Terrorçunun “1984” sevgisi

Terrorçunun “1984” sevgisi
25 iyul 2011
# 14:52
Norveçdə baş verən terrordan sonra məlum oldu ki, hadisəni törədən heç də əksəriyyətin iddia etdiyi kimi müsəlman dini fanatı yox, xristian imiş. Bu hadisə bir daha dini fanatizmin terrora aparan yol olduğunu sübut etdi. Olaydan sonra həmin hadisəni törədən Andres Behrinq Breivikin kim olduğu, bu günə qədər hansı işlərlə məşğul olduğu hamını maraqlandırdı.

Kulis.az olaraq sizə Türkiyə mətbuatına istinadən xristian terroristin bəzi hobbilərini təqdim edirik.

İnternet forumlarda İslamın və mühacirlərin əleyhinə yazılar yazırdı. Mövcud siyasətin sosializmə qarşı kapitalizm üzərindən getmədiyini, bunun əvəzinə millətçilik və beynəlmiliçilik əleyhinə inkişaf etdiyini iddia edirdi.

Hollandiyalı ifrat sağ təmayüllü siyasətçi Qeert Vildersin partiyasının yeganə gerçək mühafizəkar partiya olduğunu iddia edən Breivik, Norveç mətbuatının İslama qarşı çıxmadığını və lazımı qədər tənqid etmədiyini bildirirdi.

Breivik “Geofarm” adlı orqanik əkinçilik şirkəti işlədirdi.

Bu günə qədər məhkum olmamış, yalnız 10 il əvvəl yol hərəkəti qaydalarını pozduğuna görə cəzalandırılıb.

Body-buildinq, silah və ovçuluq həvəskarıdır. Adına olan bir pulemyot və “Glock” markalı bir tapançası var.

İngilis siyasətçisi Uinston Çörçillə, Norveçin II Dünya müharibəsi əsnasında faşistlərə qarşı döyüşlərdə ad çıxartmış milli qəhrəmanı Maks Manus fanatıdır. Con Lok, İmmanuel Kant və Platonun fikirlərini mənimsədiyini söyləyir. Ən sevdiyi kitablar Frans Kafkanın “Proses”i ilə Corc Oruellin “1984”-dür.

17 İyulda Facebook və Twitter səhifələrində hesab açıb. Twitter-dən yazdığı yeganə “tvit”, ingilis filosof və siyasi iqtisadçı Con Stuart Millin “Dindar bir adamın gücü, yalnız mənfəətləri üçün hərəkət edən 100 min adamınkına bərabərdir” sözüdür.

Ən sevdiyi televiziya serialları “Dexter”, “True Blood”-dur. Sevdiyi cizgi film qəhrəmanı “he-Man”, sevdiyi filmləri isə “Qladiator” və “300 spartalı”dır.

Ən sevdiyi kompüter oyunları "World of Warcraft" və " Modern Warfare 2".

Vüqar Qurdqanlı
# 1761 dəfə oxunub

Oxşar xəbərlər

"Kosmik ritm", siyasi şah əsər, "Vyana qanı"... - "Valsın Kralı"ndan 5  məşhur əsər

"Kosmik ritm", siyasi şah əsər, "Vyana qanı"... - "Valsın Kralı"ndan 5 məşhur əsər

13:30 3 iyun 2026
"Bu cür hekayələri yazmaq qayğanaq bişirmək qədər asandır" - Hekayə müzakirəsi

"Bu cür hekayələri yazmaq qayğanaq bişirmək qədər asandır" - Hekayə müzakirəsi

12:00 3 iyun 2026
Həbsxanadan Parisin məşhur salonlarına... - Fransa Müasir İncəsənət Ensiklopediyasındakı yeganə azərbaycanlı rəssam

Həbsxanadan Parisin məşhur salonlarına... - Fransa Müasir İncəsənət Ensiklopediyasındakı yeganə azərbaycanlı rəssam

15:00 2 iyun 2026
Azərbaycan ədəbiyyatının canlı əfsanəsi - Əli Zərbəlinin yeni hekayəsi

Azərbaycan ədəbiyyatının canlı əfsanəsi - Əli Zərbəlinin yeni hekayəsi

10:00 2 iyun 2026
“Mən Allahdan pul istəməyə utanıram” - Sevinc Elsevərin uşaq şeirləri

“Mən Allahdan pul istəməyə utanıram” - Sevinc Elsevərin uşaq şeirləri

12:00 1 iyun 2026
Həqiqəti axtaranlara dəyər verin, onu tapanlardan isə çəkinin... - Volterdən aforizmlər

Həqiqəti axtaranlara dəyər verin, onu tapanlardan isə çəkinin... - Volterdən aforizmlər

17:00 30 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər