"Zalda yaşananlar utancverici idi..." - Nuran Yaqub

Nuran Yaqub

Nuran Yaqub

28 may 2025
# 14:30

Kulis.az Nuran Yaqubun yeni yazısını təqdim edir.

Bakı Müasir Musiqi Günləri artıq üçüncü dəfədir ki, müasir musiqi sahəsində çalışan yerli və xarici ifaçıları, bəstəkarları, musiqişünasları bir araya gətirir. Məqsəd həm müasir musiqini təbliğ etmək, həm də dinləyiciyə fərqli musiqi dillərinin, yenilikçi üslubların təqdimatını etməkdir.

Builki proqramda da biri-birindən maraqlı əsərlər, öz dəst-xətti ilə seçilən ifaçılar yer aldı. Səhnədə səslənən hər bir not düşünülmüş, peşəkarlıqla hazırlanmışdı. İfaçılar dinləyicinin ruhuna toxunmağa, onu qeyri-adi musiqi dünyasına səyahətə çıxarmağa çalışırdılar.
Ancaq bütün bu zəhmətin, peşəkarlığın, ruh yüksəkliyinin qarşılığında zalda yaşananlar, sadəcə, utancverici idi.

Konsert zamanı yaşanan səhnələrə “mədəniyyət tədbiri” demək mümkün deyildi. İnsanlar yüksək səslə danışır, telefonlarının səsini söndürmədən zənglərə cavab verir, hətta qulaqlıq taxmadan video izləyirdilər.

Səhnədə piano ifaçısı notlarla möhtəşəm bir an yaradırdı (həqiqətən, möhtəşəm idi), zalda kimsə telefonunu yerə çırparaq, diqqəti tamamilə dağıtdı. Və ən dəhşətlisi isə bu kimi hərəkətlərə zalda oturanların bir hissəsi gülür, sanki konsert yox, əyləncə şousu izləyirdi.

İfaçının saatlarla hazırlaşdığı, hər saniyəsini planladığı bir əsər bu cür münasibətlə gözdən salınırsa, bu, artıq fərdi problem deyil, cəmiyyətin mədəniyyət problemi deməkdir.

Səhnədə sənət vardı, amma zalda sanki bu sənətlə məsxərə edənlər toplaşmışdı. Və bu, təkcə tədbirin atmosferini korlamır, ifaçının zəhmətinə, sənətə qarşı açıq hörmətsizlikdir.

Əgər bir insan konsertk salonuna daxil olub telefonuna baxacaqsa, yüksək səslə danışacaqsa, sənətə qarşı bu qədər laqeyd və cahil davranacaqsa, o zaman sual olunur: bu insan burada nə axtarır?

Bu tədbirlərə gələn insanların elementar etik normaları bilməsi, sənətə hörmət etməyi bacarması vacibdir. Yoxsa dünyanın ən gözəl proqramını da hazırlasan, zalda oturan bir insanın səssizliyi pozan cahil hərəkəti o tədbirin mahiyyətini yerlə-yeksan edə bilər.

Əgər biz sənətə yalnız səhnədə deyil, zalda da dəyər verməyi öyrənməsək, nə qədər ifaçı dəvət etsək də, nə qədər gözəl əsərlər səslənsə də, sənət bizdən uzaqlaşacaq. Və əvəzində o zallarda yalnız boş səslər qalacaq. İçi boş, mənası olmayan, duyğudan uzaq səslər.

# 3058 dəfə oxunub

Oxşar xəbərlər

Əri işgəncə ilə öldürüldü, dostu intihar etdi - Məşhur yazıçının faciəvi həyatı

Əri işgəncə ilə öldürüldü, dostu intihar etdi - Məşhur yazıçının faciəvi həyatı

14:30 14 iyul 2026
Muzeyin döşəməsinə fıstıq əzməsi çəkildi - Səbəb

Muzeyin döşəməsinə fıstıq əzməsi çəkildi - Səbəb

13:52 14 iyul 2026
“İRS-Nasledie” jurnalının növbəti nömrəsi işıq üzü gördü

“İRS-Nasledie” jurnalının növbəti nömrəsi işıq üzü gördü

13:00 14 iyul 2026
Media və Yayım Şurası yaradılır

Media və Yayım Şurası yaradılır

12:17 14 iyul 2026
Don Kixot - Etimad Başkeçidin yeni pyesi

Don Kixot - Etimad Başkeçidin yeni pyesi

12:00 14 iyul 2026
Şuşa Qlobal Media Forumunda süni intellektin media sahəsinə təsiri müzakirə olundu

Şuşa Qlobal Media Forumunda süni intellektin media sahəsinə təsiri müzakirə olundu

11:45 14 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər