Ölümə qarşı ən böyük dirəniş... – Türk şairindən yeni şeirlər

Ölümə qarşı ən böyük dirəniş... – Türk şairindən yeni şeirlər
5 aprel 2022
# 17:00

Kulis.az müasir türk şairi Caner Gökçeoğlunun şeirlərini təqdim edir. Caner Gökçeoğlu 1979-cu ildə Ankarada doğulub. “Oyuncaq kəlmələr” adlı şeirlər kitabı 2018-ci ildə çap olunub. İxtisasca riyaziyyat müəllimidir.

deyilmi
bir ürək döyüntüsü
insanın ölümə qarşı
ən böyük dirənişi?!

və soruşsanız əgər,
ən böyük zəfər:
bərabər döyünən
bir ikincisi...

***

gəmili, qağayılı şeirlər var,
dəniz qoxan misralar...
bir də uçurum qorxusu -
yelləncəkdə yellənməyə oxşayar!

gün işığı var,
günəş var!
sevda işçiləri var Kadıköydə...
bir dünya içində min dünya var...
bir də sabah var -
içində ümid və işıq...
tək sən yoxsan,
ona görə hər şey yarımçıq!


***

mən
belə açınca qollarımı
düşünürsünüz ki, göy əldən gedir...
yox, yox,
uçmaq - filan deyil mövzu,
mənimkisi
göyü itirmək qorxusu...

siz kitablar dolusu şeir yazarsınız,
aşiq olar, aşiq olar, bir də yazarsınız,
yox, yox,
eşq - filan deyil mövzu,
sizinkisi
bir ovcun boş qalacağı qorxusu...


***

nə şeytanı mənimlədi
artıq cəhənnəmin,
nə atəşi, nə çuxuru...

sevərkən tərk etdim çünki
lənətlənmiş qüruru...


***

cahil bir adamam mən,
bütün hərfləri
bilmirəm...
adındakılarla başlar,
bitər
bildiyim tək əlifba...


***

qısa yazırmışam!
kimə nə?!
"eşq" belə üç hərflidir -
oxumasını bilənə...


Tanrı və uşaq

Tanrını göstərin mənə -
deyirdi kor uşaq,
kimsə görmürmüş onu, eləmi?
onda mən
barmaq uclarımla toxunacam
bilmədiyim nə qədər rəng varsa...
mavini,
yaşılı,
bəyazı -
hamısını soruşacam
və sonra ona
ölənə qədər
qara rəng haqqında danışacam...


işçi uşaq

qəlib ustasının
yanına verdilər Həsəni
oxuya bilməyəcəyi
bir məktəbin inşaatında -
on iki yaşının tamam olmasına
iyirmi dörd saat qalmış...

toplasan üç nəfər üzüldük:
mən şeirini yazdım,
bir nəfər şəklini çəkdi...

soruşsanız,
ikimizin də əlləri titrəyirdi...
həə, bir də anasının
məzarda sümükləri...

məzarda...
sümükləri...


oyuncaq kəlmələr

bütün uşaqların
iki, üç, dörd
təkərli ikən oyuncaqları
mənimkilər
iki, üç, dörd hərfli idi...

ona görə də
onlar yol getdilər,
mən isə yolu anlatdım...


indilik

getdikcə
daha az gəlirsən ağlıma,
bağışla amma,
indilik hər nəfəs alışımda...


***

Əlbət bir şeir yazıb
göy üzünə
qapı açacam mən...

sən
bir sabah
maviyə boyanmış
göy üzünü izlərkən...


kölgə

yüz illərdir
kölgəni
əfəndi zənn edərlər
bir mağarada işığa
arxasını dönənlər...


***

üç günlük dünyada
bir ömür boyda deyilmi
iki gündən uzun sürsə
ayrılıq?!


Uyğunlaşdırdı: Furqan

Caner GÖKÇEOĞLU

# 4465 dəfə oxunub

Oxşar xəbərlər

"Bank soymaq girir hərdən ağlıma" - Həmid Herisçidən antişeirlər

"Bank soymaq girir hərdən ağlıma" - Həmid Herisçidən antişeirlər

11:00 26 may 2026
Ayrılığın da axı ağrılı sonrası var... - Sevinc Yunuslunun yeni şeirləri

Ayrılığın da axı ağrılı sonrası var... - Sevinc Yunuslunun yeni şeirləri

14:30 25 may 2026
İşığa qərq edəcək ömrümün gecəsini... - Jerar de Nervaldan şeirlər

İşığa qərq edəcək ömrümün gecəsini... - Jerar de Nervaldan şeirlər

13:00 22 may 2026
Məğlub olsan da belə, yenə də möhtəşəmsən - Emil Verxarn

Məğlub olsan da belə, yenə də möhtəşəmsən - Emil Verxarn

10:30 21 may 2026
Yataqda ölənə şaşan Türkəm mən - Əmin Abid Gültəkin

Yataqda ölənə şaşan Türkəm mən - Əmin Abid Gültəkin

10:25 21 may 2026
Maraq - Ümmügülsümün Bayıl həbsxanasında yazdığı şeir

Maraq - Ümmügülsümün Bayıl həbsxanasında yazdığı şeir

18:20 20 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər