“Hamilə qadın görəndə ikrah hissi keçirirəm”

“Hamilə qadın görəndə ikrah hissi keçirirəm”
20 avqust 2019
# 09:00

Antinatalistlər kimdir?

Onlar insanın bir növ kimi azalıb aradan çıxmasını istəyirlər.

Antinatalizm adlanan fəlsəfi cərəyan hələ Qədim Yunanıstanda yaranmışdı. İndi sosial şəbəkədə yenidən canlanıb.

Müasir antinatalistlərin ideoloqu olaraq Latın Amerika filosofu Devid Benatarı göstərmək olar. O, öz fəsləfi baxışını “Ən yaxşısı olmamaqdır: dünyaya gəlməyin ziyanları” kitabında açıqlayıb.

Yalnız Facebook və Reddit sosial şəbəkəsində antinatalistlərin on minlərlə izləyicisi var.

Antinatalizm tərəfdarları öz dünyagörüşlərinin “childfree” dən fərqli olduğunu vurğulayırlar.

Childfree ictimai quruluşa tabe olmamaq, öz karyeranı ailədən üstün tutmaqdırsa, antinatalizmdə uşaq dünyaya gətirməkdən imtina nəzəriyyəyə söykənir və hər hansı şəxsi qənaətə əsaslanmır.

Bu dünyagörüşün tərəfdarları dünyanın hər yerindədirlər və öz baxışlarını müxtəlif səbəblərlə izah edirlər:

“Genin pisləşməsi”ndən, əhali çoxluğunda görə planetdə uşaqların əziyyətə düçar olmasından tutmuş ətraf mühitin çirklənməsinədək.

Səbəblər müxtəlif olsa da, onları uşaqların doğulmasını saxlamaq arzusu birləşdirir. Baxmayaraq ki, bu hələlik marginal hərəkatdır, onların bəzi fikirləri xüsusən ekologiya ilə bağlı dedikləri kütləvi diqqət çəkir.

Crossing Divide

Planeti yükləmək lazım deyil

Hətta Britaniya şahzadəsi Qarri də bəyan etdi ki, onlar hersoginya Meqan ilə yalnız iki uşaq düşünürlər, planeti yükləmək lazım deyil.

Antinatalistlərin nihilist ritorikasına baxmayaraq, onların əhaliyə hansısa zorakılıq təhdidi yoxdur. Onlar ölümdən az qala müzakirə məşqi kimi danışırlar. Lakin antinatalistlərin bütün insan cinsini yox etmək ideyası elə də radikal deyil. Burda açar prinsip var: hər bir insanın doğmağa və ölməyə razılığının olması əsasdır.

Məsələn, “Əgər hər kəsin yaşamaq arzusu varsa, buna qarşı etirazım yoxdu” – deyə gənc texaslı antinatalist deyir.

Öz şərtlərini diktə etmək kimi çıxmasın deyə, antinatalistlər hər kəsin könüllü şəkildə törəməməsini istəyirlər.

“İndiki vaxtda uşaq olmasını arzulamaq eqoistlikdir”

Filippindən olan veqan qadın yazır: “Uşaqlar ətraf mühitə daha çox ziyan vurur”.

“Çox qəzəbli antinatalistlər” qrupunun facebookda qoyduqları petisiya 27 min imza toplayıb. Qrup ümid edir ki, BMT onların çağırışını eşidəcək və hər kəsə uşaq dünyaya gətirməməyi tövsiyə edəcək.

Təbiət naminə uşaq dünyaya gətirməkdən imtina etmək yeni ideya deyil. Britaniyanın Population Matters xeyriyyə təşkilatı illərdir buna çalışır. Təşkilatın üzvləri deyir:

“Bizim məqsədimiz insan cinsi ilə planetin harmoniyasına nail olmaqdır. Əgər bizim az uşağımız olsa, az ailə qursaq yer planetində daha stabil vəziyyət yarada bilərik”.

Фабричные рабочие

Bəs əhalinin artması ekoloji fəlakətə gətirib çıxarırmı?

