Məğlubiyyət haqqında qələbə filmi
13 avqust 2012
15:14
“Dolu”nun rejissoru Elxan Cəfərov olsa da, mən ona Aqil Abbasın filmi deyirəm. Ssenarinin və eyni adlı romanın Aqil Abbasa məxsus olduğuna görə yox, əsərin özünə də, çəkilən kinoya da bu adamın ruhunun hakim kəsilməsinə görə.
Çünki Azərbaycan cəmiyyətində danışıq tərzinə, emosiyasına, pafosuna görə sevilən Aqil Abbas, “Dolu” romanını da camaatla danışdığı kimi, “ağdamlı dialekti”ndə qələmə alıb, bu azmış kimi filmin qəhrəmanları onun tərzində, üslubunda danışır.
Məncə, bu film ayrı cür çəkilməliydi. Axı bu pafos kimə lazımdır?.. İndi dünyada pafosa kim qulaq asır, kimi inandırmaq olur bu stildə danışmaqla?.. Dünyada ən çox sevdiyim aktyorlardan biri olan Aleksandr Dedayuşkonun “Psevdonim Albaneç” serialında bir yer var. İki dost ordudan tərxis olunma münasibəti ilə yeyib-içirlər. Onlardan biri ayağa durub dostunun şərəfinə uzun bir sağlıq demək istəyir. Lakin səbəbkar sağlığı yarımçıq saxlayıb, “pafos ne nada”-deyir...
Avqustun 2-də “Dolu” filminə baxıb bayıra çıxanda tənqidi bir yazı yazacağımı dedim. Filmi mənimlə bir yerdən izləyən Ceyhun Musaoğlu ilə istedadlı aktrisa Dilarə Əliyeva qarşı çıxdı. Ceyhun dedi ki, yazma, çünki hamı tərif yazır, təkcə sənin mənfi yazı yazmağın düz çıxmayacaq. “Dilarə bacı” da dedi ki, sən kino mütəxəssisi deyilsən axı, nə yazacaqsan? Sonra da gördüm ki, sənət dostlarına film haqqında gözəl sözlər deyir...
Əslində filmə baxmağa dəvət alanların hamısı sonda az qala yarım saat ayaq üstə əl çaldılar. Belə çıxırdı ki, kinonun sonu onlara dəhşətli təsir edib. Ancaq məncə kinoda maraqlı detallardan biri həqiqətən sonluq idi və bu məqama əl çalmaq yox, ah çəkmək lazım idi.
Gəlin kino haqqında əvvəldən başlayaq. Dilarə Əliyevanın sözü olmasın, mən kinoşünas yox, bir jurnalist kimi görə bildiklərimi yazıram və yazıda bu mənada çatışmazlıqlar olsa qüsura baxmayın. Filmin ən maraqlı yeri başlanğıcda göydən düşən dolunun stolun üstündəki stəkan-nəlbəkini qırması, ardınca erməninin göydən yağdırdığı dolunun evlərə düşməsi və bu fonda yaranan mənzərədir. Ümumiyyətlə, film boyu atışma və gülləbaran səhnələri indiyə kimi Azərbaycan kinosunda rast gəlinməyən canlı formada verilib.
Film başlayır və əvvəldən sona qədər mən orada öz rolunun öhdəsindən məharətlə gələn müsbət aktyor axtarıram. Lakin mən deyərdim ki, filmdəki yersiz mübaliğələr, lazımsız ifadələr, təsvirlər, vətənpərvərlik cəhdləri olan-qalan yaradıcılıq imkanlarının da evini yıxıb. Hətta Fuad Poladov kimi nəhəng aktyor belə bu filmdə o qədər süni görünür ki... “Dolu”nun ən böyük minuslarından biri filmin səsləndirilməsi ilə bağlıdır. Burada nə Komandirin, nə Drakonun, nə katibin, ümumiyyətlə heç kimi səsi canlandırdığı obraza uyğun çıxmır. Komandir lazımsız yerdə, elə lazımsız şəkildə, cır səslə qışqırıb-bağırır ki, adam ona qulaq asmaq belə istəmir. (Filmdən sonra Aqil Abbasla danışanda bu məqamı dedim. Dediyinə görə film tam hazır deyil. Sonra düzələcək)
Bayaq dediyim lazımsız ifadə və epizodlardan birini misal çəkək. Məsələn, filmdə Pələngin Drakonun dizi üstündə can verdiyi səhnə var. Pələng can verə-verə yalvarıb su istəyir. Suyu içindən sonra dodaqları arasından nakamlığını ifadə eləyən bu cümlə çıxır - “Mən qız görmədim”. Eynən “Axırıncı aşırım” filmində Xəlil Rüstəm bəyin dizi üstündə can verəndə “Uşağın adını özün qoyarsan”- dediyi kimi. Düşünürəm ki, bu cür köhnəlmiş epizodlarla indi heç kimə təsir etmək mümkün deyil. İndi camaat Rafaellə Coşqunun ifasında belə səhnələrə uğunub getmək üçün baxır. Qeyd etdiyim kimi “Dolu” başdan-başa bu epizodlarla doludur. Və onları ard-arda düzməyə elə bir ehtiyac görmürəm.
Filmdə babat səhnələrdən biri “erməni” hərbçilərin sırada söhbətləridir. Orduya yeni çağırılan əsgərlərlə komandirin söhbəti olan səhnə. Məncə burda da “ermənilər” bizdən fərqlənməyi yaxşı mənada bacarıblar və bu epizodu filmin uğurlu məqamlarından biri hesab etmək olar.
Qalan “Dolu” filmində mən heç nə görmədim. Daha doğrusu çox şey gördüm, amma bu filmə baxmaqla, oturub Aqil Abbasla söhbət eləməyin heç bir fərqi yoxdur. Adam eyni əhval-ruhiyyədə ayrılır.
Film sonrası həyətdə danışılan söhbətlərdən eşitdim ki, “Dolu”nun büdcəsi 2 milyon manat olub. Lakin bu məbləğin yalnız 40 faizə qədəri çəkilişə sərf olunub. Bu məlumatın nə dərəcədə düzgün olduğunu deyə bilmərəm. Bəlkə daha böyük vəsaitlə nəyəsə nail olmaq olardı.
Ancaq yenə də deyirəm ki, bu filmdə qayə düzgün qoyulmamışdı. Hər şeydən əvvəl ona görə ki, məğlubiyyət haqqında qələbə filmi çəkməzlər. “Dolu” məhz qələbə filmidir. Nəyə lazımdır bu filmdə qələbə qazanmaq? Axı biz məğlub olmuşuq. Öz həqiqətimizi niyə gizlətmək istəyirik, cənablar. Məsələn, yəhudilərin soyqırımı haqqında çəkilən “Pianoçu” filmində rejissor durub əllaməçilik eləsəydi, əsərin baş qəhrəmanını zəif, ayaq üstə durmağa gücü çatmayan, pianonun dillərinə belə toxuna bilməyən vəziyyətdə çəkməsəydi, onu bizə qəhrəman kimi, “Dolu”nun komandiri kimi təqdim etsəydi Şpilmanı sevərdikmi? Anlaşılan o ki, bizdə çəkiliş meydançası ilə, futbol meydançası alınmır...
Hər iki meydançada səmimi olmağı bacarmadığımızdan heç nəyə nail ola bilmirik. Məsələn, “Dolu”da jurnalistlə komandirin söhbəti nə qədər gülüncdür. Jurnalist guya komandirlə söhbətdən sonra təsirlənir və deyir ki, icazə verin sizinlə heç olmasa bir döyüşə gedim. Komandir də təbii ki, icazə vermir “sənin silahın əlindəki qələmindir”-deyir və jurnalist də başını aşağı salıb susur. Bu nə qeyri-səmimi jurnalist idi tapıb çəkmişdilər o kinoya?..
Bu yerdə yadıma düşən bir məqamı da qeyd eləyim. Film bitəndə titrlarda yazılır ki, heyət Milli Qəhrəman Rövşən Əkbərova göstərdiyi texniki dəstəyə görə təşəkkür edir. Məncə, filmdə Milli Qəhrəman kimi Rövşən Əkbərov baş rolda çəkilsəydi, daha orijinal nəticə almaq olardı. Komandir rolunu, gerçək komandir oynasaydı daha canlı olardı film.
Filmin sonuncu epizodu və tamaşaçılar tərəfdən ayaq üstə alqışlanan məqam nəyi göstərir? Epizodda anlaşılan odur ki, komandirin ruhu təmas xəttində qadağan olunmuş əraziyə doğru addımlayır. Sonra filmin bütün iştirakçılarının ruhları komandirin ardınca işğal olunmuş torpaqlara doğru irəliləyirlər. Yəni işğal olunmuş torpaqlara bizim ordumuz yox, ruhumuz girir. Ağdama biz yox, ruhumuz qayıdır. Və buna görə şapı çalırıq... Heç olmasa Aqil Abbas durub etiraz edəydi...
Elbrus Ərud, Qafqazinfo.az

1466 dəfə oxunub
Oxşar xəbərlər
Etoliyalı - Eyvind Yonsonun hekayəsi
15:00
24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?
17:00
23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi
15:00
22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın
17:00
19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi
15:00
19 noyabr 2024