Təkrar - Rəsul İsaqov

Rəsul İsaqov

Rəsul İsaqov

13 dekabr 2021
# 19:30

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Rəsul İsaqovun “Təkrar” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Səhər hələ təzə açılırdı. Həyatlarını başqaları üçün yaşayan insanlar işə gedir, həyatın zərbə vurduğu insanlar isə parka gedirdilər. Namiq qapının qarşısında Aytənə səsləndi. Aytən yarı-yuxulu yarı-ayıq qapının qarşısına gəldi.

- Məni bağışladığın üçün təşəkkür edirəm sənə - dedi qızararaq Namiq.

- Mən səni bağışladım, düzdü, amma xahiş edirəm elə et ki, hər kəs səni bağışlasın, ən əsas da özün. – Yorğun bir formada ən axırıncı ümidini səsləndirirmişcəsinə dedi Aytən.

Namiq Aytənin yanağından öpdükdən sonra tələsik maşına oturdu. O bilirdi ki, hər şeyin səbəbkarı özüdür. Özünün dərin arzuları və təkrar-təkrar özünə verdiyi sözlərin arxasında durmamağının nəticəsidir hər şey.

Nə qədər banka adam gəlməyib gedib növbə tutaram, pulu götürdükdən sonra gedərəm işə. Uzağı 15 dəqiqə gecikərəm. Bir aydı hər gün gecikirəm yəqin ki, öyrəşiblər. Bunu düşünəndə özündən asılı olmayaraq bir ah çəkdi, çünki o həyatı boyu belə məsuliyyətsiz səhvlərə yol verməyib. 28 yaşında atasının həyatı boyu qazandığı pul qədər borc. Və bu borc nə banka, nə də hansısa bir yaxın dosta ödənməliydi. Bu borcun bir qismi bu gün Nigara, xəyalların məhv etdiyi o qıza ödənməliydi. Nigarın bu gün 5 ildir ki yolunu gözlədiyi, xoşbəxtliyini tapdığı qızının ad günü idi. Nigarın qızı Nigar üçün tək yol idi. Çox nadir görülən Aorta Anevrizmasından əziyyət çəkirdi və onun bundan sonra övladı olmayacaqdı. Bunu bildiyinə rəğmən evlənərkən həyat yoldaşına söyləməmişdi. Həyat yoldaşı onu öyrəndə artıq onların övladı dünyaya gəlmişdi.

Namiqin telefonuna gələn qəfil zəng onu sanki ayıltdı. Namiq tələsik telefona cavab verdi.

- Alo, Namiq bu gün işə gecikmə. Əgər bu gündə geciksən işdən çıxaracaqlar səni.

Namiq cavab vermədən dəstəyi asdı.

Bankın qarşısında saxladı, maşının qapısını bağlamadan tələsik banka girdi, təsadüfdən birinci müştəri elə özü idi. Pulu alıb bankdan çıxmağı haradasa 7 dəqiqə vaxt çəkmişdi və onun işə çatması üçün qalan vaxt da elə 7 dəqiqə idi. Namiqdə bilirdi ki. Bu vaxt ərzində işə çatmağı mümkün deyil, o bütün gücü ilə buna nail olmağa çalışacaqdı. Axı o bilirdi ki, bu onun son şansıdır, Aytənə verdiyi sözü bu dəfə eləməliydi. Bu dəfə Aytənin aşiq olduğu Namiq olmalıydı. Bəs olmasa? Haqqında düşünmədən bu fikri beynindən qovdu. Həmin yol üçün ən yüksək sürət neçə idisə Namiq o sürətdən bir az artıq hərəkət edərək o son ümidə yetişməyə çalışırdı.

Bir anlıq maşını ön şüşəsində bir qaraltı peyda oldu və şüşə çartladı. Namiq özündən asılı olmadan əyləci basdı maşın dayandı. Səs gəlir. Qışqırıq səsi. Qadın ağlayır. Qan səpilib ətrafa qıp-qırmızı şüşə. Namiq yan güzgüdən qorxaraq arxaya baxdı. İçində son ümid olan o hadisənin baş verməməsi üçün bir daha tanrıya dua elədi. Yan güzgüdə Nigar. Ola bilməz axı. Nigar diz üstə sanki çin üsulu ilə işgəncə alırmış kimi qışqırır və ağlayırdı. Ətrafa adamlar yığışmağa başlayır. Namiq arxa güzgüdən arxaya baxdı. Nigarın qızı. Namiq özündən asılı olmayaraq maşını son sürətə qaldırıb qaçır. Nədən qaçır hadisə yerindən? Yoxx! Özündən qaçır. Hara kimi? Qaça bilməz. Aytən gəldi gözünün qarşısına. Verdiyi sözlərin hamısını təkrar-təkrar xatırlamağa başladı. Və hava şarı açılmadı....

# 1644 dəfə oxunub

Oxşar xəbərlər

İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

09:00 16 noyabr 2024
Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

16:30 15 noyabr 2024
# # #