Adlar və ayamalar - Aliq Nağıoğlunun hekayəsi

Adlar və ayamalar - Aliq Nağıoğlunun hekayəsi
1 dekabr 2024
# 15:00

Kulis.az Aliq Nağıoğlunun "Adlar və ayamalar" hekayəsini təqdim edir.

Növbəti kitabım yenicə çapdan çıxmışdı. İndiki za­man­da kənd yerində yaşayan yazarın kitab bu­rax­ma­ğının elə də ürəkaçan tərəfləri olmur. İnsanlar mü­ta­li­əyə çox biga­nə­lə­şib, bir tikə çörək qo­vğası ha­mı­nın başını elə qatıb ki, hət­ta doğ­ma­ların belə bu ha­di­səyə diqqətsiz ötüşür. Ortabab bir ma­­şın alsan, əlinə yanı ba­la­lı sağmal inək salsan, yaxud da oğ­­luna ev tik­sən, xeyir iş gö­r­sən, hət­ta... yıxılıb ölsən, əl­bət­tə, qohum-qardaşın, dost-tanışın gü­nd­ə­mi­nə düşəcəksən. Xeyir­-dua ve­rəcək, gəlib-gedəcəklər. Əslində, mə­­nim bu əs­n­a­da heç kəs­dən umacaq bir şeyim olmayıb, yazmaq – ra­­ha­tlıq de­mək­dir, içindəkiləri püskürüb mü­əy­yən müddət saki­t­lə­ş­­­məkdir. Yaz­dıqlarım ətrafdakı in­san­ların çabaları, üz­lə­ş­di­kləri ha­q­sız­lıq­lar barədədir. Ən pisi odur ki, ürəyimi əzə­n­lə­ri yazdıqca əhatə dai­rəsi daralmaq əvəzinə, əksinə, yeni-ye­ni mövzular, ide­­ya­lar əmələ gəlir və şeytan mənə rahatlıq ver­mir, daha ina­d­­ka­r­lıq­la yazı masama qısnayır.

Belə ayaz qış axşamlarının birində xaricdə yaşayan, qısa müd­­dətə xəstə anasına baş çəkməyə gələn uşaqlıq dos­tum mobil te­­­lefonundan zəng edib, hal-əhvaldan sonra məni yeni kitabımın iş­ıq üzü görməsi münasibətilə təbrik etdi. Sonda onu da əlavə etdi ki, uzağı iki saata bizdədir, amma na­­rahatçılığa əsas yoxdur, yəni şam yeməyi hazırlamaq əziy­­yətinə qatlaşmayım. Doğrusu, mən bu günləri təklikdə ke­­çirirəm, arvadım şəhərə kefsizləmiş nəvəmizə baş çəkməyə gedib və tək olanda yazmaqdan ayrıca ləz­zət alıram, yazı prosesi də nor­mal gedir. Əlqərəz, mənim razılaşmaqdan özgə yo­lum qal­mırdı; yəni ev­də­yəm, buyurun, gözüm üstə yeriniz var, ha­­ra­sa get­mə­yə də hazırlaşmıram.

Həyətə düşüb gecə yandırmaq üçün odun tə­da­rü­kü etdim, çay­niki doldurub dəmir sobanın üs­­tünə qoydum. Yenə kom­pü­terin arxasına keçib ya­rım­­çıq yazımın üzərində iş­ləməyə baş­la­dım. Düzü, son günlər oturaq işimlə əlaqədar xəstəlik­lər­dən daha çox əziyyət çəksəm də, ruhdan dü­ş­mür­­­­düm, ta­le­yim­lə, ola­­caqla barışmışdım. Son gün­lər yu­­­xumu da itir­miş­dim.

Doqqazın çöl üzündə maşın dayandı. Küçə qapısı açıldı, hə­­yətə girənlərin qarışıq səsi yuxarı yüksəldi:

– Hə-ə, işığı yanır, amma sakitlikdir, – kimsə dil­ləndi. Mən əlüstü kompüteri söndürüb, ayağa dur­dum. Pəncərədən boy­­­la­ndım, dörd adam içəri qa­pı­ya tərəf addımlayırdı. Dos­tum məni gö­rü­ncə əl elədi və sevinə-sevinə artırmaya doğru getdim. Sanki son gün­­lərin yorğunluğu o saatca canımdan çıx­dı. Mən alaqaranlıqda qalan üç nəfəri tanıya bi­l­mə­miş­dim, lakin qarşılamaq üçün pil­ləkəni enib qapını açan kimi dil-ağız elədim:

– Ayy, nə yaxşı sizdən, xoş gəlibsiniz, bu­yu­run ayaq­qa­bı­la­r­ı­­nızı içəridə çıxarın, – deyirəm. – Keçin görüm, sizdən çı­x­ma­yan iş, heç göz­lə­ri­mə inanmıram. Aman Allah, özü də belə murdar ha­vada! – Dos­tum uzun müddətdən bəri bu evimdə bi­rinci dəfə ol­­ma­sı­na baxmayaraq, tələsik yuxarı qalxır.

– Təşəbbüs moskviçdəndir, – “Mənəviyyat” tamada lopa bı­ğ­larına sığal çəkə-çəkə qabağa düşür. Dostum uzun dəh­liz­də elektrik la­mpasının gur işığı al­tın­da bir anlığa gözlərini qı­yır. Nəzərimdə ya­ğışlı-çis­ki­n­li payızda çıxan günəşli günə bənzəyir. Uşaqlıq ça­ğ­larımdakı dostlarımın ən çılğını, ən gü­c­lüsü, ən hə­yatsevəri...

– Adın dilindən düşmür, haqqında gələn gün­dən də­fə­lə­­rlə söhbət etmişik; bu sənin keçmiş iş yol­­daşındır; mü­əl­limi isə tanımayan yoxdur, malı-qo­yu­nu olan hər kəs ona möh­tac­dır, hərtərəfli kom­pan­­yon zi­yalıdır.

– Bu da toyların yaraşığı, “irəliləyən dəqiqələ­rin” sür­pri­z­lərlə dolu aparıcısı “Mənəviy­yat” ta­­ma­da­dır, – baytar hə­ki­mi bo­y­nu­mu qucaqlayıb, üzümü-gö­zü­mü öpüb tu­mar­la­yır. Qo­­ca­l­mış­dı­lar, mənim kimi sınıxmışdılar, keçmiş şirkət yoldaşımın dişləri də tö­külmüşdü.

– Hamınız xoş gəlmisiniz, ürəyim istəyən in­san­lar­sı­nız, bu­yu­run, bəyəndiyiniz yerdə əyləşin, – iç otağa keçən kimi de­yi­rəm. Dördü də stulların arxasına keçib əyləşir, mən fincanları al­çaq uzun mizin üstünə düzürəm. Bir az əvvəl hazırladığım şi­rni­y­yatı, konfeti gətirirəm.

– Sən qəti narahat olma, əyləş, özgə yerdə deyilik ki, biz öz evimizdəyik, lazım olduqca özü­mü­zə qulluq edə­cə­yik, – keçmiş iş yoldaşım iltifat gös­tər­­məyə çalışır.

– Səni, qardaş, təbrik edirik, daha böyük ya­ra­dı­cı­­lıq uğu­r­­la­rı arzulayırıq. İndiki dövrdə kitab çı­xar­t­maq, özü də kənd yerində ha, bəlkə də qəhrəmanlığa bə­­rabərdir. Bunun ya­­zılmasına da bir xey­li vaxt sərf et­misən, üstəgəl, sən nəsə yeyib-içməlisən, xeyir-şərə get­­mə­li­­­sən. Bəli, odur ki, bu, elə-belə iş deyil, – “Mə­nəviy­­yat” tamada tez-tez yağlı, par­la­­­yan qapqara lopa bığ­la­rını sağ əli ilə sığallaya-sığallaya hay-küylə xeyir-dua verir. Onun göz­lə­ri­nin altı və üstü şiş­di­yin­dən göz­lə­ri daha da xırda görünürdü. – İndi, val­­lah, hə­rə­mizin çörəyi beş-altı yerdən çıxır, qabaqkı dövr deyil ki, bir yerdə binə tutasan, həmin iş yeri də sənin bütün ehtiyacını ödə­sin. Şəxsən mən tamadalıqdan izafə məktəbdə mü­əl­li­məm, kənd mə­n­tə­qə ko­mis­si­ya­sı­nın sədriyəm, qonşu bər­k­ge­dən kəndin bə­­lə­diy­­yə ver­gi­sini yığıram, bu ildən re­pe­ti­tor­luq da edirəm, həm də canım sizlərə desin, mal-qoyun sax­la­yır­am, yəni bö­yük bir təsərrüfatım var. Digər dostlarımız da elə.

