”Bratva”larla çörək kəsən baş redaktorla MÜSAHİBƏ
12 oktyabr 2012
12:17
Kulis.az-ın “Məhbəsdəki kitab” layihəsinin bu dəfəki qonağı “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğludur. İki dəfə həbsə düşən Rauf bəy məhbəs həyatından danışır.
- Həbsxana həyatı dövründə iki kitab yazmısınız. Həbsdən əvvəl kitablarla aranız necə idi?
- Uşaqlıqdan mütaliə edirəm. O vaxt daha çox macəra əsərlərini və dilimizə tərcümə olunmuş ciddi ədəbiyyatı oxuyurdum. Cek Londonun “Martin İden” əsərini oxuyandan sonra özüm də yazmağa başladım. Müəyyən qeydlər aparırdım. İki dəfə həbsxanaya düşmüşəm və hər həbsimdən sonra yeni bir kitabım çap olunub. Birinci dəfə 2000-ci ildə 45 gün həbsxanada olanda haqqımda yazılan məqalələri, apardığım qeydləri, 10-dan çox yazımı və bir şeirimi yığıb, “Bizi məğlub edə bilmədilər” adlı kitab çap etdirdim. “Demokratiya məhbəsdə” adlı ikinci kitabım isə 2004-cü ildə işıq üzü görüb. Burada həbsxanada olanda yazdığım yazılar, verdiyim müsahibələr yer alıb. “Demokratiya məhbəsdə” kitabım həbsxanada olanda çap edilmişdi. Kitabın təqdimatını “Yeni Müsavat” qəzetinin kollektivi keçirmişdi.
- Həbsxanada gündəliklər yazırdınız?
- 1 il 3 ay Bayıldakı təcridxanada, 3 ay yarım isə 13 saylı cəzaçəkmə müəssisəsində oldum. Həbsxanada yazdığım gündəliklər hələ də qalır. Həbsdə olduğum 18 ayın hər gününün qeydiyyatını aparmışam. Həmin vaxt mənimlə həbsxanada olan Azərbaycanın dəyərli ziyalılarının mövcud hadisələrə münasibətindən tutmuş cinayət işi ilə bağlı ortaya çıxan maraqlı məqamlara qədər hər şeyi gündəlikdə qeydlər etmişəm. Düşünürəm ki, yazdığım gündəliklər çox qiymətlidir, ancaq hələ çap etməmişəm.
- Həbsxanada daha çox hansı kitabları oxuyurdunuz? Oxumaq üçün şərait vardımı?
- İlk aylarda bizə Karl Marksın, Leninin əsərlərini verirdilər. Seçim imkanımız olmadığı üçün məcbur olub oxuyurduq. İçəri “Qurani-Kərim”in tərcüməsini, başqa kitabları, qəzetləri, lazım olan ləvazimatları buraxmırdılar. “Ölüm korpusu”nda idim. Ora həbsxananın içərisində bir həbsxana idi. 37-ci ildə Azərbaycanın görkəmli ziyalıları həyatlarını bu korpusda başa vurmuşdular. Biz orada olanda ölüm hökmü icra edilən otaq bağlı idi.
Korpusun “starşına”sının dediyi qanun idi. Rəhbərlik və “starşına” söyüş söyürdülər, pis ifadələr işlədirdilər. Biz o qanunları dəyişdirdik. Elə şərait yaratdıq ki, oradakı məhbuslar özlərini insan kimi hiss etdilər. Biz onlara başa saldıq ki, burada ölüm hökmü alanlar cəza çəkmir. 37-ci ildəki şəraiti Bayıl türməsində biz dəyişdirdik. Bayılda müvəqqəti olduğumuzu bilirdik. Əgər bilsəydik ki, türməni sökəcəklər bir az tolerant olardıq (gülür). Sonra vəziyyət nisbətən dəyişdi. Əvvəl radio, sonra isə “Quran”ın tərcüməsini, başqa kitabları içəri buraxdılar. Mən Pənah Hüseynlə, Arif Hacılı ilə bir yerdə olmuşam. Mütaliə imkanlarımız geniş idi. Əski ədəbiyyatdan tutmuş azərbaycanlı yazıçıların yeni çap olunmuş əsərlərinə qədər müxtəlif kitabları oxudum. İstintaq müddətində mütaliə imkanım geniş idi. Məhkəmə prosesinə hazırlaşanda isə hüquqlarımı ciddi şəkildə müdafiə etdiyim üçün mütaliə imkanları aşağı düşdü. Məhkum olunduqdan sonra göndərildiyim 13 saylı cəzaçəkmə müəssisəsində isə həm kitab oxumağa, həm də yazmağa vaxtım çox olurdu. Həbsdə olsam da “Yeni Müsavat” qəzetinin baş redaktoru idim. Məcbur idim yazmağa, redaktə etməyə. Bir növ oxumaqdan daha çox yazmağa üstünlük verirdim. Yazmaq işimin və həyatımın bir parçası idi.
- Həbsxanada jurnalistə münasibət necə idi?
- Penitensiar Xidmətin əməkdaşlarının jurnalistlərə və siyasətçilərə münasibəti olduqca yaxşı idi. Etikadan kənar hərəkət müşahidə etməmişdim. Mənə qarşı münasibət olduqca yaxşı idi. Deyirdilər ki, siz burada müvəqqətisiniz. Həm də özüm haqda onlarda yaxşı təəssürat formalaşdırmışdım. Onlar da xahiş edirdilər ki, sizə olan yaxşı münasibət haqqında qəzetlərdə yazmayın. Bir sözlə, etdikləri yaxşılıqların tirajlanmasını istəmirdilər.
