"O şəkillər 2011-ci ildə çəkilib" – “İçərişəhər”lə bağlı açıqlama

"O şəkillər 2011-ci ildə çəkilib" – <span style="color:red;">“İçərişəhər”lə bağlı açıqlama
25 aprel 2019
# 16:19

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bəyanat yayıb.

ONA-nın qurumun saytına istinadən xəbərinə görə, bəyənatda deyilir: Dünən paylaşılan fotogörüntülər yenidən həqiqətlə tamamilə ziddiyyət təşkil edilən qərəzli addımların bir nümunəsidir. İlk olaraq qeyd edilməlidir ki, İçərişəhərdə hal-hazırda fotoda görünən vəziyyətdən əsər-əlamət yoxdur. Bunu açıq-aydın müşahidə etmək mümkündür. Həmin fotoşəkillər 2011-ci ildə Qala divarlarının restavrasiya işlərinin aparıldığı ərəfədə çəkilib. Məsələnin kökündə isə əslində Sovet erası zamanı 1954-cü ildə Qala divarları üzərində aparılan kobud rekonstruksiya işləri durur və əfsuslar olsun ki, bu proses zamanı Qala divarlarının o zamana qədər mövcud olmuş tarixi bürclərindən biri zədələnərək öz görkəmini itirib və düz divarın çəkilməsi ilə nəticələnib.

Qurumun bəyanatında qeyd edilir ki, "İçərişəhər” DTMQİ fotoşəkil ilə bağlı yaradılan mənzərənin və əsassız ittihamların əksinə olaraq 2011-2012-ci illərdə Qala divarlarının bərpasını həyata keçirib və bu əsnada həmin dağıdılmış bürcü bərpa etmək üçün genişmiqyaslı bərpa işləri görüb: "Bu zaman bütün arxiv sənədləri nəzərdən keçirilib, bürcü mümkün qədər tarixi görkəminə qaytarmaq üçün tarixçilər, memarlar, mühəndislər tərəfindən layihə işlənib hazırlanıb. Məhz bu işlərin nəticəsində bu gün Kiçik Qala küçəsində həmin bürcün bərpa olunmuş vəziyyətini görə bilərsiniz".

# 4380 dəfə oxunub

Oxşar xəbərlər

"Modern Talking" qrupunun üzvü Bakıda

"Modern Talking" qrupunun üzvü Bakıda

16:05 9 may 2026
Elza Seyidcahan:  "10 ildir festivallara eyni adamları çağırırsınız"

Elza Seyidcahan: "10 ildir festivallara eyni adamları çağırırsınız"

14:35 9 may 2026
İrqçilik divarlarını səsi ilə uçuran opera əfsanəsi

İrqçilik divarlarını səsi ilə uçuran opera əfsanəsi

14:08 9 may 2026
Prezident və birinci xanım Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdilər

Prezident və birinci xanım Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdilər

13:08 9 may 2026
Qələbə uğrunda həlak olan azərbaycanlıların xatirəsi anıldı

Qələbə uğrunda həlak olan azərbaycanlıların xatirəsi anıldı

12:30 9 may 2026
"Afife Teatr Mükafatları" nın qalibləri açıqlandı

"Afife Teatr Mükafatları" nın qalibləri açıqlandı

12:00 9 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər