"İnsan öz səhvlərinin məhsuludur..." - Tanınmış italyan romançıdan aforizmlər

"İnsan öz səhvlərinin məhsuludur..." - Tanınmış italyan romançıdan aforizmlər
11 iyun 2026
# 14:30

Bu gün tanınmış italyan şair və romançı Korrado Alvaronun anım günüdür.

Kulis.az onun əsərlərindən sitatları Sevinc Mürvətqızının təqdimatında təqdim edir.

"Sənət, bir detalın təlqin gücündən başqa bir şey deyildir."

"Həsədin gözləri var, bəxt (uğur) isə kordur."

"Tənqid - adətən peşəkar səviyyədə edilən növü - ölüləri diriltmək və diriləri öldürmək sənətidir."

"Bir cəmiyyəti əsir ala biləcək ən ağır ümidsizlik, dürüst yaşamağın faydasız olduğu şübhəsidir".

"Həyat, tənhalıqların birliyindən başqa bir şey deyildir".

"Həmvətənlərimin öz nüfuzlarını korlamaq üçün şüursuz şəkildə necə çalışdıqlarını anlayacaq qədər bu torpağa bağlıyam".

"Qışda, bulanıq çaylar dənizə doğru axanda və torpaq suların üzərində üzürmüş kimi görünəndə Aspromontda çobanların həyatı gözəl olmur. Çobanlar budaq və palçıqdan tikilmiş daxmalarda yaşayır, heyvanlarla birgə yatırlar. Kürəklərini qoruyan üçbucaq formalı qısa bir bürüncəyə bərkidilmiş uzun başlıqları ilə gəzirlər; eynilə bəzən təsvir olunan səyyah və qış rəmzi olan yunan tanrıları kimi. Çayların qulaqbatıran bir səsi var. Düzənliklərdə, bəyaz qarın üzərindəki o böyük qara qazanlarda, yabanı otlarla tündləşdirilmiş bozumtul süd zərdabının içində südün laxtalandığı o böyük qara qazanlarda alovdan tüstü yüksəlir. Qara başlıqları, qara yun paltarları ilə hamı birgə bu tutqun dağlara və qurumuş ağaclara can verir, yaşıl palıd isə qara donuzlar üçün palıd qozaları yetişdirir".

"Nəhayət,- dedi, - ədalətlə danışa biləcəyəm. Onunla qarşılaşıb öz dərdimi demək üçün nələr çəkmədim ki!"

"İnsan nəyə ehtiyacı olduğunu ölçüb-biçə biləcək qədər özünü tanımır".

"Korlanmış bir cəmiyyətdə zamanla məziyyətə çevrilməyən heç bir qüsur, şərti qaydaların fəzilət dərəcəsinə yüksəldə bilmədiyi heç bir rəzalət yoxdur".

"Yalnız insanlar keçən illəri unudaraq, köhnə sözləri köhnə bir tonla yenidən deməyə qadirdirlər".

"Ölmək, amma insan kimi olmaq. Ölmək, amma yaşamaq." (1944, s. 16)

"Mənim məmləkətimdə xırda burjuaziya nə yolla olursa-olsun, hətta ən alçaq üsullarla belə, hakimiyyətdə olanın rəğbətini qazanmağı böyük bir bacarıq nümayişi hesab edir. Hiyləgərlik hər bir insani keyfiyyətin yerini tutub. Bunu bacarmayan axmaqdır, buna uyğunlaşmayan isə dəlidir. Bizim tərəflərdə "onun əlaqələri var" demək, çox şey deməkdir".

"Pulu olan ödəyir, amma heç vaxt canı ilə yox. Zəka isə həm canı, həm də malı ilə ödəyir".

"Baxımsız qalan bir qadın qurumuş çiçək kimi solub gedər".

"Zəhmət, iş və düşüncə adamları istirahət halında olduqda - məsələn, çimərlikdə -zooparklardakı qəfəsdə olan vəhşi heyvanlara bənzəyirlər".

"Qocalarla yaşamağa alışmış qadın uşaq xasiyyətli, dəyişkən, qayğıkeş, tez inciyən olur və sevgidə yaxınlaşmanı uzun müddət nazla uzadır".

"Balzakda ehtirasın üç kateqoriyası var: axtaranlar, kolleksiyaçılar və ondan zövq alanlar. Bu gün kolleksiyaçıların dövrüdür".

"İnsan öz səhvlərinin məhsuludur".

"Uzaqlıq sevginin cazibəsidir. Yaxından sevmək çətindir".

"Ev-eşik qurmaq xəstəliyi olan qız, fərqinə varmadan və istəmədən, bir-birinin ardınca bir çox kişi ilə yaşamağa məhkum olur..."

"Proletar şairi Mayakovski bir div idi və məlum olan ən böyük beyinlərdən birinə sahib idi".

"Əgər dürüst olan, lakin Nitsşe kimi əxlaqsızlığı təbliğ edənlər olmasaydı, dünya dözülməz bir fəzilət və ya riyakarlıq yuvası olardı".

"Hamı şərti (ənənəvi) bir yalanı qəbul edir, hətta onu möhtəşəm hesab edir. Biri çıxıb onun gözəl olmadığını, əksinə, doğru olmadığını deməyə cəsarət edir. Və beləcə, bir söz digərini gətirir və hamı sonda onun saxta, alçaq və iyrənc olduğu qənaətinə gəlir".

"İnsan sonradan bayağı olmur, belə doğulur. Sənətdə sizi məftun edən o xoş bayağılıq təqlid edilə bilməz. O, dahi olmaq kimi təbii bir vergidir".

# 84 dəfə oxunub

Oxşar xəbərlər

"Əgər ağlımı qaçırmışamsa, mənlik bir problem yoxdur..." - Nobel mükafatçısının "Hersoq" romanından sitatlar

"Əgər ağlımı qaçırmışamsa, mənlik bir problem yoxdur..." - Nobel mükafatçısının "Hersoq" romanından sitatlar

15:00 10 iyun 2026
«Salam, ağ gəmi, mənəm ey!" - Çingiz Aytmatovun povestindən bir hissə

«Salam, ağ gəmi, mənəm ey!" - Çingiz Aytmatovun povestindən bir hissə

10:00 10 iyun 2026
"Ümidlərin və arzuların buxarlanma xüsusiyyəti var..." - Tanınmış şotland yazıçıdan sitatlar

"Ümidlərin və arzuların buxarlanma xüsusiyyəti var..." - Tanınmış şotland yazıçıdan sitatlar

16:00 9 iyun 2026
"Dildən pərgarsan, nə əcəb parlamentə seçilməmisən?" - Çarlz Dikkensin "Yeni il nəğməsi"ndən bir hissə

"Dildən pərgarsan, nə əcəb parlamentə seçilməmisən?" - Çarlz Dikkensin "Yeni il nəğməsi"ndən bir hissə

10:00 9 iyun 2026
"Yalnız aşiq olandan sonra yaşamağı öyrəndim..." - Jorj Sanddan aforizmlər

"Yalnız aşiq olandan sonra yaşamağı öyrəndim..." - Jorj Sanddan aforizmlər

13:30 8 iyun 2026
"Ümid yeri saydığın adamlara yaxından baxanda..." - Corc Oruellin "1984" əsərindən bir hissə

"Ümid yeri saydığın adamlara yaxından baxanda..." - Corc Oruellin "1984" əsərindən bir hissə

10:00 8 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər