Həzrəti Əliyə aid edilən bu kəlamlar əslində, Karl Marksındır? - Elm və din üz-üzə

Həzrəti Əliyə aid edilən bu kəlamlar əslində, Karl Marksındır? - Elm və din üz-üzə
10 iyun 2025
# 18:50

Kulis.az Firuz Mustafanın yeni yazısını təqdim edir.

Miflərə meylli xalqıq. Əslində, bütün xalqların genində miflərələ bağlı elementlər mövcudur. Amma bu, bizdə “dozadan” və “normadan” bir qədər artıqdır.

Bir də görürsən ki, məsələn, Molla Nəsrəddinə aid olan bir lətifəni “redaktə edib” Hüseyn Arifin adına çıxırlar. Və yaxud, Bəhlul Danəndənin adıyla bağlı hazırcavablıq nümunələrini “bəzəyib” Habil Əliyevin adından danışırlar.

Bəlkə də, bu “baməzə bəzəmələrin” üstündən keçmək olardı, çünki bu “iştirakçıların” hamısı “özümüzünkülərdir”.

Amma və lakin...

Bir də görürsən ki, bir din əhli gözəl bir misal çəkir: “Pulun milliyyəti olmur”. Və əlavə edib deyir ki, bu məsəl Həzrət Əliyə aiddir. Əslində, bu sitatın ilk müəllifi rəhmətlik Marksdır: “Капитал национальности не имеет”.

Bir hörmətli molla əmidənsə belə bir misal eşitmişəm: Həzrət Əli buyurub ki:“qula qul olmaqdan daha alçaldıcı bir şey yoxdur”.

Əslində, bu misalın müəllifi də Karl Marksdır. Ki, yəni, “Нет ничего более ужасного, более унизительного, чем быть рабом раба”.

Hərdən Peyğəmbərin adından da bu cür iqtibaslar gətirirlər və onların da kökü gedib mərhum Engelsə çatır.

Bu misalların sayını yenə artırmaq olar. Elmi ədəbiyyatla tanış olmaq yaxşı şeydir. Amma gərək müəllif hüququnu da qoruyasan. Düzü, bilmirəm mollalarımızın “marksist” olmasını təqdir etmək məqbuldur, ya yox?

# 4301 dəfə oxunub

Oxşar xəbərlər

Amsterdamda qeyri-adi muzey açıldı – Burada heyvanlar sərbəstdir, insanlar qəfəslərdə

Amsterdamda qeyri-adi muzey açıldı – Burada heyvanlar sərbəstdir, insanlar qəfəslərdə

18:00 30 oktyabr 2026
XVI Lüdovik dövrünə aid sevgi məktubları tapıldı – 230 illik sirrin yeni izləri

XVI Lüdovik dövrünə aid sevgi məktubları tapıldı – 230 illik sirrin yeni izləri

17:30 30 oktyabr 2026
Dinozavr skeleti 47,3 milyon dollara satıldı – Alıcı kimdir?

Dinozavr skeleti 47,3 milyon dollara satıldı – Alıcı kimdir?

16:30 30 oktyabr 2026
Devid Bouinin  yayımlanmayan konsert filmi nümayiş olunacaq

Devid Bouinin yayımlanmayan konsert filmi nümayiş olunacaq

15:30 30 oktyabr 2026
“Deutsche Börse Photography Foundation Prize 2027”  mükafatının qısa siyahısı açıqlandı

“Deutsche Börse Photography Foundation Prize 2027” mükafatının qısa siyahısı açıqlandı

15:00 30 oktyabr 2026
Rusiyalı gənc rəssam vəfat etdi

Rusiyalı gənc rəssam vəfat etdi

14:45 30 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər