Heykəli tanınan Füzulinin...

Heykəli tanınan Füzulinin...
28 iyul 2011
# 12:03
Bakı bir çox şəhərlərlə müqayisədə heykəllərin çoxluğu ilə seçilir. Klassik sənətkarlarımızın şəhərin mərkəzindəki istirahət parklarında, eləcə də əhalinin çox olduğu səmtlərdə qoyulmuş olan heykəllərin ətrafındakı insanlarla sorğu keçirmək qərarına gəldik.

İlk dayanacağımız “28 may” metrosu yaxınlığındakı Cəfər Cabbarlı heykəli oldu. Günorta saatları olduğundan hava isti və heykəlin ətrafı seyrəklik idi. Sorğumuzda iştirak edən 60 yaşlı Ziyafət Ağayev dramaturqun bütün əsərlərini oxuduğunu, xüsusilə “Od gəlini” pyesini çox sevdiyini bildirdi. Eləcə də mühəndis işləyən 51 yaşlı Şahbur Əsədov heykəlin C.Cabbarlıya məxsus olduğunu və onun bütün bütün əsərlərini ardıcıllıqla sıralamağı bacardı. O, “Solğun çiçəklər” pyesini yazarkən ədibin 17 yaşı olduğunu da vurğuladı.

Rastlaşdığımız daha üç şəxs heykəlin Cəfər Cabbarlıya məxsusluğunu bilsələr də, onun əsərləri və yaradıcılığı haqqında məlumatsız oluqlarını büruzə verdilər.

Oxşar halla Səməd Vurğun bağındakı şairin heykəli ətrafında da rastlaşdıq. Beş sakindən iki nəfəri heykəlin Səməd Vurğuna aid olduğunu və əsərlərindən sitat gətirməyi bacardılar. 78 yaşlı təqaüdçü Elmir Sarıyev Səməd Vurğunun bütün yaraıcılığına bələd oluğunu sübut edərək şairin “Heç yana tələsmirəm”, “Azərbaycan” şeirlərindən parçalar söylədi. “Vaqif”, “Aygün”, “İnsan”, “Xanlar” poemalarının adlarını vurğuladı.

Mirzə Ələkbər Sabirin heykəli ətrafında təxminən altı oxucudan üçü onun kimliyini və “Hophopnamə”sini xatırladılar. Neft Akademiyasının tələbəsi olan 19 yaşlı Səadət Cəfərova Sabirin “Oxutmuram, əl çəkin” adlı şeirini əzbərdə saxladığdını sübut etdi.

Nizami Gəncəvinin heykəli ətrafında üç nəfər ilə apardığımız sorğuda bir nəfər Bakı Dövlət Universitetinin fars dili və ədəbiyyatı fakültəsinin tələbəsi olan Orxan, Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan beş əsərinin adını sıraladı.

Məhəmməd Füzulinin heykəli ətrafında isə rastlaşığımız sakinlər Füzulinin heykəlini tanısalarda, əsərlərinin adlarını bilmədilər.

Samirə Əşrəf
# 1909 dəfə oxunub

Oxşar xəbərlər

"Anti-mədəniyyətin Bibliyası"nın müəllifi  - Riçard Brotiqan kim idi?

"Anti-mədəniyyətin Bibliyası"nın müəllifi - Riçard Brotiqan kim idi?

16:00 16 sentyabr 2026
"Baxışların artıq məni çağırır..." - Məşhur "Despacito" necə yarandı?

"Baxışların artıq məni çağırır..." - Məşhur "Despacito" necə yarandı?

15:30 16 sentyabr 2026
Kağız parçalarından sənət əsəri – Jan Arpın “Təsadüfi dördbucaqlılar”ı

Kağız parçalarından sənət əsəri – Jan Arpın “Təsadüfi dördbucaqlılar”ı

13:30 16 sentyabr 2026
Soyuq mərmər, dəfn sükutu, daşlaşmış kədər... - Andrea Mantenyanın "Ölü Məsihə ağı"sı

Soyuq mərmər, dəfn sükutu, daşlaşmış kədər... - Andrea Mantenyanın "Ölü Məsihə ağı"sı

13:30 13 sentyabr 2026
Rəsmlərin musiqi ilə vəhdəti - Arif Məlikov onu narahat edən sualların cavabını tapmağı bacarıbmı?

Rəsmlərin musiqi ilə vəhdəti - Arif Məlikov onu narahat edən sualların cavabını tapmağı bacarıbmı?

10:00 13 sentyabr 2026
Yaxınlarını nasist ölüm düşərgələrində itirən yazıçı - O, niyə "dərkolunmaz varlıq" motivini yaratdı?

Yaxınlarını nasist ölüm düşərgələrində itirən yazıçı - O, niyə "dərkolunmaz varlıq" motivini yaratdı?

15:00 12 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər