Tanrım, sonda nə var? - Rüstəm Behrudidən yeni şeir

Rüstəm Behrudi, şair

Rüstəm Behrudi, şair

10 iyun 2025
# 18:01

Kulis.az Rüstəm Behrudinin "Ömür bulaq kimidir" adlı şeirini təqdim edir.

Ömür bulaq kimidir.
Qış yas tutar, yaz ağlar.
Hər kəsin öz dərdi var,
Heç kimə deməz, ağlar.

Sən, ey çopur baş daşım,
Kim vardı səndən əvvəl?
Bilirəm, sən bilirsən,
Nə vardı sondan əvvəl?

Ömür bitdi beləcə.
Nə mən bildim, nə də sən.
Başdaşımdan o yana
Nə görsənir, görəsən?

Nə görsənir, ilahi?
Nəyim qaldı, nə qurum?
Mən varam, bir də boşluq,
Bir də dəli bir uçurum.

Ah bu uçurum, bu boşluq,
Bu cənnət, bu cəhənnəm.
Tanrım, sonda nə var? – De
Mən heç kimə demərəm.

Kim var orda, görəsən?
Arı da yox, şan da yox.
Baş qoyub yaslanmağa,
Bir quru yovşan da yox.

Bir dəstəksiz qapıyam,
Nə açan, nə döyən var.
Gedərdim, bilsəm, orda
Məni bir gözləyən var.

Ömür bulaq kimidir.
Qış yas tutar, yaz ağlar.
Hər kəsin öz dərdi var.
Heç kimə deməz, ağlar.

# 304 dəfə oxunub

Oxşar xəbərlər

Bir evimiz olmadı kirayələrdən uzaq... - Əsəd Qaraqaplan

Bir evimiz olmadı kirayələrdən uzaq... - Əsəd Qaraqaplan

11:00 7 iyun 2025
Pencəyimi asım budağından, yoxsa özümü? - Həmid Herisçinin şeirləri

Pencəyimi asım budağından, yoxsa özümü? - Həmid Herisçinin şeirləri

16:00 31 may 2025
Görəsən, görərmiyəm, Şuşanı bu qışa kimi? - Fikrət Sadığın şeirləri

Görəsən, görərmiyəm, Şuşanı bu qışa kimi? - Fikrət Sadığın şeirləri

15:15 30 may 2025
"Öpüm kölgən düşən mübarək yeri!" - Azərbaycan bayrağına həsr olunmuş şeirlər

"Öpüm kölgən düşən mübarək yeri!" - Azərbaycan bayrağına həsr olunmuş şeirlər

12:40 28 may 2025
Sən bizimsən, bizimsən durduqca bədəndə can! - Günün şeiri

Sən bizimsən, bizimsən durduqca bədəndə can! - Günün şeiri

10:00 28 may 2025
Dözümlü xalqıma heykəl qoyulsun - Günün şeiri

Dözümlü xalqıma heykəl qoyulsun - Günün şeiri

13:49 27 may 2025
# # #