Heç vaxt evlənməyəcəyinə and içdi, Alen Delonu sevmədi, 10 il evlilik təklifi gözləyib sonra rədd etdi

Monika Vitti, italyan aktrisa

Monika Vitti, italyan aktrisa

2 fevral 2022
# 21:00

Kulis.az bu gün vəfat edən məşhur italyan aktrisası Monika Vittinin həyat hekayəsini təqdim edir.

Monika Vitti əsl adı Mariya Luiza Çaçarelli 3 noyabr 1931-ci ildə İtaliyanın Roma şəhərində dünyaya göz açıb. O, sonralar anası Adelina Vittilyanın şərəfinə özünə Monika Vitti adını götürmüşdür. O, qadınların daima kişilərə tabe olduğu bir ailədə doğulmuşdu. Ata-anası qardaşlarını ondan çox sevirdilər. Onun özünü ailədə artıq adam hiss etməsi qəlbini incidirdi.

On dörd yaşı olanda aktrisa olacağına və heç zaman evlənməyəcəyinə and içir. O, Roma şəhərinə gəlib sənədlərini Dram Sənət Akademiyasına verir. Orada onu zəif səs tellərinə görə qəbul etmirlər. Lakin bir ildən sonra 1953-cü ildə Monika akademiyaya qəbul olunur. O, akademiyada oxuduğu vaxtlar tünd saçlı, iri sinəli, incəbelli qadınlar daha çox uğur əldə edirdilər. Monika isə çox arıq, ucaboylu, sarışın qız idi. Məhz bu görünüşünə görə o, həmin dövrün seks simvolu roluna uyğun gəlmirdi.

Нет описания.

Tezliklə Monika teatra işə düzəlir. Axşamlar teatrda tamaşalarda oynayır, gündüzlər isə filmlərə çəkilməyin yollarını axtarırdı. Tanış agentlər onun kinoya yaramayacağını dəfələrlə deməkdən təngə gəlmişdilər. Təkcə bir rejissordan başqa. Həmin rejissorun isə bir şərti vardı. Monika tezliklə plastik əməliyyat etdirib burnunun formasını dəyişməlidir.


Antonioni ilə tanışlıq

1957-ci ildə Vittini "Çığırtı" filmində ingilis aktrisası Dorian Qreyin obrazını səsləndirməsinə dəvət etdilər. Monika filmin rejissoru Mikelancelo Antonioninin inadkar və təkəbbürlü olması haqda bir az eşitmişdi.

Onlar montaj otağında tanış oldular. Fasilə zamanı Monika növbəti monoloqa hazırlaşardı. Antonioni Monikaya yaxınlaşıb aşağı səs tonunun, xırıltılı səsinin xoşuna gəldiyini dedi. Karıxmış Monika tərifə görə rejissora təşəkkür edib onu işlədiyi teatra dəvət etdi.

"Mən artıq sizi yeni tamaşada görmüşəm - deyən Antonioni gülümsədi: "Bilirsiz, mənə elə gəlir ki, simanız mənim uzun müddət axtardığım simadır".

Нет описания.

Gənc Mikelancelo aristokrat ailələrin sevimli qonağı idi. Varlı qadınlar onun nəzakətli davranışından və skripkada ifasından heyrətlənirdilər.

Ondan fərqli olaraq Monika özünün sevgi təcrübəsi ilə lovğalana bilmirdi və ona soyuq, hissiz görünməkdən qorxurdu. Amma Mikelancelo ilə tanışlıq onu dəyişdi. Rejissor günlərin birində ona yay tətilini birgə keçirməyi təklif etdi.

Monika Mikelancelonun yanında özünü arzuedilən və sevimli qadın kimi hiss edərdi, onun yeganə arzusu bu şirin yuxunun çox davam etməsi idi.