Demoqrafiya problemləri üzrə araşdırmaçı jurnalist Stefan Xeqartinin sözlərinə görə bunu demək çətindir:

“Elmi proqnozlara görə iqtisadi inkişaf və doğum səviyyəsinin düşməsi ilə dünya əhalisi 80 ilə 11 milyard civarında stabilləşəcək”.

“İndi demək çətindir, planet nə qədər adamı saxlaya bilər. Çünki bu, istehlak səviyyəsi ilə birbaşa bağlıdır. Ümumiyyətlə, hər şeylə bağlıdır – su, hava, qida, istilik, ağac, plastik - bu siyahını sonsuzadək uzatmaq olar. Aydın məsələdir ki, bizdən bəzimiz başqalarından daha çox istehlak edirik. Burundidə 12 nəfərlik ailə Texasda üç nəfərlik ailədən daha az istehlak edir. Bir çox faktorlar yaxın onilliklərdə dəyişəcək. Biz indidən heç nə deyə bilmərik” deyə Xeqarti izah edir.

Мужчина в раздумьях

Valideyn olanlara tənqid və təhqir

Antinatalist qruplarda bəzən “Zavod” adlandırdıqları valideynlərin ünvanına tənqid, hətta təhqir də yağdırırlar.

“Hər dəfə hamilə qadın görəndə ilk hissim ikrah olur” deyə onlardan biri yazır. Amma bu o demək deyil ki, antinatalistlər uşaqları sevmirlər.

“Mən şəxsən uşaqları sevirəm, istəmirəm onlar əziyyət çəksinlər” – deyə antinatalistlədən biri yazır (Yeri gəlmişkən eynən bu fikir müasir Azərbaycan şairi Aqşin Yeniseyin şeirlərindən birində var – red) - hətta uşaq dünyaya gətirməyə də şad olardım, amma planet üçün təhlükə o qədər böyükdür ki, buna dəyməz”.

Bəzi antinatalist qruplar hərbi əməliyyat zonasında uşaq dünyaya gətirməyə xüsusən qarşıdırlar.

Bəs Antinatalistlərin ümumi həyat fəlsəfəsi varmı?

Var: “Gücün çatan yaxşı işləri gör, xeyirxah ol və törəyib artma” - deyə antinatalistlərdən biri ümumiləşdirir.

# 2990 dəfə oxunub

Oxşar xəbərlər

“Əsrlərin sədasında xalça sehri” sərgilənəcək

“Əsrlərin sədasında xalça sehri” sərgilənəcək

18:30 19 avqust 2025
Ceyk Qaylenhal və Kevin Kostner eyni layihədə

Ceyk Qaylenhal və Kevin Kostner eyni layihədə

18:20 19 avqust 2025
Şair Məmməd İsmayıl vəfat etdi

Şair Məmməd İsmayıl vəfat etdi

16:10 19 avqust 2025
Narkozdakı qadının çılpaq videosunu paylaşan “həkim” rüsvayçılığı - “Dost” Estetik Mərkəzindən xəstəyə düşmən münasibət

Narkozdakı qadının çılpaq videosunu paylaşan “həkim” rüsvayçılığı - “Dost” Estetik Mərkəzindən xəstəyə düşmən münasibət

15:54 19 avqust 2025
Rəsulzadənin istinad etdiyi, "sənət həyat üçündür" prinsipinə əməl edən  şair - Onun əsərləri niyə  qadağan edilmişdi?

Rəsulzadənin istinad etdiyi, "sənət həyat üçündür" prinsipinə əməl edən şair - Onun əsərləri niyə qadağan edilmişdi?

15:10 19 avqust 2025
"Sunday Times”ın  “yolundan çıxmış saf pornoqrafiya” adlandırdığı roman - "Lolita"nın çap  macəraları...

"Sunday Times”ın “yolundan çıxmış saf pornoqrafiya” adlandırdığı roman - "Lolita"nın çap macəraları...

15:00 19 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər