Oxumaq istədiyim roman

Oxumaq istədiyim roman
9 sentyabr 2013
# 12:09

Tele-kanallarda köhnə bir ənənə var: hər sezonun əvvəlində efirdə olacaq təzə projelərin – yarışma proqramlarının, realiti şouların, serialların – tanıtım çarxlarını göstərirlər. Bu həm kanalın özü, həm də onun daimi seyrçilərin üçün psixoloji hazırlıqdı, istirahət günlərinin yaratdığı tənbəllikdən silkinib çıxmaq metodudur.

Gələn həftədən dərslər başlayır. İndidən canımdakı canlanmanı hiss edirəm. Auditoriyada olmağı sevirəm, bu öz yerində, bir də bu işin tezdən oyanmaq yönünü, həmişə tənbəllik üçün bəhanə tapan tərəflərimi redaktə etməyini çox sevirəm. Məncə, insanı həmişə intizamlı, məsuliyyətli olmağa çəkən bir nöqtəsi olmalıdır. O nöqtə olmasa, həyat maraqsız, məzmunsuz olar.

Bu da mənim qaralma şəklindəki tanıtım çarxım :

  • Esselər kitabımı çap etdirmək

  • “Sənət cərəyanları” adlı kitabı yekunlaşdırmaq

  • Romanımın yarısını ürəyimcə yazmaq

  • Nabokovun mühazirələrindən tərcümələr etmək

  • “Azadlıq” radiosundakı və Kulisdəki esselər silsiləsinə davam etmək

  • “Müasir dövrdə qloballaşma və onun problemləri”, “Ədəbi tənqid tarixi”, “Dünya ədəbiyyatı” və “Creativ writing” fənlərindən olan mühazirələri nəhayət sistemləşdirmək

  • Marsel Prustun “İtirilmiş zamanın sorağında” və Ayn Randın “Atlas silkindi” romanlarını oxumaq.

Pası Qan Turalıya atıram. O da pası Mirmehdiyə versin, o da bir başqasına...

# 3514 dəfə oxunub

Müəllifin son yazıları

# # #