"Mən ucuz viski və keyfiyyətsiz jurnalist təhriflərinin doğurduğu uydurmayam" - Riçard Metison

"Mən ucuz viski və keyfiyyətsiz jurnalist təhriflərinin doğurduğu uydurmayam" - Riçard Metison
23 iyun 2026
# 14:40

Bu gün ABŞ-nin elmi- fantastik yazıçısı, Hüqo mükafatı laureatı Riçard Metisonun anım günüdür.

Kulis.az onun əsərlərindən müəyyən hissələri təqdim edir.


"Heç vaxt bilmək olmaz," deyə düşündü. "Sadəcə, heç vaxt bilə bilməzsən. İllər bir-birini əvəz etdikcə, müəyyən dəyərlərin dəyişməz olduğunu zənn edərək həyatın axarına qapılırsan; məsələn, kiminsə səni öldürməyə çalışmayacağından əmin olaraq ictimai yolda rahatca maşın sürə bilmək kimi. İnsan bu kimi şeylərə arxayın olmağa öyrəşir. Sonra elə bir hadisə baş verir ki, bütün planlar alt-üst olur. Bircə sarsıdıcı hadisə illərlə formalaşmış məntiqi və qəbullanışları darmadağın edir və qəfildən özünü yenidən cəngəlliyin ağuşunda tapırsan. İnsan — yarı heyvan, yarı mələk. Bu ifadəyə harada rast gəlmişdi? Bədəni ürpəşdi.
Çöldəki o yük maşınının içindəki tamamilə bir heyvan idi."

Duel (1971) əsərindən

***

Mən tam əminəm ki, fundamental reallıq o qədər də mürəkkəb və çaşdırıcı deyil. Qəbul edilməsi çətin görünən şey reallığın fundamental elementləri yox, onun rəngarəng təfərrüatlarıdır. Dünyamız böyük bir təhlükə altındadır. Bəşəriyyət öz sağ qalmasını təmin etmək üçün müsbət dəyərlər sistemi yaratmalıdır. Bu aydınlanma axtarışı elə indidən başlamalıdır. Çox gec olmadan, bütün kişilərin və qadınların kim olduqlarını, niyə Yer üzündə olduqlarını və sivilizasiyanı qorumaq üçün nə etməli olduqlarını dərk etmələri həyati əhəmiyyət kəsb edir.

"The Path" (1999) əsərinin ön sözündən

***


Nəhayət, belə bir qənaətə gəldim ki, mən artıq bir insan deyiləm. Mən ucuz viski və keyfiyyətsiz jurnalist təhriflərinin, küçə və meyxana dedi-qodularının, ucuz roman mübaliğələrinin doğurduğu bir xəyal məhsulu, bir uydurma, şişirdilmiş bir ixtirayam.

"The Memoirs of Wild Bill Hickok" (2009) əsərindən

***

Müxtəlif müsahibələrindən seçmələr:

Dərc etdirdiyim bir şeyin hansısa axmağın mənim yazdıqlarımı təqlid etməyə "həvəsləndirməsinə" və ya hansısa müəllimin şagirdlərinə mənim hekayə və ya romanlarımı oxutdurduğuna görə işdən qovulmasına nifrət edirəm.

***

Ümid edirəm ki, gələcəkdə də insanlar mənim əsərlərimi oxuyacaqlar. Ümid edirəm ki, mən bir neçə nəsli sadəcə qorxutmaqdan daha artıq bir şey etmişəm. Ümid edirəm ki, bu və ya digər şəkildə bir neçə insana ilham verə bilmişəm.

***

Əslində, həyatımın ən parlaq hadisəsi - hansı ki, təbii olaraq yazıb-yaratmaq karyerama da çox böyük təsir göstərdi — 1951-ci ildə Santa-Monika sahilində Rut Vudsonla qarşılaşmağım, ona aşiq olmağım, onunla evlənməyim və bu evlilikdən dörd övladımızın (iki oğlan, iki qız) dünyaya gəlməsi oldu. Onlara olan sevgim və onların sayəsində daxilən böyüməyim mənim yazıçı həyatımı bugünkü səviyyəsinə gətirdi. Bu, yazıçı olmaq istəyən hər kəsə tövsiyə etdiyim bir prosesdir.

***

Mən "fövqəltəbii"yə inanmıram, "fövqəlnormal"a inanıram.

***

Mənim üçün təbiətə zidd olan heç nə yoxdur. Əgər bir şey bizə anlaşılmaz görünürsə, bu, sadəcə hələlik onu anlaya bilmədiyimiz üçündür.

# 84 dəfə oxunub

Oxşar xəbərlər

10410-cu gün - Ömər Xəyyamın hekayəsi

10410-cu gün - Ömər Xəyyamın hekayəsi

14:00 23 iyun 2026
Xoşagəlməz hadisə - Nadir Yalçının hekayəsi

Xoşagəlməz hadisə - Nadir Yalçının hekayəsi

12:00 22 iyun 2026
"Tarix həmişə qaliblər tərəfindən yazılır..." - Den Braundan aforizmlər

"Tarix həmişə qaliblər tərəfindən yazılır..." - Den Braundan aforizmlər

11:30 22 iyun 2026
Məsləhət gecəsi - Qərib Mehdinin hekayəsi

Məsləhət gecəsi - Qərib Mehdinin hekayəsi

13:30 21 iyun 2026
"Caz musiqisi sürətləndirilmiş bir laqeydlik formasıdır..." - Fransuaza Saqan

"Caz musiqisi sürətləndirilmiş bir laqeydlik formasıdır..." - Fransuaza Saqan

11:30 21 iyun 2026
"Hüzn nə deyirsə desin, həyat gözəldir..."  - Braziliyalı yazıçıdan sitatlar

"Hüzn nə deyirsə desin, həyat gözəldir..." - Braziliyalı yazıçıdan sitatlar

10:30 21 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər