Necə yazmalıyıq, İsmayıl müəllim: “eks-press”, “anti-patiya”?...-POLEMİKA
28 sentyabr 2012
12:30
Kulis.az Azərbaycan Dil Qurumu ilə birgə ” Dilim, dilim” layihəsinə start verir. Bu layihədə Azərbaycan dilinin müasir problemləri, orfoqrafik çətinlikləri, dövlət dilinin işlənməsi sahəsində qüsurlar, bir sözlə Azərbaycan dili ilə bağlı bütün məsələlər təhlil ediləcək. Layihədə Dil Qurumunun təqdim etdiyi məqalələr yayınlanacaq.
Anar Niftəliyev
Dil Qurumunun üzvü
Azərbaycan Dil Qurumu olaraq keçirdiyimiz son monitorinq zamanı bir daha bəlli oldu ki, yazı qaydasızlığının əsas baiskarı ədəbi dil normalarını yaradanlar, daha doğrusu, yaratmalı olduğu halda əlini yanına sallayıb heç bir iş görməyənlərdir.
İyirmi ildir internet media meydan sulayır, bütün dünya artıq əsas informasiya bazası kimi ondan istifadə edir, ancaq Azərbaycan dilçiləri hələ sayt adlarının yazılma qaydasını müəyyənləşdirməyiblər;
İyirmi ildir mətbuat xarici abreviaturların orijinalını yazmaqla məşğuldur, bütün rəsmi və qeyri-rəsmi açıqlamalarda beynəlxalq mürəkkəb ixtisarlardan istifadə edilir, ancaq orfoqrafik qaydalarda bu hal nəzərə alınmayıb.
Yəni: hazırkı qaydaya görə, xarici adlar Azərbaycan dilinə tərcümə olunduqdan sonra mürəkkəb ixtisar şəklində işlənməlidir; məsələn, "Birləşmiş Millətlər Təşkilatı" qısaca olaraq "BMT" kimi yazılmalıdır. Bəs, niyə "NATO" yazırıq? Niyə "ASALA", "PKK" "mürəkkəb ixtisarlarından" istifadə edirik? Axı, bu ixtisarların açımı ingilis, yaxud kürd dilindədir; axı, orfoqrafiya qaydası "NATO" əvəzinə "Şimali Atlantika Bloku" (ŞAB) qəlibindən istifadə etməyi nəzərdə tutur...
Tarixin arxivinə gömülməli bu qayda praktik olaraq dəyişdirilsə də, dilçilər onu nəzəri baxımdan əsaslandırmağa tələsmirlər. Niyə beynəlxalq abreviaturların ana dilimizdə işlənməsi qaydası müəyyənləşməməlidir? Nəyi gözləyirlər?..
Bu gün hörmət etdiyim və ziyalı kimi qiymətləndirdiyim professorlar Fəxrəddin Veysəlli və İsmayıl Məmmədovun açıqlamalarını oxuyanda isə heyrətdən dondum: yəni əziz müəllimlərim doğrudanmı dildəki proseslərdən xəbərdar deyillər? Doğrudanmı hansı qaydanın və qaydasızlığın hökm sürməsini izləmək imkanları yoxdur? Doğrudanmı?..
Fəxrəddin müəllim eyni prinsipin əsas götürüldüyünü və "şeir" kimi, "fel" sözünə də "i" artırıldığını qət-təzə qayda olaraq açıqlayır. (Anlamaq olar, F.Veysəlli direktor əvəzi kimi təzədir və onun tənqidlərin hədəfi olması hələ tezdir. Ancaq söhbət işdən gedir - vəzifə dəyişikliyi cəmiyyəti az maraqlandırır). 2004-cü ildə dərc edilən "Orfoqrafiya lüğəti"ndəki bu yanlışlıq 8 il əvvəl müzakirə də olunub, qərar da verilib: aradan bunca illər keçəndən sonra etdiyiniz "mütərəqqi redaktə", məşhur filmdə deyildiyi kimi, "özfəaliyyətiniz" elə bundan ibarətdir?
Ümumiyyətlə, "Dil Qanunu"na görə, ən geci 5 ildə bir dəfə yenilənməli olan "Orfoqrafiya lüğəti" niyə 8 ildir yubanır? AMEA Dilçilik İnstitutuna 2 il 9 aydır ki, müraciət edirəm, "artıq çapdadır, hazırdır, bir-iki aya satışda olacaq", deyirlər.
