Oğlunun atasını hər kəsdən gizlədi, içkiyə qurşandı, yaddaşını itirdi – Tarkovskinin ən çox sevdiyi qadın

Marqarita Terexova, aktrisa

Marqarita Terexova, aktrisa

27 avqust 2022
# 09:00

Rusiyanın ən məşhur aktrisalarından biri olan Marqarita Terexova 25 avqust 1942-ci ilə Sverdlovski vilayətinin Turinsk şəhərində doğulub. Yeniyetməlik illərində o, ailəsi ilə birlikdə Daşkənd şəhərinə köçməli olur. Marqarita orada orta məktəbi qızıl medalla bitirib Daşkənddəki universitetlərini birinə daxil olur. Həmin illəri onu daima gənc və yaraşıqlı oğlanlar əhatə edir. Rejissor Yunqvald Həmin günləri belə xatırlayır:

“Biz Ritayla Daşkənddə tanış olduq. Rita parlaq gözəlliyə və dayanıqlı xasiyyətə malik qız idi. Bizim auditoriyanın oğlanları onun gözəl ayaqlarına, yaraşıqlı bədən quruluşuna və vaxtından əvvəl inkişaf etmiş sinəsinə məftun olmuşdular.”

O, iki il orda oxuduqdan sonra o, Moskvaya getmək fikrinə düşür. İlk vaxtlar bu onun üçün çox müşkül məsələyə çevrilir. Çünki, Marqaritanın oxumaq istədiyi ali məktəb abituriyentlərin çoxluğundan qəbulu dayandırmaq məcburiyyətində idi. Bircə əlac Sergey Gerasimov adına Dövlət Kinomatoqrafiya universitetinə qalmışdı. Lakin, nədənsə Rita orda da gələcəyin ulduzu heç kimin diqqətini cəlb edə bilmir.

Marqarita isə qarşısına çıxan maneələrdən qətiyyən sarsılmır. Və tale onun bu möhkəmliyinin, sarsılmazlığının cavabını tezliklə verdi. O, Massovet adına teatrın tərkibində yaradılan studiyaya qəbul olunur. Onun istedadı burada özünü tezliklə büruzə verir və o, truppanın aparıcı aktrisalarından birinə çevrilir. Marqaritanın həm aktrisa, həm də qadın kimi nəzərə çarpması truppanın nəzdində olan digər qadın aktrisanın qısqanclığına səbəb olur.

Studiyanın nəzdindəki kursu bitirdikdən sonra aktrisa həmin teatrda fəaliyyətə başlayır. 1983-cü ilə qədər o, teatrın səhnəsində 1964 “Sezar və Kleopatra”, 1968 “Klounun gözləri”, 1978 “Cinayət və cəza” kimi tamaşalarda yaddaqalan obrazlar yaradır.

Aktrisanın kinoda ilk işi 1965-ci ildə çəkilmiş “Salam, bu mənəm” filmindəki Tanya obrazı ilə başlayır. Ardınca Marqarita iki rola birdən dəvət alır. O, Pavel Lyubimovun “İtiaxan dalğalar” filmində iki qadın obrazını canlandırır.

İlk vaxtlar aktrisa o qədər də çox filmlərə çəkilmir. Lakin, onun çəkildiyi hər film unudulmaz olur. “Belarus voğzalı”, “Monoloq” kimi filmlərdən sonra aktrisa tamaşaçıların yaddaşında daha dərin iz buraxır.

İlk evlilik...

Yazılanlara görə aktrisa üç dəfə ailəli olub. Onun birinci əri aktyor Vyaçeslav Buçenko olub. İkinci əri Savva Xaşimovla tanışlıq 1988-ci ildə Bolqariyada çəkilən “İtiaxan dalğalar” filminin çəkilişləri zamanı baş verir. Həmin vaxtı Xaşimov məşhur bolqar aktyoru, cavan, yaraşıqlı və qadınların sevimlisi idi. Elə ilk vaxtdan onların arasında məhəbbət başlayır. Nəhayət Marqarita hamilə olduğunu öyrənir. Xaşimov bundan xəbər tutanda Marqarita artıq Moskvada olur. Başqa qadınla ailəli olan aktyor tez bir zamanda Marqaritaya məktub yazıb ona evlilik təklif edir. Xaşimovun təklifi aktrisanı təəccübləndirsə də o, həmin məktuba yox cavabı verə bilmir.

Xaşimov Marqaritanın ardınca Moskvaya gəlir. Və onlar birlikdə yataqxanada yaşamağa başlayırlar. Tezliklə onların qızı Anna dünyaya gəlir. Savva həmin günləri belə xatırlayır: “Biz xoşbəxt idik. Birlikdə olmaq bizim üçün çox yaxşı idi. Marqarita ilə birlikdə qızımız Annanı gəzdirməyi çox sevirdik. Xoşbəxt və romantik çağlardı!”

Təəssüf ki, həmin nikah elə ilk günlərdən təhlükə ilə üz-üzə idi. Gənclərin ev sahibi olmaq kimi bacarıqları yoxuydu. Üstəlik Xaşimov Moskvada yaşamaqdan da təngə gəlirdi. O, öz ölkəsini və ordakı maraqlı peşəsinin həsrətini çəkirdi. Terexova isə ərinə görə Moskvanı tərk etmək istəmirdi. Yarım ildən sonra onlar ayrıldılar. Ayrılıq hər iki tərəf üçün çətin və ağır olsa da, onlar daima dost olaraq qalmağı bacardılar.

İmicin dəyişdirilməsi dövrü

Marqarita üçün Saavadan ayrılmaq çox çətin oldu. Bu ayrılıq aktrisanın daha ağır və soyuqqanlı etmişdi.

