İncildən sonra ikinci kitab
28 iyul 2012
08:00
Kənan Hacı
Müharibə ölüm küləyidir. O, özüylə ancaq ölüm, aclıq, səfalət, fəlakət gətirir. Gənclik dövründə müharibə haqqında əsərləri oxuyanda bərk həyəcanlanırdım, dəhşətli ölüm səhnələri uzun müddət yaddaşımdan silinmirdi. Bu əsərlər məndə militarizmə sonsuz nifrət hissi oyatdı.
Erix Maria Remarkın “Zəfər tağı” romanını da eyni hisslərlə oxumuşdum. O zaman artıq bizim torpaqlarımızda da müharibə gedirdi. Almaniyanı tərk edərək Fransada qaçaq həyatı yaşayan Ravikin iztirablarını indi də xatırlayıram. Ravik faşist təqibindən qaçıb Parisə pənah gətirmiş bir cərrahdır. Onun passivliyi, neytrallığı məni əsəbiləşdirirdi, amma hisslərinin səmimiliyi, konkretliyi məndə bu obraza qarşı rəğbət hissi oyadırdı.
Polis məntəqəsində Raviki saxlayıb ondan sənəd tələb edirlər, o özünü çex kimi təqdim edir, lakin həriflər şübhələnirlər, deyirlər ki, ləhcən çex ləhcəsinə oxşamır, sən almansan, özü də səfirlikdə sənin adına pasport yoxdur. Ravik isə ürəyində fikirləşir ki, bir parça kağızın hünərinə bax. O kağız olsaydı, bu əclaflar ikiqat olub üzr istəyərdilər. Pasport olmasa, Həzrət İsanın özünü də qazamata göndərərlər.
Raviki sorğu-sual edən zabitin atası almanlarla müharibədə ölüb və ona görə də almanlara nifrət edir. Onu iki həftə həbsxanada saxlayırlar və Ravik gördüyü şəraitə əsasən belə bir nəticəyə gəlir: “Fransa həbsxanalarında yalançı humanizm kif atmayıb, qədim həbsxana qoxusunu hələ də saxlayıb”.
Səksəkəli və ikili mühacir həyatı yaşayan bu cərrah bütün hallarda öz insanlıq borcunu unutmur və həmişə vicdanlı cərrah olaraq qalır.
Müharibə haqda sonralar da çox əsərlər oxudum və lap bu günlərdə Remarkın “Qərb cəbhəsində yenilik yoxdur” romanını oxuyandan sonra bu qənaətə gəldim ki, dünya ədəbiyyatında müharibəyə Remark qədər dərin nifrət oyada bilən, müharibə qurbanlarının fəlakətini təsirli boyalarla təsvir edən ikinci bir yazıçı tapmaq çətindir.
Remark bütün yaradıcılığı boyu müharibədən yazıb. Bu mövzu darlığı onun yaradıcılığını heç də məhdud çərçivədə saxlamır. Yazıçı istedadını əsgər kimi yalnız və yalnız müharibəni təsvir etmək üçün səfərbər edib. Onun ilk romanı olan “Qərb cəbhəsində yenilik yoxdur” 50 dildə 20 milyon tirajla yayılıb. Bu, İncildən sonra dünyada ən çox nəşr olunan kitab sayılır. Remarkın sonralar yazdığı əsərlərin heç biri bu əsər qədər geniş şöhrət qazana bilməyib.
Erix Paul Remark 1898 iyun ayının 22-də Osnabrükdə anadan olub. Remark ikinci adını anasının adıyla tamamlayıb: Erix Maria Remark. O, ibtidai məktəbdə katolik dini təhsil alıb. On yeddi yaşında isə xırda burjua münasibətli dini dairədən uzaqlaşıb. 1916-cı ildə şovinizm təbliğatının təsiri nəticəsində gimnazist formasını əsgər şinelinə dəyişib və iki il Qərb cəbhəsi səngərlərində can çürüdüb. Ona şöhrət gətirən “Qərb cəbhəsində yenilik yoxdur” romanı da yazıçının şahidi olduğu hadisələr əsasında yazılıb. Əsəri avtobioqrafik roman da adlandırmaq olar.
Roman 1928-ci ildə nəşr olundu və 1933-cü ildə nasistlər tərəfindən yandırıldı. Yazıçı 1938-ci ildə ölkə vətəndaşlığından çıxarıldı. Romanın italyan nəşri isə 1929-cu ildə Mussolini tərəfindən qadağan edilmişdi.
Əsərin qəhrəmanı 19 yaşlı Paul Boymer müharibədə məhv olan bir nəslin nümayəndəsidir, o, müharibəni yalnız təsəvvür edə bilir, bu yeniyetmə üçün müharibə adi maraq hissindən, macəraçılıqdan başqa bir şey deyil. Amma orta məktəbdən birbaşa odun, alovun içinə düşən Paulun burnu barıt qoxusu alan kimi o, daxili müvazinətini itirir. Burada qayğısız, firavan həyat sadəcə, ilğımdır. Səngərlərdə dinc həyat əlçatmaz üfüq kimidir. Yazıçı qəhrəmanın dilindən yazır:
“Düzdür, ön cəbhəyə gedəndə biz vəhşiyə dönürük, çünki vəhşiləşmək sağ qalmağımızın yeganə yoludur”.
Vəhşiləşmək həm də ağlını itirməmək üçün çıxış yoludur. Mərmilər partlayır və indicə papirosunu alışdırdığın əsgər yoldaşın gözünün qabağında tikələrə bölünür. Buna dözə bilmək üçün qəddarlaşmalısan, hisslərinə qalib gəlməlisən. Əks halda ölüm səni haqlayacaq.
Remark yazır ki, səngərlərdə üst-üstə qalanan əsgərlərin sayı getdikcə artırdı. Bizdən uzaqda olan yaralıları gətirə bilmirdik, biz ancaq onların ölərkən iniltilərini eşidirdik.
Partlayışdan sonra yaralanmış atların güllələnməsi səhnəsini oxuyanda adamın damarda qanı donur. Atların fəryad dolu kişnərtisini eşitməmək üçün onları güllə yağışına tuturlar. “Sonuncu at qabaq ayaqları ilə yerə dirənib karusel kimi fırlanırdı”. “Birinin cırılmış qarnından bağırsaqları kəndir kimi asılmışdı”.
Roman başdan-başa tükürpədici təsvirlərlə zəngindir. Əsəbləri qaydasında olmayan, ürəyi zəif adamların bu romanı oxumasını heç məsləhət görməzdim. Sadəcə, dözmək mümkün deyil.
Yazıçı bu romanı səngərlərdə olan əsgərlərin məhdud dünyagörüşü əsasında yazsa da əsər dünya ədəbiyyatının klassikasına çevrildi. Remark təsirli ifadə vasitələrindən son dərəcə qənaətlə istifadə edərək müharibənin məşum obrazını yarada bilib. Əsərin dil son dərəcə sadədir, ancaq təsir gücü qüvvətlidir.
Remark özü haqda belə deyir: “Mən öz oxucumu nə inandırmaq, nə tovlamaq, nə də tərbiyə etmək istəyirəm”.
O, sadəcə, bir salnaməçidir, gördüklərini sadə və amansız dillə qələmə alan salnaməçi.

2227 dəfə oxunub
Oxşar xəbərlər
Etoliyalı - Eyvind Yonsonun hekayəsi
15:00
24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?
17:00
23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi
15:00
22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın
17:00
19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi
15:00
19 noyabr 2024