Amma Antonioni Romaya film çəkməyə tələsirdi. Monika ona daha bir neçə gün qalması üçün yalvardı. Amma Antonioni fikrindən dönmədi. Monika küsdü və bütün günü tək-tənha sahildəki mağaraya çəkildi. O, otelə qayıdanda Antonioni onu səssizcə qarşıladı. Monika onun qucağına atılaraq "Bağışla, mən özümü səfeh kimi apardım" - dedi. Antonioni onu qucaqladı: "Bilirsən, biz bu haqda film çəkirik".

Нет описания.

Bir həftə sonra Romaya tamam başqa Monika qayıtdı. Dostları onu tanımırdı: o, 30 yaşlı qarımış qızdan qadına çevrilmişdi. Antonioni onun üçün hər şey idi: dost, ər, sevimli, ata və rejissor. Antonioni onu sanki yenidən yaratdı. O, Monikaya gəzməyi, nəfəs almağı, şərab badəsini düz tutmağı öyrətmişdi.

Monika onun yanında özünü qızcığaz kimi hiss edərdi. Antonioni isə özünü qadın və aktrisa yaradan Tanrı kimi. Antonionini qüsursuz gözəlliyi olan qadınlar cəlb etmirdi və təxəyyülünə ilham vermirdi. Bunun isə səbəbi vardı.

Bir neçə el əvvəl Mikele "Miss İtaliya" adını qazanmış Luçiya Bozeyə "Bir sevginin xronikası" filmində baş rolu vermişdi. Pozanın istedadsızlığı az qala bütün filmi məhv etmişdi. O vaxtdan gözəl qadınlar rejissoru maraqlandırmırdı. O, artıq Monika ilə film çəkmək istəyirdi.

Monica Vitti is gone. And we just have to study. - Opentapes

"Macəra" filmi İtaliyanın cənubunda çəkilirdi. Çəkilişlər Monika üçün ciddi sınaq oldu. O, Antonionini tanıya bilmirdi. Həmişə yumşaq, diqqətli Antonioni çəkilişlərdə soyuqqanlı idi. O, filmləri ürəyi ilə yox, beyni ilə çəkirdi. Hamı ona sözsüz itaət edərdi. Aktyorlara siqaret çəkmək, ucadan danışmaq, kinokamera üçün nəzərdə tutulmuş xüsusi döşəməni korlamamaq üçün ağır ayaqqabı geymək qadağan edilmişdi.

Çəkilişin birinci günü Monika onunla rolu haqda məsləhətləşməyə cəhd etdi. "Yadda saxla, mən aktyorlara heç vaxt nəsə başa salmıram, personajın psixologiyasını unut və öz fantaziyana arxalan, əlbəttə ki, o səndə varsa". Monika sakitcə bu təhqiramiz eyhamı uddu. Artıq anladı ki, onunla mübahisə etmək olmaz və onun üçün birinci yerdə həmişə iş olacaq.

Antonioni ilə işbirliyi ona şöhrət gətirdi. Filmin premyerasından sonra Vitti məşhur aktrisa kimi ayıldı.

11 illik birgə həyatlarında Antonioni onu dörd filmə çəkdi. Bu filmlərdən hər biri intellektual publika və mətbuat tərəfindən məftunluqla qarşılanırdı. "Ala-toranlıq" filmində o, Alen Delonla tərəf müqabili idi. O zaman Delon Monikanı özünə cəlb etməyə çalışsa da, onun cəhdləri məyusluqla nəticələndi. Monika Alenə laqeyd idi. Bu illər ərzində o tək bir kişiyə - Antonioniyə aşiq idi.

Monica Vitti's Case for Kitten Heels and Colour-Blocking | AnOther

Franszılar Antonionini sevir, onu ziyafətlərə dəvət edirdilər. Monika həmişə hansı qadının onun sevgilisinə göz qoyduğunu səhvsiz müəyyənləşdirirdi.

Bir dəfə ziyafətlərin birindən Monika otelə təkbaşına qayıtdı. O, Antonioninin gecəboyu başqa bir qadına göz qoyduğunu sezmişdi. Monika səhərə kimi gözünü də qırpmadı, onun gəlişini gözlədi. O isə səhər 9-da qayıtdı.