Dilçilik İnstitutu elmə bəlli olmayan hansı təqvimlə zamanı ölçür ki, onun "bir-iki ayı" bitib-tükənmək bilmir?..
Hələ əziz İsmayıl müəllimin sözünə diqqət edin: yeni sözlər əlavə edilibmiş lüğətimizə - "ober-ştrumfürer", "ober-ştrumbannfürer..."
Dünya faşizmdən 70 ildir canını qurtarıb, Fürer - rəhmətlik - 1945-ci ildə intihar edib, Hitlerin yaratdığı hərbi strukturu artıq hamı yaddan çıxarıb, Azərbaycan dilçiləri "ober-ştrumfürer" sözünü kitaba indi daxil edib, "zənginləşən lüğətimizi" bizə muştuluqlayırlar.
Dünyanın ən məşhur dilçi-alimlərinin apardığı son araşdırmaya görə, hər il dilə ən azı 3 min söz daxil olur. 70 ildir arxaikləşən bir neçə sözü dilçilərimiz indi lüğətimizə daxil edirlərsə, görün, nə gündədir dilçilik elmimiz!..
İsmayıl Məmmədov dilçilərimizin uzun sürən axtarışdan sonra ilahi vergi və fitri istedad nəticəsində, bədahətən etdikləri kəşfi də açıqlayıb: "...anti, eks sözlərindən sonra defis işarəsi qoyulacaq".
Belə çıxır ki, bundan sonra "anti-patiya", "anti-pod", ""anti-lop"; "eks-press", "eks-klüziv", "eks-pert", "eks-pozisiya" və s. yazmalıyıq?
Yeri gəlmişkən: Azərbaycan Dil Qurumu media monitorinqinin nəticələrini elan etdikdən dərhal sonra istedadına və savadına böyük hörmət bəslədiyim həmkarlarımdan biri dedi ki, "Orfoqrafiya qaydaları"nın 31-ci maddəsində böyük hərflərlə yazılmalı olan "yüksək dövlət vəzifələri" mötərizə içərisində konkretləşdirilib: Prezident, Baş nazir, Milli Məclis sədri; digər vəzifələr - məsələn, "Daxili İşlər naziri" - kiçik hərflərlə yazılmalıdır.
Məsələ burasındadır ki, qaydada yazılan "yüksək dövlət vəzifələri"ndən sonra mötərizədəki açıqlama aydınlaşmaya xidmət etmək əvəzinə, əməlli-başlı dolaşıqlıq yaradıb. Çünki "nümunə" natamamdır.
Belə çıxır ki, "səhifəyə qənaət etmək" və "lakoniklik" üçün alayarımçıq izahlar yazan Dilçilik İnstitutu "Orfoqrafiya lüğəti" və ya "İzahlı lüğət" dərc edəndən sonra o kitabları vərəqləyən oxucuları bir-bir tapmalı, mötərizənin içində nəyi nəzərdə tutduğunu hamıya ayrı-ayrılıqda başa salmalıdır?
Ən yaxşı variant da təklif edə bilərəm: "Orfoqrafiya lüğəti" çap olunandan sonra hər satış nöqtəsinə bir dilçi alim göndərilsin və mütəxəssis otursun dükanda, diqqətlə izləsin: kim sözügedən kitabı aldısa, dərhal kəsdirsin başının üstünü, açsın həmin səhifələri və desin ki, əzizim, bax, burda yazılan fikir var ha, bu, o deməkdir ki...
Belə biabırçı vəziyyətə düşməmək üçün kitabı çapa hazırlayanda, qaydaları açıqlayanda daha anlaşıqlı dildə izah verməyə Dilçilik İnstitutuna nə mane olur?
Yuxarıda verdiyimiz sitatda İsmayıl Məmmədovun əslində nəyi nəzərdə tutduğunu ehtimal etmək mümkündür. Ancaq, əzizlərim, siz axı müəllimsiniz: açıqlamalarınız aydın, birmənalı olmalıdır, defisdən istifadə prinsipi göstərilməlidir...

2176 dəfə oxunub
Oxşar xəbərlər
Etoliyalı - Eyvind Yonsonun hekayəsi
15:00
24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?
17:00
23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi
15:00
22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın
17:00
19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi
15:00
19 noyabr 2024