– Düz buyurursan, qardaş, şirkətdə işləyirəm, keçmiş hərbçi kimi yaxşı tə­qa­üd alı­ram, arada maşınla xalturam olur, yer əkib-be­cə­ri­rəm, amma yenə də çatdırmaq olmur. Sən onu vurğula ki, beş-altı işin mü­qa­bi­lində normal do­la­na bilmirik, canım haq­qı, – keçmiş iş yol­da­şım acı-acı başını yellədi. – Heyf de­yil­di o vaxtlar, praporşiklik ma­aşı ilə o boyda ailəni böyütdük, ox­ut­duq, əl­lərinə sənəd verdik, evlən­­dirdik, ev-eşik et­dik. İn­dikilər bir uşağın əlində avara qalıb, hələ pod voprosdur: o uşa­q olacaqmı, yaxud da vaxtında dü­n­ya­ya gə­­­­ləc­əkmi; hər iki hal da müalicəsiz ötüş­mür...­

– Demə-demə, qardaş canı, dərdimi təzələdin, – bay­tar hə­ki­mi, idman müəllimi əllərini tüklü üzünə çəkdi. – Vaxt ta­p­­mı­ram üzü­mü qırxım. Məktəbdə mü­əl­­­limliyim, baytarlıq işim, ferma tə­­sər­rüfatım, bazar günləri qəssablığım, hələ ara­da mal-qoyun alıb-sa­t­mağım... – İşdən macal tapa bil­mi­rəm, onların öh­də­sin­dən zorla gəl­irəm, doyunca yuxu üzünə həs­rətəm...

– Ay oyununuz olsun, – xaricdə yaşayan dos­tum bay­aq­dan ma­raqla qulaq kəsilsə də, uğunub-get­di, – dil qəfəsə qo­ymadan üyü­dürsünüz, ə-əə, bəs bu qə­­dərinə vəzifənin mü­qa­bi­­lində niyə ci­­binizdə həmişə siçanlar oynaşır? Haçan din­di­rirəm, daş atıb başı­nızı tutursunuz. Lotular, mən ölüm, yaz­ı­çı qardaşa özünüz də bil­mədən əla mövzu verirsiniz. Kişinin ba­şını çox xarab elə­mə­yin, onsuz da öz dərdi özünə bəsdir. Bu günkü yemək-içməyi də mə­nim bo­ynu­ma saldınız, heç bil­mirdim bir belə həngamənin yi­yə­si imişsiniz.

– Mənim həyatım yekə romana sığmaz, haçansa da­­nış­­mı­­şam özünə, hazır materialdır, yazsın da... İn­ci­yən itin ba­la­sıdır, – id­man müəllimi inanılmaz də­rə­cə­də do­lu­x­su­n­muş­­du.

– Sən dolanışığımızı soruşginən, – pul-maliyyə mə­­­sə­­lə­­lə­­rin­­dən yaxşı başı çıxan “Mənəviyyat” ta­ma­da na­ra­zı­lığını bildirdi. – Nə qədər qazansaq da, hər vaxt mağazala­ra bocluyuq, ilin on iki ayı adımız nisyə dəftərindən çıxmır.

– İndi fikriniz nədir: yazıçı yeni kitabını sizə hə­­­­­diy­­­yə­mi etməlidir?­! Başdan-ayağa lağlağısınız, biz, dostları, ya­xın­ları ona kö­mək etməliyik, – məni dür­­tmələdi, – elə deyil, əziz dost?!

– Kitabı oxuyanlara hədiyyə etmək borcu­muz­dur, dostlar-ta­­nışlar olanda daha da şərafətli çıxır, – dedim, – amma...

– Nə amma, ay sənə qurban olum, de də bayaq­dan, ürə­­yi­mi­zə su çilə də, “Mənəviyyat”ı bura gətirincə, əldən-dil­dən düş­dük. Deyir, pis vaxtdır, əliboş gedirik, məhərrəm ayı – toylar yox, ilin əvvəli – mək­təbdə maaşlar gecikir, məntəqə­lik iş yox, qışda mal­-qoyunu satmaq yox – gərək kö­kə­l­də­sən, bələdiy­yə vergisini yığ­­­ma­qdan danışmağa dəyməz. Hələ qa­baq­­­da gedənimiz “Mənəviyyat”dır, – ­idman müəl­limi canı birnəfəsə hüdülədi. Bu həkim ya­­­man da xəsis ad çı­xar­mış­dı. Əynindəki köhnə modalı nimdaş pen­cək döş tə­rə­fin­dən dar gəldiyindən düy­mə­lən­mə­miş­di.

Dostum qısa müddət üçün əhli-kef bir dəstəyə qo­şu­l­­­muş­du. Eyni zamanda, mənə elə gəldi ki, uğu­ru­ma o, ürəkdən se­vinir. Dos­tu­­mun xasiyyətində xoşu­­ma gələn, məni ov­sun­la­yan ən gözəl, özü­­nə­məx­sus cəhət o idi ki, tam ciddi ol­du­ğu halda bir­dən-birə şə­­nlənə bilirdi və ya əksinə; bunları elə­yən­də də heç dəyişmirdi. İndi bir anlığa ciddiləşdi, hətta aya­­ğı­­mı basdı.

– Pul məfhumu hər zaman insan varlığının mə­na­sı­na qa­rı­şıb izahı mümkün olmayan qəribə, ağır bir təsəvvür əmələ gətirib. Əbəs yerə demirlər ki, in­sa­nın gözü doyan deyil, ağzına ba­r­ma­ğı­nı salsan, büt­öv biləyini udar. İnsanı hər şeyə qail olan dö­r­da­ya­q­­lı­­­lardan onun acgözlüyü və bir də böyük istedadı fərqləndirir, – üzü ciddiləşmişdi, iri gözləri sanki daxi­li aləminə dikilmişdi.

Elə qoparaqlarını götürmüşdü ki, onu bu söh­bət­­dən ya­yın­­dır­­mağa çalışdım. Ancaq qara sıx qaş­la­rı­nı dartmaqla: “Lazım deyil”, – dedi.

– Qardaşımızın istedadına şübhəmiz yoxdur. Allah nə­zə­­r­dən sax­lasın! Acgözlüyə qalanda, bizdə nə var ki, dönük olaq. Bəlkə düz demirəm, – “Mənəviyyat” piy basmış göz­lə­ri­ni bə­rə­l­t­mə­k­lə məni vəziy­yət­dən çıxartdı.

– Sən Moskvada filosof olub getdin, xəbərimiz yox. Arada yeri gələndə, belə xırdala bizimçün, deyim... – mü­­əl­­lim sol əlini qal­dırdı, lakin “əhsən” deyə bilmədi, söz tap­ma­dı. Əli havada qaldı. De­yə­sən çox içmişdi, otaq isti ol­du­ğ­un­dan hallanmışdı, başı hə­rlənirdi, ürəyi bulanırdı. Onun halı xarablaşdı, di­­va­na uzatdıq.

– Biz hərəyə dörd-beş kitab götürəcəyik, buna söhbət yox­dur, kak po­lojeno, – məşhur şirkətdə bir yerdə çalış­dığım keç­­miş hərbçi ta­nı­­şım təmkinini pozub əminliklə dedi. – Mən, əlbəttə, gözə tor at­mı­­ram. Kiçik oğlum yaman kitab həvəskarıdır. Lakin, sözün düzü, özü­­mə qalanda axırıncı dəfə kitab oxumağım yadıma gəlmir.

– Sən bilirsən ki, bundan sonra çətin ələ dü­şə­sən. Fabrik əmək haqqını saathesabı verəndən doğ­ma­la­­­rınızın ya­­sına gələ bi­l­­mirsiniz. Mənim çörəyim şeirlər­­dən çıxır, ancaq arada maraqlı əh­­valatlar da da­nı­şıram, əlbəttə, xiridar olanda, sifariş gələndə. Prob­­­­­­­­lem deyil, indi ki belədir, üç-dörd ki­tab da mənim boynuma.

Qəlbimə indiyə qədər görünməmiş bir çaş­qın­lıq, bir qüs­sə, bir xəcalət hopmuşdu.

– Dostlar, düzdür ki, kitab çapdan çıxıb, amma mən onu hə­lə nəşriyyatdan götürməmişəm. Ge­də­cək­­­­­dim, havalar də­yişdi, həm də ayaqlarımda tromb olduğundan soyuqda uzaq yola çıxa bil­­mirəm. Na­ra­hat olmayın, hələ zamanına var, o vaxta, oy­ma­q­lı­lar de­miş­kən, Allah kərimdir. Söhbətin yö­nünü dəyişin, gələcə­k­dən-gedəcəkdən danışın.

Ancaq yoldaşlarının birinin halının xarab ol­du­ğu sanki yadlarına düşübmüş kimi durub ona tərəf əyildilər.

– Biz onu evə çatdıraq, yoxsa bir azdan buranı bu­la­ya­caq, – “Mənəviyyat” idman müəlliminin qo­lun­­dan tutub dar­t­dı, – qalx aya­ğa, səni yaradana qur­ban olum, dedim də az iç bu zəhrimarı, gö­rdün müf­tə­di, müzayiqə eləmədin. Vid, sən ca­nın kömək elə, o biri qolundan tut, aparaq aşağı, yoxsa do­ğru­dan ye­di­yini qusacaq, – iki tərəfdən qoluna girib qa­pı­dan çıx­dılar. Yaxşı ki, cansız idi, corablarının da­ba­nı ye­yil­­miş ayaqları yerlə sürünə-sürünə ma­şına gə­tir­­dik. Arxa qa­pı­nı açıb oturacağa uzatdıq.

– Sən yazıçı ilə otur, yarım saata qayıdırıq, – “Mə­­nə­viy­yat” maşını işə salıb yerindən tərpətdi. Biz dostumla yu­xa­rı qayıtdıq. O, nədənsə bir müddət cın­qırını da çıxarmadı. Sakit-sakit çayını içirdi. Nə­ha­­yət ki, bir az keçəndən sonra, onun ovqatı dü­zəl­mə­yə başladı. O, içini arıtlayıb donquldandı:

– Sən gərək məni bağışlayasan, – tutqun gözlərindən kədər yağırdı, düşündüyünü büruzə verdi, – düzü, bunları yaxşı tanı­ma­mı­ş­am.

– Olan şeydir, kefini pozma, burda sənlik bir şey yox­dur, sa­dəcə içkinin qədərini bilmək lazımdır. Yaş da o yaş deyil, gərək nor­manı gözləyəsən. Nə isə...

– Ona görə səninlə oturmaq olar. Gəl­mə­səy­dik, bir xeyli ya­zmışdın.

– Boşla getsin, yazmaq qaçmır ki... Bəri bax, – du­­­ru­­xuram, – eşi­tmişəm, evlənmək istəyirsən, düz­dür?

– Hə, elədir ki var, – onun gülüşü mis kimi cingildədi. – Bu haqda sabah, birisi gün də danışa bilərik. Hələ bir müd­dət qa­la­sı­ya­m. Bəzi başqa şeylər var ki, səninlə məs­lə­hə­t­lə­şə­­­cəyəm.

– Amma burda evlənmək sənin yaxşı tapıntın­dır.­

– Nəyin düz, nəyin səhv olduğunu, yaşayışı necə qur­ma­ğı, gə­rək adam özü düşünüb tapsın. Bu, mənim şəxsi fik­ri­mdir. Nə gö­r­müsən kompüterdə, sonsuz kədərdə? Sən gəl in­cimə - ki­tab­la­rı­nı gətir, bir şam da məndə! Ancaq ikimiz xudmani oturarıq. İndi mən gedirəm, – tez-tez qolundakı saata baxırdı, – anam narahat ola­­caq, onlar onsuz da qayıdan deyil. Nə deyirsən?

– Mən içkiynən qurtarmışam, – mızıldandım.

– Lap yaxşı, mən də iyrənmişəm içkidən, bir az ara ve­­rə­cə­yəm. İndisə, məni dəmir yol keçidinə qədər ötürə bilə­rsənmi?

– Əlbəttə, uşaqlıqda az ötürmüşəm? Yol boyu söh­bə­t­lə­şə­rik.

– Keçidə qədər, ümumi yolun yarısı ancaq olar.

– Elədir, – dedim. Hər ikimiz geyinib həyətə düş­­dük. Küçə qapısında dayanıb gözlərimiz qa­­ran­lı­ğa alışana qədər gözlədik. Belə havada camaat ba­yır­-bacaya çıxmır, evlərə çəkilib tənbəl-tənbəl qışın qa­ra­sın­ca deyinərək xarici serial­la­ra baxırdı.

