“Qarabağ” mahnısına erməni deputatların adlarını yazdırmaq istəyən kim idi? – İllərin mahnısı

Bəhram Nəsibov, Aygün Kazımova, Arif Babayev

Bəhram Nəsibov, Aygün Kazımova, Arif Babayev

5 avqust 2022
# 09:00

Kulis.az “İllərin mahnısı” layihəsindən “Qarabağ” mahnısı haqda maraqlı faktları təqdim edir.

Bu mahnını xalq mahnısı sayırlar, əslində isə, onun müəllifləri var. İlk dəfə bu mahnı 1972-ci ildə gənc və istedadlı müğənni Arif Babayevin ifasında eşidilib. Bu mahnının taleyi başqa mahnıların talelərinə bənzəmir. Onun çox qəribə bir taleyi var.

***

Diqqət çəkən məqam odur ki, bu mahnının məşhurlaşacağına inam olmadığından uzun müddət səslənməmiş qalıbmış. Və nəhayət, xoşbəxt təsadüf dinləyiciləri bu mahnıyla tanış edir. Bu mahnının adı oxucunu bir az çaşdıra bilər, axı belə adla bir çox mahnı mövcuddur. Ancaq iki sətir eşidən kimi, söhbətin hansı mahnıdan getdiyi aydın olur.

***

Beləliklə, Azərbaycan musiqisində öz istedadıyla fərqlənmiş şair, dramaturq, publisist, musiqiçi və bəstəkar, amma, təəssüf ki, diplomu olmadığına görə haqsız hücumlara məruz qalmış Bəhram Nəsibov bu gün haqqında bəhs edəcəyimiz "Qarabağ" mahnısının müəllifidir. Mahnı mətninin müəllifi isə Rəfiq Zəka Xəndandır.

Sevgilim seyrə çıxaq burda gəl ilk baharı

Sevgilim seyrə çıxaq burda gəl ilk baharı

Gül açıb ömrümüzün ən şirin arzuları

Gül açıb ömrümüzün ən şirin arzuları

Anadır arzulara hər zaman Qarabağ

Danışan dil dodağım tar, kaman Qarabağ

Qarabağ can Qarabağ, ana yurdum...

Qarabağ can Qarabağ, ana yurdum...

Bu çəmənlərdə gəzir Vaqifin şux gözəli

Bu çəmənlərdə gəzir Vaqifin şux gözəli

Ruhunu burdan alır Natavanın qəzəli

Ruhunu burdan alır Natavanın qəzəli.

Bəhram Nəsibov Sevgi Həyatı - YouTube

***

Bəhram Nəsibov 1941-ci ildə Füzuli rayonunun Rəfədinli kəndində doğulub. Onun atası da musiqiçi olub. Musiqiyə sevgi Bəhram Nəsibova genetik ötürülüb. Gənc yaşlarından Bəhram özündə bu istedadı hiss edib və yaradıcılığa başlayıb. O, İncəsənət Universitetinin aktyorluq fakültəsinə daxil olub, orada yüksək intellektual qabiliyyətlərini göstərib. Bəhram sonuncu kursa kimi əlaçı olub. Ancaq anlaşılmazlığa görə onu bir münaqişədə ittiham ediblər və o, təhsilini bitirmədən institutdan çıxıb.

15 ildən sonra Bəhram instituta qayıdıb və axır ki, diplom alıb. Və onunla ədalətsiz davranıldığını sübut edib. Təhsillə paralel olaraq Bəhram Nəsibov həm də işləmək məcburiyyətində imiş. Onun istedadının ən parlaq təzahürləri məhz bu müddətə təsadüf edib. İlk mahnıları məhz onda yazılıb. Bəhram Nəsibovun övladlarının sözlərinə görə, onun ilk mahnısı "Qarabağ" olub. "Qarabağ" mahnısı 1968-ci ildə yazılıb.

***

Bəhram Nəsibov musiqi dünyasına tarla gəlib, ancaq sonra gitaraya keçib. O, toylarda gitarayla çıxış edib və bununla xalq içində məşhurlaşıb. Amma Bəhram Nəsibovun tara xüsusi münasibəti olub. Təzə yazdığı mahnıları o, ən əvvəl tarda çalırmış.

Yataqxanada yaşadığı günlərin birində Bəhram Nəsibov koridorda “Qarabağ” mahnısını tarda çalıb oxuyurmuş. Yataqxananın komendantı da təsadüfən onu dinləyirmiş. Həmin komendant da, erməni imiş. Komendant mahnı bitəndən sonra Bəhram Nəsibova yaxınlaşıb və ona deyib:

“Bəhram, sən o mahnıya bizim qəhrəmanları, Ali Sovetin erməni deputatlarını da sala bilərsənmi?”

Bəhram Nəsibov deyib:


”Qarabağ haqda mahnıda erməni deputatların nə dəxli var? Niyə onları mahnıya salmalıyam?”

Bu söhbətə görə həmin erməni komendant Bəhram Nəsibovu yataqxanadan qovur.

Mahnılarını Niyaməddin Musayev oğurladı, rayonu işğal olunanda beyninə qan  sızıb öldü – Bu gözəl musiqilərin müəllifini siz də tanıyın

***

Bundan sonra Bəhram Nəsibov Arif Babayevlə birlikdə kirayə ev tutur. O, "Qarabağ" mahnısını oxumağı Arif Babayevə təklif edir. Mahnı Arif Babayevin zövqüncə olmadığı üçün o, bu mahnının uğur qazanacağına inanmayıb. Və təklif edib ki, yaxşısı, sən sevgi, məhəbbət haqda nəsə yaz. Beləcə bu mahnı bir xeyli öz ifaçısını axtarır. Ancaq, bir neçə il sonra Arif Babayev özü bu mahnını Bəhram Nəsibova xatırladıb. O, Qarabağa qastrola gedəcəklərini deyib və əlavə edib ki, orda Qarabağ haqda mahnı oxusaq, yaxşı olardı. Və beləcə, Arif Babayev “Qarabağ” mahnısının ilk ifaçısı olur. Arif Babayev sonradan bu mahnını hər yerdə oxuyurmuş. Bir dəfə Bəhram Nəsibov zarafatla deyib ki, “Qarabağ”a görə maşın alacaqsan. O da gülüb ki, Qarabağa görə maşınmı olar. Sonradan isə ifaçı etiraf edib: “Doğrudan da, o mahnı mənə maşın gətirdi”.

***

Bəhram Nəsibov təxminən 200 mahnının müəllifdir. "Qal, sənə qurban", "Ey, nazlı Dilbərim", "Neyçün bəs", "Ay dəli ceyran", "Səni qəmli görəndə", "Al-əlvan geyib çəmən", "Deyin hardadır", "Gecələr", "Xatırla məni", "Sənsiz yaşaya bilmirəm", "İntizar" və başqa mahnılar. Bu mahnılardan hər biri bu günə kimi bizim müğənnilərimizin repertuarlarını bəzəyir. Bəhram Nəsibovun mahnıları iliyinə qədər millidir. Elə bu səbəbdən onun mahnılarını tez-tez xalq mahnısı kimi qəbul edirlər. O, öz mahnıları üçün nəinki musiqi, həm də sözlər yazıb. Həmçinin lirik şeirlər qələmə alıb, özü də bu şeirlərin əksəriyyətini yolda olarkən yaranıb. Bəhram Nəsibovun dostları deyirlər ki, bir neçə dəfə onun ekspromt şeir yazmasının şahidi olublar. O, səhnəciklər, dramatik əsərlər, satirik şeirlər də yazırmış. Erkən yaşlarında atasını itirmiş Bəhram özü ailəsini ayağa qaldıra bilib. O, həm də çox sadə insan kimi tanınıb.

Arif Babayev: “Nəvələrim olmasa, yaşaya bilmərəm”

***

"Qarabağ" mahnısı ifa olunarkən, Bəhram Nəsibovu artıq bir neçə mahnının müəllifi kimi tanıyırdılar. Görünür, elə məhz bu fakt Arif Babayevi "Qarabağ” mahnısını xatırlamağa məcbur edib. Mahnı efirdə səslənən kimi, o, dərhal məşhurlaşıb. Mahnı o qədər məşhur olub və sevilib ki, heç bir tədbiri Arif Babayevin bu mahnısı olmadan təsəvvür etmək qeyri-mümkün imiş. Efirdə Bəhram Nəsibovun mahnılarının səslənməsinə və bu mahnıların böyük şöhrət əldə etməsinə baxmayaraq, heç yerdə qeyd edilməyib ki, mahnının müəllifi məhz odur. Zəmanənin qayda-qanunu belə imiş: diplomsuz bəstəkar haqqında yazmaq olmazmış.

***

Sonra "Qarabağ" mahnısının yeni ifaçıları meydana çıxmağa başlayır. İfalardan biri "Qarabağ bülbülləri" kollektivinə aiddir. Murad Rzayevin yaratdığı bu kollektiv mərkəzi televiziyasının sifarişi ilə 1977-ci ildə qısametrajlı filmin yaradılmasına səbəb olur. Bu film dörd məktəbli haqqındadır – "Qarabağ bülbülləri" kollektivin üzvləri. Kvartet "Qarabağ" mahnısını ifa edir və bu ifadan bir fraqment filmə düşür. 1978-ci ildə Süleyman Abdullayev Dövlət teleradiosunun sifarişi ilə yeni il konserti üçün "Qarabağ" mahnısını lentə yazdırır. Mahnını qısaltmaq üçün, muğam ifa olunmaması qərara alınır. 1984-cü ildə Tamilla Məmmədova "Qarabağ" mahnısını ifa edib və lentə yazdırıb. Bu ifa sovet dövründə sonuncu ifadır. Ancaq tədbirlərdə mahnını sifariş edirdilər və ifa etməyə davam edirdilər.

Qarabağ Bülbülləri" - FOTO - VİDEO

***

90-cı illərdə Qarabağ Azərbaycan xalqının ağrılı və aktual mövzusuna çevrilir. Və əlbəttə, "Qarabağ" mahnısı artıq başqa cür səslənir, ürək ağrısıyla, vətən sevgisiylə. Bu dövrdə "Qarabağ" mahnısına müraciət edənlərin sayı artır – Yaqut Abdullayev, Aygün Bəylər, Təyyar Bayramov, Səvuhi İbayev, Elnur Zeynalov, Qoçaq Əsgərov, Mənsum İbrahimov, Nəzakət Teymurova, Aygün Bayramova. Və hətta estrada müğənniləri: Brilliant Dadaşova və Aygün Kazımova. 2005-ci ildə Səbuhi İbayev bu mahnını trionun ifasında lentə yazdırır. İfa parlaq və maraqlı çıxır. Səbuhi muğam fraqmentini də ifa edir.

Onurğa iflicindın əziyyət çəkən Könül Xasıyeva: "Kimin var mənim..." -  VİDEO - xeberler

"Qarabağ" mahnısı Könül Xasıyevanın ifasında bir başqa obraz kimi ortaya çıxıb. Könül Xasıyevanın səs tembri və fakturası ondan əvvəlki ifaçıların səsindən çox fərqlənib. Bu qədər ifaçıların olması dinləyiciyə "Qarabağ" mahnısının onun ürəyinə yaxın versiyasını seçməyə imkan verir. Növbəti ifaçı Aygün Bəylərin adını qeyd etməyə dəyər. Onun ifası hələ 2003-cü ildə yazılıb. Ancaq 2007-ci ildə müğənninin Azərbaycan Dövlət Filarmoniyasındakı konsertində bu mahnı canlı-canlı ifa olundu. Və bütün zal ayaq üstə alqışlamaqla yanaşı bu mahnını müğənni ilə birlikdə ifa etdi.

***

Bu mahnı öz ifaçısını nə janrla məhdudlaşdırır, nə də üslubla. Və, əlbəttə, bu qədər ifaçıların olması "Qarabağ" mahnısının mübahisəsiz uğur qazanmasına dəlalət edir. Bu mahnıya bu gün də tələbat var və xalq tərəfindən sevilən mahnıdır.

***

Bu mahnının coğrafi sərhədləri biz təsəvvür etdiyimizdən də genişdir. "Qarabağ" mahnısını son zamanlar türk müğənnilərinin ifasında da eşitmək mümkündür. 2000-ci ildə "Qarabağ" mahnısı "Türk dünyası savaşlarının musiqidəki izləri” türk albomuna daxil edilib. Albomda mahnının müəllifi də göstərilib. Albomun səhifələrində həmçinin Qarabağ müharibəsinin tarixləri, qurbanlar, Azərbaycan xalqının faciəsi, insan və ərazi itkiləri təsbit edilib. Bu albomda "Qarabağ" mahnısının ifaçısı Əli Heydəroğlu olub. Əslində, bununla hesab etmək olar ki, mahnı böyük missiyasını yerinə yetirib.

# 10490 dəfə oxunub

Oxşar xəbərlər

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

11:24 22 noyabr 2024
İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
# # #