Dayağı intihar, abort, adamyeyənlik olan din

Dayağı intihar, abort, adamyeyənlik olan din
23 fevral 2013
# 08:30

Həmişə həyatın mənasını tapmağa çalışıblar, buna görə də tarix boyu fərqli inanclar yaradılıb. Kulis.az sizə dünyanın ən qəribə-sizi həm təəccübləndirəcək, həm güldürəcək inanclarını təqdim edir.

Sayentologiya (Scientology)

Tom Kruz, Con Travolta, Cenna Elfmen, Prissila Presli kimi Hollivud ulduzlarının yeni dini Sayentologiya 159 ölkədəki 10 milyon üzvü, minlərlə kilsəsi və külli miqdarda büdcəsi ilə diqqət çəkir. Nədir bu Sayentologiya? Yazıçı L.Ron Habbard 1952-ci ildə “həqiqəti axtarmaq” mənasını verən Sayentologiya fəlsəfəsini işləyib və yeni bir din kimi təqdim edib. Təlimə görə, 75 milyon il əvvəl kosmik lider, Henu adlı milyonlarla varlığı Havay adaları və ona yaxın ərazilərə göndərib. Hazırda yaşadığımız pis hadisələrin, sıxıntıların səbəbkarı da o məxluqların ruhlarıdır. Bu ruhlara “Titan” deyilir. Sayentologiyaya görə, insanlar bu ruhların mənəvi təzyiqlərindən azad olandan sonra həqiqi xoşbəxtliyə qovuşacaqlar. Təriqət üzvləri bu təzyiqlərdən qurtulmaq üçün üsullar tapdıqlarını iddia edirlər. Sayentoloqlar Allahın varlığına inanırlar, ancaq cənnət, cəhənnəm kimi anlayışları qəbul etmirlər. Reinkarnasiyaya inanırlar.

Yaradıcılıq hərəkatı

Yaradıcılıq hərəkatı Ben Klassen tərəfindən 1973-cü ildə işlənmiş din fəlsəfəsidir. Bu dinə ancaq ağdərililər qəbul edilir. Tanrı əvəzinə elə ağ irqə inanırlar. Ben Klassenin ölümündən sonra rəhbərliyi rahib Metyu F. Heyl üzərinə götürüb. Bir müddət sonra Heyl qətl törədib və həbsə girib. Beləcə din də tarixdən silinib.

Dünya Kilsəsi

Oberon Zell tərəfindən 1962-ci ildə yaradılan dinin tərəfdarları Yer Kürəsinə və Tanrıya inanır. Qədim Yunan mifologiyasındakı Tanrıları da qəbul edir və din qardaşlığını əsas götürür. Tənqidçilər bu dinin Harri Potter kitabından ilham alınaraq yaradıldığını iddia edir.

Yahve cəmiyyəti

Bu inanc afro-amerikalı bir qrupun təşəbbüsü ilə ortaya çıxıb. 1979-cu ildə ABŞ-da yaranan bu dinin qurucusu Yahve Ben Yahvedir. İnanca görə, əsl yəhudilər qara dərililərdir. Ağ irq isə ağ şeytanın rəmzidir. Bu dinə pərəstiş edənlər xristianlığı da qəbul edirlər. İrqçilikdə ittiham olunan dinin hələ də xeyli sayda üzvü fəaliyyət göstərir.

Maradonna Kilsəsi

Argentinada qurulan və əfsanəvi futbolçu Dieqo Armando Maradonnaya həsr olunan “Maradonna Kilsəsi”nin hazırda 120 min üzvü var. 1998-ci ildə qurulan kilsə Maradonnanın İngiltərəyə “Tanrının əlinin köməyi ilə” atdığı qolun ildönümü olan 22 iyun 1986 tarixini də müqəddəs gün elan edib. Məşhur futbolçunun adına pul kəsdirən kilsənin qurucusu Marsela Amez “həqiqi kilsə olmadıqlarını” hər fürsətdə dilə gətirir. Amezə görə, bu sadəcə eyni ideya ətrafında toplanan insanları bir dam altına yığmaq cəhdidir.

Topi

1981-ci ildən fəaliyyət göstərən Topi mistisizm və Tanrı inancının olmadığı, sehrli dünyayla bağlı dindir. Əsasən parapsixologiya ilə əlaqəli olan Topinin üzvləri arasında bir çox məşhurlar da yer alır.

Aum Şirikyo təriqəti

Şoko Asahara tərəfindən yaradılan bir yapon dini təriqətidir. 1995-ci ildə təkcə Yaponiyada 9 min üzvü olan bu təriqətin dünyada 40 mindən çox pərəstişkarı var. Təriqətin adı terror hadisələrində də hallanır. “Aum Şirikyo” “Ali həqiqət təriqəti” mənasını verir. Metroda zəhərli qazla insanları zəhərləməyə çalışan təriqət üzvləri inadla “onlara yaxşılıq etdiklərini” deyirdilər. İnanc buddizmdən qaynaqlanır.

Ətraf mühitin insanları

Ivo A. Benda tərəfindən qurulan dinə görə, ətraf mühitdəki digər mədəniyyətlər din mənsubları ilə əvvəlcə telepatiya ilə, sonra birbaşa ünsiyyətə keçirlər. Dinin tərəfdarları bu mədəniyyətlərin biz insanları yaxından izlədiklərini və hamı ilə ünsiyyətə girmək üçün başqa bir mərhələyə keçməyimizi gözlədiklərinə inanırlar.

Evtanaziya Kilsəsi

Dinin əsas məqsədi bəşəriyyət və kainatın digər üzvləri arasındakı balansı təmin etməkdir. Evtanaziya Kilsəsinin dörd ana dayağı var – intihar, abort, kanibalizm və homoseksuallıq. Bu inanca görə, dünya əhalisinin sayının çoxluğunu təhlükəli haldır. Əsas şüarı “Kainatı qoru, özünü öldür” olan dində cinayət və təcavüz qəti qadağandır. Kilsə 11 sentyabr hadisələrindən sonra saytlarında dörd dəqiqəlik video yayımlayıb. Pornoqrafik videonun altına “Dünya Ticarət Mərkəzi dağıldı” yazısı qoyulub. Bundan başqa, saytda “Özünüzü helium qazı ilə necə öldürərdiniz?” adlı yazı da var.

Nuvabanizm

1970-ci ildə Nyu-Yorkda yaşayan qaradərili müsəlmanlar tərəfindən qurulub. Qurucu lider York hazırda dələduzluq və azyaşlılara təcavüz iddiaları ilə həbsdədir. Ancaq buna baxmayaraq din varlığını qoruyub saxlayıb. Dinin başlıca inancı belədir: ölən insanı yandırmaq lazımdır, beləcə yenidən dünyaya gəlməsinin qarşısını almaq olar. İnsanların əvvəlcə daha ağıllı və stabil varlıq olduğunu, ancaq bir metioridlə dünyanın toqquşmasından sonra insanların həyat tərzlərinin pozulduğunu düşünürlər. Hamının dünya üzrə 7 klonunun olmasına, kişi doğulmaq üçün əvvəlki həyatda dəfələrlə qadın olmaq lazım gəldiyinə, həmçinin insan irqinin Marsda aparılan təcrübələrlə ortaya çıxdığına inanırlar.

# 3589 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #