfatından bir il sonra onun Vaqankovskoye qəbiristanlığındakı məzarı başında bir qadın peyda olur. Kağıza intihar etməsi barədə yazır və silahdan atəş açılır. Qadın Yeseninin qəbri üstünə sərilir. Qəbrin üstünü cuna kimi örtmüş ağ qar qırmızıya boyanır.
Bu qadın Qalina Benislavskaya idi. Yeseninin ədəbi katibəsi olmaqla yanaşı, candostu, sirdaşı da olmuşdu. O, Yesenini gənclik illərindən sevmişdi. Yeseninsə heç vaxt onun sevgisinə qarşılıq verməmişdi. Sergeyə olan qarşılıqsız sevgisinə baxmayaraq, onu heç zaman tək qoymadı, şairin ən çətin anlarında onun yanında oldu.
Yeseninlə ayrılığa dözə bilməyən Qalina bir il sonra əbədi olaraq onun yanına qayıtdı. Onun məktubunda bu sözlər də yazılmışdı: “Bu qəbirdə mənim ən əziz adamım yatır...” Qalina Yeseninlə yanaşı dəfn olunur.

1471 dəfə oxunub
Oxşar xəbərlər
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın
17:00
19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi
15:00
19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?
10:10
18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal
15:00
16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri
12:00
16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart
15:00
15 noyabr 2024