Bir çox insan üçün seks get-gedə daha az yaşanan bir şeyə çevrilib. Bu vəziyyət cəmiyyətin daxilindəki bir çox problemləri izah edə bilir. Cinsi həyat baxımından bəşər öz tarixinin ən azad dövrlərini yaşayırıq. Hamiləlikdən qorunma, Grindr və Tinder kimi tanışlıq saytları bir çox məsələdə imkanlar yaradıb.
1970-ci illərin seksual inqilabı yayğınlaşdıqca cəmiyyətdə qaydalar da dəyişdi; homoseksuallıq, boşanma, evlilikdən əvvəl seks, fərqli alternativ əlaqə növləri daha sıx-sıx rastlanan hal oldu. Lakin araşdırmalar keçmiş vaxtlara nisbətən indi insanların sekslə daha az məşğul olduğunu ortaya çıxarıb.
Amerikalı tədqiqatçıların mart ayında Archives of Sexual Behaviour (Cinsi Davranış Arxivi) adlı jurnalda nəşr etdirdikləri məqaləyə görə, amerikalılar 1990-cı illərin axırlarına nisbətən, 2010-cu illərin əvvəllərində 9 dəfə daha az sekslə məşğul olublar.
Bu azalma cinsiyyət, irq, bölgə, təhsil səviyyəsi, iş vəziyyəti kimi fərqli kateqoriyalarda eynilik təşkil edir və xüsusən evli kişilərdə müşahidə olunur.
2013-cü ildə İngiltərədə aparılan araşdırmalarına görə isə, 16-44 yaş arasında ingilislərin seks sayı ayda 5 dəfədən daha az olub. 2014-cü ildə Avstraliyada aparılan araşdırma isə insanların həftəyə 1,4 dəfə sekslə məşğul olduğunu göstərirdi, halbuki bu göstərici 10 il əvvəl həftəyə 1.8 idi.
Bu mövzuda ən pis vəziyyət Yaponiyadadır. Burada 16-25 yaş qrupundakı qadınların yüzdə 46-sı, kişilərin isə yüzdə 25-i seksuallığa pis yanaşır.
Bəs buna səbəb nədir? İlk ağıla gələn texnoloji inkişafdır; İnternetdə pornoqrafiya imkanları və sosial media. Hətta bəzi alimlər “internet seks asılılığı” deyə bir psixoloji pozğunluq terminini tibbə gətirməyə çalışırlar. Bununla bahəm “pornodan qaynaqlanan cinsi pozğunluq” termini də işlənməkdədir. Mütəxəssislər pornonun həqiqi olmayan görüntülərdən ibarət olduğu üçün cinsi istəksizlik yaratdığını da istisna etmirlər.
Pornoqrafiya
Sosial media və pornoqrafiya cinsi həyat üzərində ciddi təsirə malikdir, amma əsl səbəblər daha dərindədir. “Eastern Ekonomic Journal”-da yayımlanan nəticələrə görə, internetdən çox sıx istifadə edilməsi ilə boşanmalar arasında bir əlaqə var və bu daha çox internetdə müntəzəm olaraq porno izləyən kişilər üzündəndir. Həm sadəcə pornoqrafiya deyil, sosial media da evlilikdə diqqət dağıdan bir mənbədir. İnsanlar cinsi həyatlarını nizamlamaq yerinə ekranlara “yapışırlar”. Bundan daha əvvəlsə cütlüklərin yataq otağında televizorun olmasının cinsi həyata ciddi təsiri ortaya çıxmışdı.
Lakin tədqiqatçılar pornoqrafiyanın cinsi həyatın üzərindəki təsiri məsələsində həmfikir deyil. Bəziləri “internet seks asılılığı” deyə bir şeyə inanmır. Hətta pornoqrafiyanın cinsi aktivliyə təsir göstərdiyini düşünür. 2015-ci ildə “Sexual Medicine” jurnalında gedən bir məqalədə həftədə iki dəfə 40 dəqiqə porno izləməyin kişilərin libido və cinsi arzularını artırdığı məlum olub. Üstəlik başqa bir araşdırmaçılar tanışlıq saytlarının seks üzərində müsbət təsirlərini də qeyd edir.
Yəni, texnologiyanın cinsi həyata təsir etdiyi dəqiqdir, amma cinsi aktivliyin azalmasını yalnız bununla izah etmək düzgün deyil.
İş
Əvvəllər insanlar gələcəkdə iş üçün daha az vaxt xərcləyəcəklərini düşünürdülər. İndi isə işin həyatımızda daha çox yer tutduğu məlum bir gerçəkdir. Qərbdə iş saatları olduqca yuxarıdır, ABŞ-da həftədə ortalama 47 saat işləyirlər. İşdən qaynaqlanan stress və yorğunluğun cinsi aktivliyə mənfi təsirini səbəb kimi görmək olar.
Lakin məsələ yenə də sadə deyildir. Bir başqa araşdırmalar işləyən qadınların müqayisədə daha az cinsi aktivliyə malik olduğunu deyə bilmir. Hətta bəzi araşdırmalar iş həyatının daha sıx seks yaşamağa imkan yaratdığını ortaya çıxarır.
Amma əlbəttəə ki, pis bir işdə işləmək psixi sağlamlığımıza işsizlikdən daha pis təsir edə bilər və bu da cinsi həyatımıza təsirini göstərər. Stressin cinsi aktivliyə mənfi təsiri şübhəsizdir. Stress hormonların nizamını korlaya bilir. Depressiya cinsi aktivliyi azaldan ciddi səbəblərdən biridir.
Modern həyat
Modern həyatın gətirdiyi güvənsiz şərait psixi sağlamlığa təsir edir. Ən çox da gənclər arasında bu hal görülür. İş, iqlim dəyişikliyi sosial həyatdakı təxribatlar insanların psixologiyasına tez sağalmayan zərbələr vurur. Bütün bunlar cinsi aktivliyin azalmasının modern həyatın nəticəsi ola biləcəyini deməyə imkan verir.
Bütün bu səbəblərdən dolayı, dünyanın hər tərəfində bu problemə diqqət ayrılır, həll yolları axtarılır. Məsələn, İsveçin Overtonea qəsəbəsində bələdiyyənin 550 işçisinə evə tez gedib həyat yoldaşları ilə seks yaşaması üçün həftədə bir saat icazə verilir.
Azalan doğum sayı Yaponiyanı uşaq dünyaya gətirən ailələrə maddi müavinətlərin verilməsi, şirkət işçilərinə daha çox icazə verilməsi kimi təşviqati tədbirlərə vadar edir.
Lakin bunlar əsl problemi həll edə bilmir. Problem çoxtərəfli olduğu kimi həll yolları da çox tərəfli olmalıdır. /bbc.com./turkce