Dənizdən əsən nəmli külək hələ də dayan­ma­mış­dı, lakin yağış yağmırdı. Dostum burnunu çəkə-çəkə qaranlıq kü­çələrdən keçir, biz məktəb il­lərin­dən, ölənlərdən-qa­lan­lar­dan, iş ye­r­lə­rin­dən, do­lan­ı­şıq­dan danışa-danışa gəlib artıq keçidə çatdıq. O üzdə­ mə­nim uşaqlığımın keçdiyi kənd idi.

O, addımlarını yavaşıtmışdı. Mən ayaq saxla­dım.

– İndi isə sağollaşmaq istəyirəm. Yolun qa­la­nı­nı tək get­­mə­li olacaqsan.

Dostum aralanıb keçidə qalxdı, amma birdən qanrılıb geri qa­yı­tdı. Mən durduğum yerdən hələ də tər­­pə­n­mə­miş­dim.

– Nə olub?

– Heç... Uşaqlıqda gecələr sizin evə yığışıb kənd adam­larına ay­a­­ma­lar qoşurduq, yadındadır, – onda duyum güclü idi.

– Həə... Nə üçün bu birdən ağlına gəldi?

– Nə bilim... – O, yə­qin xə­yal­­­lar qoynunda olduğundan başını yırğaladı. – Amma sonralar bu ləqəblərin bəziləri in­sa­n­la­ra əsl adlarını unutdurdular. Həvəsə bax haa... Kitabları gə­tirməyə nə vaxt ge­də­cək­­sən?

– Birisi gün, – deyə tənbəl-tənbəl əsnədim, – niyə so­ru­­ş­ur­san ki?

Qoluma girib, cibimə nəsə basdı.

– Lazımın olar, – səsi soyuq idi.

Onun əlini geri itələdim.

Yox, yox, çox sağ ol. Ehtiyac yoxdur... – bə­də­ni­mə üşü­tmə gəldi.

– Satılanda qaytararsan, – xəfifcə gülümsədi, – borc ver­i­rəm...

Azacıq tərəddüd edəndən sonra etiraz et­mə­dim, dos­­tu­mun kefinə dəyməmək üçün pulu gö­tür­­düm. Ki­ri­miş­cə: “Gecən xey­rə qalsın”, – dedi və cəld çönüb uzaqlaşdı. Qə­f­lətən gözlərim yaş­la doldu... Bu ağ­la­sığmayan bir yax­şı­lıq idi. Etiraf edim ki, neçə gündü bir təklik, arxasızlıq, ki­m­sə­siz­lik duyurdum.

Yaxındakı həyətdən it hürdü. Onun səsinə meşədən çaqqal uladı.

Dostum ayrılandan sonra yaman darıxdım. Mənim zəh­lə­tö­kən günlərimin hamısı bir-birinə bən­zəyir. Sabah yenə də gü­n­də­lik həyat başlayırdı və bu gündəlik həyat mənə sevincdən çox qay­­ğı vəd edirdi.

# 1775 dəfə oxunub

Oxşar xəbərlər

Tənhalığa çəkilən qadın - Mənzər Niyarlı

Tənhalığa çəkilən qadın - Mənzər Niyarlı

17:46 2 dekabr 2024
Əli bəy Hüseynzadə niyə ağlayırdı?  - İlk qadın rejissorumuz Qəmər Salamzadə

Əli bəy Hüseynzadə niyə ağlayırdı? - İlk qadın rejissorumuz Qəmər Salamzadə

15:22 2 dekabr 2024
Marsel - varlanmaq istəyi - Sabir Əhmədli

Marsel - varlanmaq istəyi - Sabir Əhmədli

10:00 30 noyabr 2024
Adsız ağrı - Luici Kapuananın hekayəsi

Adsız ağrı - Luici Kapuananın hekayəsi

14:00 29 noyabr 2024
“Müharibənin evi yıxılsın, müharibədən sonra rahat yata bilmədin” - Ümid Nəccari

“Müharibənin evi yıxılsın, müharibədən sonra rahat yata bilmədin” - Ümid Nəccari

13:00 28 noyabr 2024
Həqiqəti heç kim bilmədi - Günün hekayəsi

Həqiqəti heç kim bilmədi - Günün hekayəsi

13:30 26 noyabr 2024
# # #