- İşçilər özləri necə mütaliə edirdilərmi?
- Mirzalı adla “starşına” vardı, ibadətə yeni başlamışdı. Çox kobud və qaba adam idi. Savadsız idi, bəzi şeyləri məndən soruşurdu. Gəzən şayiələrə görə, sovet vaxtında güllələnmə işini həyata keçirənlərdən biri olub. Təlim-tərbiyə işi ilə məşğul olan baş leytenant vardı. Onun səviyyəsi və savadı vardı. O vaxt Bayılda tarixi hadisə baş vermişdi. Həbsxanaya müxalifət qəzetləri gətirilirdi. Bizim sayəmizdə işçilər də, dustaqlar da müxalifət qəzetlərini oxuyurdular. Orada indiyə kimi belə bir şey olmamışdı. Müxalifət qəzetləri onlara ciddi təsir etmişdi və alternativ informasiya qaynaqları onlara maraqlı gəlirdi. Şriftlər dəyişsə də israrla, ardıcıl olaraq oxuyurdular.
- Məhkəmədə son çıxışınız zamanı məşhur şəxslərin çıxışlarından istifadə etmişdinizmi?
- Gənc, romantik inqilabçı deyildim ki, hansısa müəllifi örnək götürüm. Bütün Azərbaycan cəmiyyəti məni oxuyurdu. Kimdənsə örnək götürməyi ağlıma gətirmirdim. Son sözlərimiz təsirli olmuşdu. Deyəsən Sərdar Cəlaloğlunun çıxışında sitatlar vardı.
- Kriminal aləmin nümayəndələri ilə münasibətiniz necə idi? Sizinlə dostluq əlaqələri yaradanlar vardımı?
- Dediyim kimi həm rəhbərliyin, həm də kriminal aləmin üzvlərinin mənə münasibəti yaxşı idi. Bayıl həbsxanasında kriminal aləmin qayda-qanunu keçərli idi. Bayılda “polojeniya”, yəni türmənin vəziyyətinə baxan, ibadətlə məşğul olan oğlanla bir neçə dəfə görüşmüşdüm. Özü haqda yüksək təəssürat yarada bilmişdi. Mənə yaxşılıq etmək istəyirdi, amma imkanları məhdud idi. Məhkum həyat yaşadığım 13 saylı cəzaçəkmə müəssisəsi şəraitinə görə ikinci ağır kolon idi. Ora “Qara zon” deyirdilər. Oğru qaydaları ilə idarə olunan cəzaçəkmə müəssisəsi idi. “Bratva”, yəni “Qardaşlıq” deyilən qurumdakı insanlarla yaxından tanış oldum. 7-8 “bratva” var idi, onların üçü ilə birlikdə yemək yeyirdim. Zonu onlar idarə edirdi. 3 ay 15 gün bir yerdə qaldıq, bir-birimizdən narazı qalmadıq. Bir-birimizdən yaxşı mənada faydalandıq. Onlar qəzet oxumağa başladılar. “Monitor” və başqa jurnalları, qəzet və kitabları oxuyurdular. Mən isə onlardan mövcud olan iyerarxiyanı və strukturu öyrəndim. “Lotu Quli” adlı avtoritetlə bu və ya digər şəkildə təmaslarım oldu. Onların düşüncəsini, fəlsəfəsini, həyat tərzini jurnalist kimi yazmışam, amma çap etməmək şərti ilə. Onların dedikləri, hekayətləri, qaydalar haqqında qeydlər aparmışam. Tarix üçün lazım olsa bəlkə də çap etdim. Amma hələ ki, buna ehtiyac görmürəm. “Bratva” deyilən üst düzeydə bir neçə dildə danışan, olduqca mütaliəli akademiklərin, icra başçısı müavinlərinin övladları vardı. Yazar kimi mənə yüksək hörmət göstərirdilər.
- Yazıçılardan sizə kitab göndərənlər olurdumu?
- Ramiz Rövşən, professor Kamil Vəli Nərimanoğlu, öz kitablarını, həmçinin başqa yazıçıların kitablarını yollayırdılar. Əkrəm Əylislinin “Ətirşah Masan” əsərinə hətta Arif bəy dəyərli bir resenziya yazmışdı (gülür). (Resenziyada əsər kəskin tənqid olunmuşdu-red)
- Həbsxana həyatı sizə nələr verdi və nələri aldı?
- 2000-ci ildəki həbsim məni ibadətə gətirdi. Həbsdən çıxan kimi Həcc ziyarətinə getdim. 2003-cü ildəki həbsim isə məni siyasətçi kimi, qəzetçi kimi formalaşdırdı. Ölümdən başqa bütün riskləri daddım. Əlbəttə ki, ömrümdən sağlamlığımı, valideynlərimizdən göz yaşları aldı. Mənə salfet də verilmirdi. Buna baxmayaraq salfet tapır, onun üzərinə yazırdım. Bura yazdıqlarımın kitab kimi çıxması xoşdur. Mən indi o kitabı götürüb, vərəqləyirəm və illər əvvəl yazdıqlarımla bir daha tanış oluram...
Fərid MİRZƏYEV
MƏHBƏSDƏKİ KİTAB:
““Üzdəniraq”ların hamısı homoseksual deyil”

1677 dəfə oxunub
Oxşar xəbərlər
Etoliyalı - Eyvind Yonsonun hekayəsi
15:00
24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?
17:00
23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi
15:00
22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın
17:00
19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi
15:00
19 noyabr 2024