Qəribə peşələr: seks müəllimi, qoltuq iyləyən, sperm istehsalçısı

Qəribə peşələr: seks müəllimi, qoltuq iyləyən, sperm istehsalçısı
18 dekabr 2012
# 08:30

Kulis.az maraqlı peşə sahibləri ilə bağlı kiçik araşdırmanı təqdim edir.

Seks müəllimi

Erik Amarant Nyu-Yorkda “seks müəllimi”dir. Cinsi həyatında problem olan cütlüklərə bir-birini razı salmağın yollarını öyrədir. Saatı 240 dollar olan bu xidmətdən istifadə etmək üçün cütlüklər Amarantın qarşısında sevişməlidirlər. 200-ə yaxın müştərisi olan 36 yaşlı Amarant “Skype” vasitəsi ilə də işləyir, bu zaman xidmətin haqqı da aşağı olur – saatı 175 dollar.

Qolf topu axtaran

Bu işlə məşğul olanlar qolf meydançalarındakı gölməçələrdən topları yığmalıdırlar. Hər tapdıqları topa görə pul alan bu peşə sahibləri üçün hər top daha çox islanmaq deməkdir.

Kanalizasiya təmizləyən

Hindistanın Kalküttə şəhərində işləyən Rameş Sahunun işi kanalizasiya təmizləməkdir. İşinin ən çətin tərəfi hazırlıqsız, hətta əlcəksiz kanalizasiyaya girib nəcisləri vedrələrə dolduraraq çölə çıxarmaqdır.

Qoltuq iyləyən

Bəzi kosmetika firmalarında bu vakansiya mövcuddur. Firmalar məhsullarının müştərilərin işinə nə dərəcədə yarayıb-yaramadığını yoxlamaq üçün yüzlərlə insan üzərində tər əleyhinə məhsulları sınaqdan keçirir. Qoltuq iyləyən işçilər də müştərilərin qoltuğunu iyləyərək nəticənin müsbət və ya mənfi olduğuna qərar verirlər.

Yasda ağlayan

Əli Öztürk adlı gənc bir gün məscidə gedəndə tabutun ətrafında hönkür-hönkür ağlayan birini görüb. Yanına gedib: “Çox yaxın qohum idiniz?” deyə soruşanda: “Heç tanımırdım”, -cavabını alıb. Məlum olub ki, gənc pulla ağlayırmış. Əli Öztürk gəncdən: “Sənin kimi işləyən neçə nəfər var?” deyə soruşub: “Çox”,- cavabını alanda hamısını toplayaraq dərnək yaradıb. İndi dərnəyin 300 nəfər üzvü var. Əksəriyyəti həyatın ən sərt üzünü görən insanlardır. Onlar bir saat evdə, bir saat da məsciddə ağlayırlar. Öztürk işinə tələbi belə izah edir: “Müştərilərimiz ömründə birinə bir qəpik verməyən, sevilməyən insanlardır. Öləndə arvadı makiyajı pozulmasın deyə ağlamır. Qalan mirasından bizə də pay düşür”. Cənazədə ağlayanlar adambaşına 300 YTL (təxminən 130 AZN) alır. Ayda dərnəyə 100-150 min YTL (45-65 min AZN) daxil olur.

Sperm istehsalçısı

Məhsuldar inək və cins atların spermini götürərək dişi inək və atları mayalandıran insana “sperm istehsalçısı” deyilir. İnəyin başılovlu vaxtlarında onu öküzlə cütləşdirmək çətin olur, ancaq ereksiya ilə əldə olunan bu üsulla çətinliklər aradan qalxır. Özü də hər öküzün deyil, yalnız sağlam öküzlərin spermlərindən istifadə edilir.

“Liftdə enib-qalxan”

“Liftçi qız” filmini xatırladınız yəqin. Hazırda bu işi otellərdə, alış-veriş mərkəzlərində, restoranların liftində yerinə yetirən minlərlə insan var. Lift işçiləri arasında aparılan sorğuya görə, gün ərzində təxminən 500 dəfə enib qalxırlar. Onlar əhvallarından asılı olmayaraq hamı ilə mehriban davranmağa, gülərüz olmağa məcburdurlar. İş vaxtları 8 saatdır.

# 5363 dəfə oxunub

Müəllifin son yazıları

# # #