Daltonun gözləri - Yaşar Əmiraslanov

Yaşar Əmiraslanov

Yaşar Əmiraslanov

10 dekabr 2021
# 14:00

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Yaşar Əmiraslanovun “Daltonun gözləri” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Edisonlar ailəsi oğullarının doğulacağı günü səbirsizliklə gözləyirdilər. Niyə də gözləməsinlər, çünki oğulları dörd qızın yeganə qardaşı olacaqdı. Nəhayət, 1930-cu ilin bir qış günü uşaq doğuldu. Körpə o qədər gözəl idi ki, görən hər kəs gözəlliyi qarşısında aciz qalırdı. Oğlan böyüdükcə valideynləri onun rəngləri seçə bilməməsini müşahidə etdilər. Həkimlər müayinə zamanı Conun dalton-rəng koru olduğunu müəyyən etdilər. Ata- anası 3 yaşlı oğullarının dalton olduğuna çox təəssüfləndilər, amma onlar nikbin insanlar idilər, “heç olmazsa gözləri görür kor deyil” deyə təsəlli tapdılar. Onlar dərk etmədilər ki, övladları göylərin mavisini, çiçəklərin əlvan rəngini seçə bilməyəcək. O, məktəbdə oxuyarkən ən çox rəsm dərslərində utanar, rəngləri seçə bilməyəndə gizlənəcək yer axtarardı. Hər həftə bu dərsdə alnından axıtdığı muncuq-muncuq tərlər çəkdiyi iztirabın xəbərçisi olardı. Onun dalton olduğunu öyrənən yoldaşları onu lağa qoyar, bəzən “kor” və ya “ağ-qara göstərən televizor” adlandırardılar. İnsanlarla ünsiyyətdən qaçan Conun özü də “boz varlığa” çevrilmişdi.

O özünə paltar, ayaqqabı almağa gedəndə dəfələrlə satıcılar ona digər rənglərin olduğunu da deyərdilər. O, isə ürəyində “lənətə gələsən, seçə bilsəm, nə vardı ki”? deyərək deyinərdi. Sonra da satıcının əlindəkilərdən birini götürüb alardı. Bəlkə də, o rəng ona heç yaraşmırdı, bəlkə də, gülünc görünürdü, amma nə fayda... Əvvəllər Cona elə gəlirdi ki, o, üzə bilməyən balıqdır, özünü topuğu sınan ayaqqabı kimi də hiss etdiyi zamanlar az olmamışdı. O fikirləşirdi ki, korlar ölkəsində görmək bir xəstəlikdirsə, görənlər ölkəsində rəng seçə bilməmək nə idi onda? Sadəcə olaraq məyusluq. Bəlkə, hansısa günaha görə o belədir deyə düşünürdü. Amma qəlbi bir korun barmaq ucları qədər həssas olan Con özündə günah tapa bilmirdi. Çünki o heç kimə pislik etməz, sərçə ürəyini belə incitməkdən qorxardı. Zaman onu püxtələşdirmişdi, artıq ona lağ edənlərə qarşı bədənində immunitet yaratmışdı. O belə qənaətə gəlmişdi ki, gözlərin öz əlifbası varsa, mənim gözümdə, yəqin, bəzi hərflər yoxa çıxıb... O, daha onu Dalton adlandıranlara əsəbiləşmir, arada bir bu ad xoşuna da gəlirdi.

Con bir ömür - düz yetmiş səkkiz il belə yaşamışdı. İsti bir yay səhəri Con nəvəsinin çoxsaylı israrından sonra onu parka aparmağa məcbur oldu. Uşaq öz yaşıdları ilə oynayarkən Con qəfildən yerə yıxıldı, çoxdandır ağrımağa başlayan ürəyi sancdı. Yıxılarkən başı yerə dəydi. O, gözlərini xəfifcə açdı. Aman Allah, o, günəşin rəngini seçə bilirdi. Artıq o sarı rəngin nə olduğunu bilirdi, əvvəlcə anlaya bilmədiyi bu rəng ona doğma idi. Parıl- parıl işıldayan iyun günəşi onun üzünə şölə saçırdı. Ömrünün son bir dəqiqəsini günəşə baxan Con gözlərini yumdu, amma onun üzündə məyusluq yox sevinc var idi. Bu onun ölümü yox, zühuru idi. Maraqlısı bu idi ki, o öləndə heç kəs Dalton öldü demirdi, onların dedikləri bu idi “Dalton gördü”.

# 4892 dəfə oxunub

Oxşar xəbərlər

Yüz dollarlıq öpüşlər – Kurt Vonnequtun hekayəsi

Yüz dollarlıq öpüşlər – Kurt Vonnequtun hekayəsi

13:00 11 aprel 2025
Şlyapalı Mauqli - Salam Qədirzadənin hekayəsi

Şlyapalı Mauqli - Salam Qədirzadənin hekayəsi

11:30 10 aprel 2025
Qafqaz rəqqası - Həmid Piriyevin yeni hekayəsi

Qafqaz rəqqası - Həmid Piriyevin yeni hekayəsi

09:00 9 aprel 2025
“Mənə Şəhrizadın nağılın danış”  adlı kitab çap olunub

“Mənə Şəhrizadın nağılın danış” adlı kitab çap olunub

12:32 7 aprel 2025
Körpə və kürən pişik balası - Çingiz Abdullayevin hekayəsi

Körpə və kürən pişik balası - Çingiz Abdullayevin hekayəsi

10:51 7 aprel 2025
Heç vaxt yağmayacaq buludlar - Elçinin hekayəsi

Heç vaxt yağmayacaq buludlar - Elçinin hekayəsi

09:00 5 aprel 2025
# # #