Gecəni səhərə qədər ağlayan Monika başa düşdü ki, sevdiyi insanı əldə saxlamağın tək yolu onu azad buraxmaqdır.

Məşhur cütlük italyanların xoşuna gəlirdi. Taksi onlardan pul almırdı, mağazalarda Monikaya gül dəstələri hədiyyə edilərdi. Cütlüyün həyatı maraqlı keçirdi. Bütün günü bir yerdə olsalar da, gecə hərə öz mənzilinə çəkilirdi.

Monika artıq belə həyatla barışmışdı. Əlbəttə, o, gizlində şəxsi ev, uşaqlar, ailə arzulayırdı. Mikele isə öz ideyalarına o qədər aludə idi ki, Monikada sevən qadın yox, təkcə aktrisa görərdi.

10 Reasons Why “Red Desert” Is Michelangelo Antonioni's Most Poetic Film |  Taste Of Cinema - Movie Reviews and Classic Movie Lists

İngilis rejissoru Cozef Louzi Monikaya "Modesti Bleyz: qatil gözəlçə" filminin ssenarisini göndərəndə o, düşünmədən buna razılaşdı və müqavilə imzaladı. Mikele onun bu addımını sakit və laqeyd qarşıladı. Monika "bunu etməməliydim ki" sualını verəndə, o, belə cavab verdi: "Başqa filmlər sənin istedadını açacaq. Mənim filmlərimdə isə sən bunu edə bilmirsən. Bu, sənin günahın deyil".

Antonioni növbəti filmini artıq Monikasız çəkdi. O, yeni filminə ingilis aktrisası Vanessa Redqreyvi dəvət etmişdi. Mikele qısqanclıqdan dəli olan Monikanın zənglərinə cavab vermirdi. Monikaya elə gəlirdi ki, Mikele ona xəyanət edib.

Günlərin birində Mikele gözlənilmədən Monikanı özü ilə Nyu-Yorka "Fotoböyütmə" filminin premyerasına apardı. Premyerada onlar sakit və xoşbəxt görünürdülər.

Italian film 'Red Desert' to screen at Room Art Space - EgyptToday

Mikelin evlilik təklifindən imtina…

Amma ikilikdə Monika hey ağlayırdı. Mikele onun ağlamasının səbəbini soruşmurdu. İdeyalarına, ssenarilərə və futbol oyunlarına aludə olan Mikeleni Monika artıq maraqlandırmırdı. Bununla belə, Mikele ona evlənmək təklifini etdi. Gözlənilməz təklifdən Monika özünü itələyirdi.

O, 10 il bu təklifi gözləmişdi. Antonioni ona yeni tale bəxş etmişdi. Onların münasibəti daha çox dost münasibəti idi. Həm də Monika bu illər ərzində gözləməkdən yorulmuşdu. Təklif çox gec edilmişdi. Monika "Mən bacarmaram, bəlkə, bir ildən sonra" - deyə bildi. Bir il sonra isə onlar ayrıldılar.

Ayrılıqdan sonra Antonioni yeni şedevrlər yaradır, Monika isə başqa filmlərdə rol alırdı. Bir dəfə o rəfiqəsinə etiraf etdi ki, "əgər Mikele məni çağırsa, hər şeyi ataram".

Pin on Shoulder length

1990-cı ildə Monika özünün ilk və son filmini "Sirli qalmaqal"ı çəkdi. Filmdə gənc qadın kamerayla ərlərini və sevgililərini lentə alırdı. Kann festivalında göstərilən filmin tamaşaçıları arasında Antonioni də vardı. Onlar təsadüfən keçiddə rastlaşdılar. Saçları ağarmış, iflic olmuş Mikele Monikanın yanağını tumarlayaraq pıçıldadı: "Bu, gözəl idi".

Pərəstişkarları Monikanı əhatəyə alıb ona komplimentlər yağdırırdı. Monika isə gənc, sarışın arvadının müşayiəti ilə zalı tərk edən belibükük, əldən düşmüş qocaya baxırdı.

# 9074 dəfə oxunub

Müəllifin son yazıları

# # #