Hələ ilk filmindən Marqarita aktrisa kimi özünün bütün bacarığını göstərə bildiyindən diqqətli rejissorların nəzərini cəlb etdi. Onun fitri istedadı və aktrisalıq qabiliyyəti Andrey Tarkovskinin gözündən yayınmamışdı. Bunun üçün də rejissor 1974-cü ildə ekranlaşdırdığı “Ayna” filmində Terexovaya həm qəhrəmanın arvadı, həm də anası obrazını həvalə etməkdən çəkinmədi. Terexova hər iki rolun öhdəsindən məharətlə gəlməyi bacardı.

1977-ci ildə aktrisa Frid Yanın “İtlər səhnədə” filminə çəkilir. 1978-ci ildə isə Georgi Yunqvaldın ekranlaşdırdığı “Dartanyan və üç müşkütyor” filmində Ledi Vinter obrazını canlandırır. Lakin həmin filmə olan dəvətə aktrisa bir müddət razılıq vermir. Bunun səbəbi isə Yunqvaldın 1969-cu ildə çəkdiyi “Təhlükəli qastrol” filmi olur. Belə ki, rejissor həmin filmə Terexovanı təsdiq etsə də, Qoskino onu məcbur edir ki, baş rola Marqaritanı yox, aktrisa Lionella Pırevanı təsdiqləsin. Rejissor isə onlara güzəştə getməli olur. Məhz bu səbəbdən Marqarita Xilkeviçdən bərk incik düşür. Ancaq “Dartanyan və üç müşkütyor” filmində Xilkeviç yenidən Marqaitanın ev nömrəini yığır və deyir:

“Rita, məni xilas et.”

Bu filmə çəkilmək də aktrisa üçün asan olmur. Qoskino bu dəfə də həmin rolu Ledi Vinter yox, Ledi Penkina kimi təqdim etmək istəyir. Xilkeviç həmin günləri belə xatırlayır. Mən Miledi Penkina sözünü eşidən kimi sənədləri əzikləyib Peterburqa getdim. Marqarita isə öz növbəsində deyir: Ya mən onların Mükütyorunə çəkilməyəcəyəm. Ya da öz istədiyim kimi çəkiləcəm.

Çarəsiz qalan rəhbərlik Marqarita ilə razılaşıb onu rola təsdiq edirlər.

80-ci illər...

80-ci illərin əvvəlində aktrisa artıq təsvir olunmaz şöhrətin zirvəsində idi. Həmin illər o, özünün daha bir parlaq obrazını yaratmağa nail oldu. Söhbət 1980-ci ildə ekranlaşdırılmış “Dindar Marta” filmindən gedir. Həmin filmdə aktrisa baş rollardan birini ifa edirdi.

Məhz həmin dövrdə aktrisanın yaxın dostu Tarkovski öz ölkəsində təqib olunurdu. Aktrisa öz dostuna hər cür kömək etməkdən çəkinmir. Lakin, o, öz gündəliyinə bu sözləri də qeyd etməyi unutmamışdı:

“Yadda saxla, Rita bu anlar çox kədərlidi. Maraqlıdır, sonra nələr baş verəcək?”

Aktrisa etiraf edir ki, həmin dövrlər onu bir çox çətinliklərdən yenicə doğulmuş oğlu Saşa xilas edir. Saşa 1981-ci ildə dünyaya gəlir. Onun atasının kimliyi barədə heç kim heç nə bilmir. Terexova oğluna öz soyadını verir. Elə həmin illərdə aktrisa üçüncü dəfə rejissor Georgi Qavrilovla ailə həyatı qurur. Başı öz övladlarına qarışan aktrisa 80-ci illərin sonlarında bir neçə filmdə rol alsa da əvvəlki müvəfəqiyyəti əldə etmir ta ki, “Çayka” filmi ekranlarda görünənədək... Həmin filmdə oğlu ilə tərəf müqabili olan aktrisa çox yaddaqalan olur. Ən maraqlısı isə oğlunun həmin filmin titrlərində Tureyev soyadı ilə getməsi olur.

Ömrün ahıl çağı...

Kədərli də olsa, hazırda 80 yaşlı aktrisa ağır tale yaşamaqdadır. O, artıq xeyli vaxtdır ki, nə teatrda, nə də kinoda heç bir rol ifa etmir. Üstəlik yaddaşsızlıdan və yaşlılığın gətirdiyi digər xəstəliklərdən əziyyət çəkir. O daima yaddaşını itirir və içki içir. Müsahibələrinin birində aktrisa öz həyatının indiki dönəmindən kədərlə bəhs edir:

“Gözəllik mənə xoşbəxtlik bəxş etmədi. Mənə elə gəlir ki, bütün ömrüm boyu məni ancaq bircə kişi ürəkdən sevib - Andrey Tarkovski! Qızım çoxdan ailə qurub öz ailəsinin qayğıları ilə məşğuldu. Oğlumla münasibətimiz isə dözülməz həddədir. O, demək olar ki, mənimlə danışmır. Bir evdə yaşasaq da, o, yeməyini belə məndən ayrı hazırlayır. Səhərlər mənimlə salamlaşmır belə...”

Hazırda aktrisaya qızı baxır. Oğlu Saşa isə xeyli vaxtdır anası ilə görüşmür. Mətbuat bir neçə dəfə aktrisa ilə görüşməyə cəhd etsə də, aktrisanın köməkçisi və qızı Anna onun heç kimi və heç nəyi xatırlamadığını bildirərək görüşdən imtina etmişlər.

# 2327 dəfə oxunub

Müəllifin son yazıları

# # #