Həmid ölü kimi

Həmid ölü kimi
16 aprel 2013
# 18:00

Həmid Herisçi yazıçılarımız arasında hər zaman xüsusi intellekti ilə seçilib. Lakin çox təəssüf ki, o, intellektini həqiqət üçün yox, özünün quraşdırıb özünün inandığı yalanlara xərcləyib.

Bir ziyalı kimi onun missiyası hər zaman qaranlıq olub, misal üçün Xalq Hərəkatının gərgin günlərində hərəkatın məqsədinin islam inqilabı olduğunu deməklə hərəkatçıları çox ağır vəziyyətə salıb.

Siz vaxt tapıb ANS efirinə baxsanız, Həmid Herisçini çox sadə şəkildə dərk edə bilərsiniz, bəli, Coysu oxumuş bir adam ölkəni gəzib pirləri ziyarət edir və bu pirlər haqqında özünün quraşdırdığı yalanları paranoyak bir formada xalqa çatdırır.

Amma Həmidin pirşünaslığı qarşısında olan böyük bir əngəl var, o da keçən əsrin əvvəllərində başlanan maarifçilik hərəkatıdır ki, Həmid onların gücünü hər zaman dərk etdiyindən onlara qarşı çox sonuncu üsullarla qara piar aparır.

“Yel qayadan nə aparar” deyiblər, bəli, yelin qayadan apardığı ovulmuş torpaqlardır. Torpaq yerə tökülür, yel isə əsib gedir.

İndi o “Ölülər”ı plagiat saydıqda biz onun yadına Suat Dərvişin “Fosforlu Cevriyə”sini salırıq.

Nəsə…

Cəlil Məmmədquluzadə təkcə Şeyx Nəsrullah obrazını yox, eləcə də Teleqrafçı Heydərağa ilə Dilmanc Əlibəy kimi nökər ziyalı obrazlarını da yaradıb.

Onlar Şeyx Nəsrullahın yalançı olduğunu çox gözəl anlayırdılar, lakin öz savadları ilə Şeyx Nəsrullaha “ləbbeyk” deyib bir növ onu legitimləşdirirdilər,

Kefli İsgəndər üçün əlibəylərlə şeyxəhmədlərin fərqi yoxuydu.

Deməyim odu ki, nə qədər danışırsan danış, yazırsan yaz, Mirzə Cəlil pyesinin içindən çıxa bilməyəcəksən.

Bəziləri həyata obraz, bəziləri isə yazıçı olmaq üçün gəlir.

# 3806 dəfə oxunub

Müəllifin son yazıları

# # #